Satışdakı qarpızlarda zəhərlənmə təhlükəsi varmı?

Satışdakı qarpızlarda zəhərlənmə təhlükəsi varmı?Havalar hələ qızmasa da, artıq bazarlarda bostan məhsullarından olan qarpızın satışına başlanılıb. Satışdakı qarpızlar əsasən İran və Türkiyədən ölkəmizə idxal olunur. Adətən mütəxəssislər iyun ayının əvvəlində qarpız yeməyin təhlükəli olduğunu söyləyirlər. Elə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin direktor vəzifələrini icra edən Rəşad Vahabzadə ilə müsahibəmizdə də bu məsələyə aydınlıq gətirməyə çalışdıq.

Satışdakı qarpızlarda zəhərlənmə təhlükəsi varmı?– Ölkə daxili bazararda İran və Türkiyədən gətirilən qarpız, qovun satılır. İndi qarpız və yemişin mövsümü olmadığından bu məhsulu iyun ayının əvvəli yemək təhlükəli ola bilərmi?

- Respublikaya idxal olunan qarpız və yemiş məhsulları İran və Türkiyənin isti bölgələrindən gətirilir. Mövsümdən asılı olmayaraq, əgər məhsul aqrotexniki qaydalara əməl olunmaqla yetişdirilibsə, eyni zamanda düzgün temperatura riayət olunmaqla saxlanılıbsa, istifadə zamanı heç bir təhlükə yarada bilməz.

- Türkiyə və İrandan idxal edilən qarpız və yemiş sizin labaratoriyada yoxlanılırmı?

- Sonuncu dəfə may ayının 31-də Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən ölkənin topdansatış və parakəndə satış məntəqələrində satılan qarpız və yemiş məhsullları üzərində kimyəvi toksikoloji müayinə aparılıb və məhsulun üzvi tərkibi araşdırılıb, məhsullarda ağır metalların normal olduğu müəyyən olunub hec bir toksiki birləşmələrə, nitrat və pestisid qalıqlarına rast gəlinməyib.

- Mütəxəssislər qarpız və yemişi hansı aydan yeməyi məsləhət görürlər?

- Azərbaycan Respublikasında qarpız və yemiş məhsulları əsasən iyul ayında açıq sahələrdə yetişməyə başlayır. Bu dövrdən etibarən yerli bostan məhsullarından istifadə edə bilərlər.

- Səyyar labaratoriyalar vasitəsilə qarpız yemişin yoxlanılmasına nə vaxtdan başlanılacaq? Bu iş bazarlarda da təşkil ediləcəkmi?

-İyul ayından etibarən satış mərkələrində qarpız yemişin yoxlanılması aparılacaq. Səyyar müayinələr zamanı kənd təsərrüfatı məhsullarından götürülən nümunələrin həmin laboratoriyada analizlərinin cavabları iki saat müddətində bilinəcək. Səyyar laboratoriyalar vasitəsilə məhsullarda əsasən nitratın, ağır metalların miqdarını, maddə kütləsinə görə keyfiyyət dərəcələrini və məhlulun turşuluq dərəcəsini təyin edəcəyik. Hazırda isə laboratoriyalarımız öz işlərini mövsümə uyğun olaraq qarpız, və digər məhsulların yoxlamalarını davam etdirir./movqe.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2329   Tarix: 10 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893