"Formula – 1"ə nə qədər pul xərclənəcək?

"Formula – 1"ə nə qədər pul xərclənəcək?"Bu il bütövlükdə beynəlxalq və ölkə səviyyəli tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən 429,3 milyon manat xərclənəcək. Böyük ehtimalla bu vəsaitin çox hissəsini bu il iyunun 17-19 -da Bakıda keçiriləcək "Formula – 1" Avropanın Qrand Pri yarışı "yeyəcək".

BiG.AZ-ın məlumatına görə, bunu ADR Hərəkatının təsisçisi, iqtisadçı Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, 2015-ci ilin büdcəsinin icrasına dair hesabat dan məlum olur ki, ötən ilin dövlət büdcəsindən idman obyektlərinin tikintisi, yenidən qurulması və əsaslı təmiri üçün 1,5 milyard manata qədər vəsait xərclənib:
"Formula – 1"ə nə qədər pul xərclənəcək?"Əsasən idman infrastrukturunun yaradılmasına və bu məqsədlə tikinti və quraşdırma işlərinə yönələn belə böyük miqdarda xərcləmə daha çox Azərbaycanın ev sahibliyi edəcəyi beynəlxalq səviyyəli idman yarışları ilə bağlıdır. Belə ki, bu ilin büdcəsindən yalnız beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlər üçün 403,3 milyon manat, beynəlxalq və ölkə səviyyəli digər tədbirlərin keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə əlavə olaraq 26 milyon manat ayrılması nəzərdə tutulub. Beləliklə də bu il bütövlükdə beynəlxalq və ölkə səviyyəli tədbirlərin həyata keçirilməsi üçün yalnız dövlət büdcəsindən 429,3 milyon manat xərclənəcək.

Böyük ehtimalla bu vəsaitin çox hissəsini bu il iyunun 17-19 -da Bakıda keçiriləcək "Formula – 1" Avropa Qrand Pri yarışı "yeyəcək". Lakin onu da nəzərə almaq lazımdır ki, beynəlxalq tədbirlərin maliyyələşməsinə dövlət büdcəsi ilə yanaşı digər mənbələrdən də vəsait ayrılır. Fikrimizcə, dövlət maliyyəsində çətinliklərin müşahidə olunduğu indiki zamanda yüz milyonlarla vəsaitin bu məqsədlər üçün xərclənməsinə dəyməz. Çünki idman infrastrukturunun formalaşdırılması deyil, onun saxlanması da büdcənin yükünü artırır və adətən bu məqsədli xərcləmələrin dinamikası pozitiv olur"./cebheinfo/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1490   Tarix: 31 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinə

18.04.2024 277
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18.04.2024 277
.

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI

"Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir". Bununla bağlı -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Qeyd olunub ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnoz

18.04.2024 1499
.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18.04.2024 487
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 281
.

"Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən asan üsulu balanslı qidalanmaqdır" - Qida eksperti

Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan "Ölkələrin Qiymətləndirmə Aləti"ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib. Qida eksperti Fərid Səfərov -a bildirib ki, süni trans yağ maye yağları

18.04.2024 502
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17.04.2024 1806
.

"Xəstəliklərin yaranması həm də su ilə bağlıdır"

"İnsanlarda baş verən xəstəliklərin 25 %-dən çoxu bilavasitə ətraf mühitlə bağlıdır". qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin "Sağlam ailə modelini

17.04.2024 1177
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

18.04.2024 341