Azərbaycanda bu maşınların satışı dayandı

Azərbaycanda bu maşınların satışı dayandıAzərbaycanda "Brilliance" avtomobillərinin satışı dayanıb.

BiG.AZ xəbər verir ki, bu Çin avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı "Brilliance Auto Group Azerbaijan" şirkətindən fins.az-a verilən məlumata görə, ölkəyə yeni modellərin gətirilməsi dayandırılıb.

Buna səbəb isə dolların bahalaşmasından sonra bu avtomobillərin xeyli bahalaşması olub.

"29-32 min manata heç kim Çin maşını almaq istəmir"

Satış meneceri Pərvin Əhmədov sayta bildirib ki, ilin əvvəlindən indiyə qədər avtomobil satışı olmayıb. Hazırda salonda 2013-cü ilə aid "Brilliance H 530" və "Brilliance V5" modelləri satılır. Bu avtomobillər 60 % bahalaşıb. Məsələn, əvvəl 18-19 min manata satılan bu avtomobillər devalvasiyadan sonra 29-32 min manata kimi bahalaşıb: "Bu qiymətə isə heç kim Çin maşını almaq istəmir".

Sığorta şirkətləri "Brilliance"dan imtina edir

Satış menecerinin sözlərinə görə, satışların dayanmasının bir səbəbi dolların bahalaşmasıdırsa, digər bir səbəb bu avtomobillərin Azərbaycanda məşhur olmamasıdır. Belə ki, geniş istifadə edilmədiyi üçün "Brilliance" modellərinin ehtiyat hissələri çətin tapılır. Ölkəyə isə baha qiymətə gətirilir. Məsələn, avtomobilin Çində 100 dollara satılan qapısı Bakıya 700-750 manata gəlib çıxır. Sığorta şirkətləri isə bütün bu səbəbləri nəzərə alaraq "Brilliance" modellərini kasko sığorta etməkdən imtina edirlər.

Əvvəl alınan maşınları geri qaytarırlar

Ona görə, daxili kreditlə satılan maşınlar qəzadan sonra gətirilib şirkətin servisinə qaytarılır. Belə ki, indiyə qədər 20-yə qədər "Brilliance" modeli satılıb. Onlardan 5-i qəzadan sonra geri qaytarılıb. Sonuncu bir avtomobili isə lizinqlə alıb ödənişləri qaytara bilməyən müştəri ötən həftə geri qaytarıb.

Satış menecerinin sözlərinə görə, şirkət fəaliyyətini "Rent A Car" olaraq davam etdirəcək. Satılmayan avtomobillər kirayə veriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5139   Tarix: 10 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

13:42 0
.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

10:07 0
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280
.

Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələ olub

Yunanıstanın Peloponnes şəhərinin qərbində zəlzələ olub. BİG.az xəbər verir ki, zəlzələ 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin ardınca 2,9 və 2,1 bal gücündə iki afterşok baş verib. Afina Geodinamika İnstitutu bildirib ki, titrəm

13:01 0
.

Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

15:52 0
.

Almaniyada yanğın nəticəsində ölənlərin xatirəsi yad edilib - VİDEO

Almaniyanın Solingen şəhərində yerləşən 4 mərtəbəli binada yanğın baş verən yanğınla bağlı mərasim keçirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində eyni ailədən olan 4 nəfər ölüb. Onların Türk mənşəli Bolqarıstan vətəndaşları olduğu bildirilib. 1993-cü il mayın 29-da Solingen şəhərində evlərini

12:26 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"

Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb. Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib. Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdi

15:10 0