Bakı yollarında yenilik - FOTOLAR

Bakı yollarında yenilik - FOTOLARPrezident İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində Bakı şəhərində bir neçə yerdə yerüstü piyada keçidləri inşa olunacaq.

BiG.AZ xəbər verir ki, bu barədə milli.az-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Bakı yollarında yenilik - FOTOLAROnun sözlərinə görə, sözügedən piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olacaq: "Keçidlər avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa ediləcək. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir".

A.Nəcəfli qeyd edib ki, ilkin olaraq 7 yerdə keçidlərin inşa olunması üçün hazırlıq işləri görülür. Bu aşağıdakı ərazilərdir:

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-i (Xırdalan qəbristanlığının yaxınlığı), 27 və 27,8-ci km-i ( Ceyranbatan qəsəbəsi);

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-i ( Sulutəpə qəsəbəsi );

Qala-Pirallahı avtomobil yolunun 3,5-ci km-i;

Zabrat-Maştağa avtomobil yolunun Sabunçu körpüsündən düşən hissəsi;

Akademik Həsən Əliyev küçəsinin İqtisad Universitetinin korpusunun qarşısındakı ərazisi.

A.Nəcəfli bildirib ki, yeni keçidlərlə fiziki qüsurlu insanların da hərəkəti mümkün olacaq: "Ceyranbatan qəsəbəsi ərazisində inşa olunacaq yerüstü piyada keçidləri 2 aşırımlı, orta dayaqlı, dəmir-beton konstruksiyalı və üstü bağlı olacaq. Keçidlər fiziki qüsurlu insanların hərəkəti üçün liftlərlə təmin olunacaq. Xırdalan qəbristanlığı yaxınlığında, Sulutəpə qəsəbəsində və Qala-Pirallahı avtomobil yolunda inşa olunacaq keçidlər isə 1 aşırımlı, orta dayaqsız, metal konstruksiyalı və üstüaçıq olacaq. Fiziki qüsurli insanların hərəkəti üçün bu keçidlər panduslarla təchiz olunacaq. Sabunçu körpüsündən Zabrat qəsəbəsinə doğru düşərkən və Həsən Əliyev küçəsində tikintisi nəzərdə tutulan yerüstü piyada keçidləri də metal konstruksiyalı olacaq. Keçidlər 2 aşırımlı, orta dayaqlı və üstü bağlı olacaq. Burada isə fiziki qüsurli insanların hərəkəti üçün xüsusi platformalar, yəni elevator quraşdırılacaq".

"Azəravtoyol"un sözçücü əlavə edib ki, yaxın zamanlarda zəruri olan digər ərazilərdə də yüngül konstruksiyadan ibarət yerüstü piyada keçidlərinin inşası nəzərdə tutulub.
Bakı yollarında yenilik - FOTOLARBakı yollarında yenilik - FOTOLARBakı yollarında yenilik - FOTOLARBakı yollarında yenilik - FOTOLARBakı yollarında yenilik - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1173   Tarix: 01 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

24.04.2024 158
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

11:34 96
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 692
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

12:26 9
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 260
.

İsrail ordusu Livanın cənubuna intensiv hava zərbələri endirib

İsrail ordusunun Livanın cənubundakı qəsəbələrə eyni vaxtda intensiv hava hücumu təşkil etdiyi bildirilib. xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın cənubunda ən azı 13 dəfə 4 nöqtəni vurub. İsrail döyüş təyyarələrinin hədə

24.04.2024 221
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 0
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. BİG.AZ -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib

11:10 428
.

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib. "Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafi

24.04.2024 236