Bakıda deputatı marketin qarşısından qovdular - TƏFƏRRÜAT

Bakıda deputatı marketin qarşısından qovdular - TƏFƏRRÜATMilli Məclisin gənc deputatı Elşən Musayev Bakıda taksi sürücüsü tərəfindən təzyiqə məruz qalıb. Deputat başına gələnləri sosial şəbəkədə yazıb.

BiG.AZ Elşən Musayevin yazdıqlarını olduğu kimi təqdim edir:

- O gün maşını marketin qarşısında saxlamışam. Gördüm biri üzərimə hövlanək gəlir:

- Qaqaş, götür burdan maşını. Bura bizlikdi.

- Kimsiz siz, nəçisiz, niyə sizlikdi?

- Taksi "şofer"iyəm. Burada bizdən başqa kimsə "taksovatlıq" edə bilməz. Yığışdır maşını.

- Ay qardaşım, mən taksi sürmürəm, 5 dəqiqəlik işim var, dəyib qayıdıram.

- Sən canı bəsdir görək, elə hamı sənin kimi deyib sonra özünə yer edir. Yaxşı söz güləşdirmə. Götür maşını.

- Getməsəm neyləcəksiz?

- Hər halda çox pis olar sənin üçün. Öz də belə mədəni danışma. Qıraqdan baxan elə bilər nazir, deputat zadsan....

***

Əvvəl bir az pis oldum. Gərildim. Amma yenə də sürüb getdim. Onu incidəcək bir söz demədim. Desəm kompleksə girərdim. Dəqiq! Elə bilərdim gücüm elə taksi şoferinə çatır. Öz qüdrətimi onun üzərində bərqərar edirəm.

***

Adam mənimlə sonacan "sən"lə danışdı. Mənsə "siz"lə.

***

Amma gedərkən güzgüdən simasına baxdım və...üzündə qəribə bir təbəssüm sezdim. Məni qorxutduğunu, bu işi bacardığını, növbəti rəqibini zərərsizləşdirdiyini zənn edib əməllicə sevinirdi. Hətta qamətində, duruşunda müdhiş bir əda, bir özgüvən, bir özünü təsdiq əlaməti vardı....

O an artıq dəqiq özümü qınamadım. "Nə yaxşı uzaqlaşdım"-deyə düşündüm. Çünki hər kəsin bir yerlərdə güclü olduğunu düşünməyə, bəzənsə ən kiçik şeylərdən xoşbəxt olmağa haqqı var. O haqq mənim iki-üç kəlmə neqativ söz eşitməyimlə, yüz metr o yana getməyimlə öz həllini tapacaqsa, ödəniləcəksə, olsun! Razıyam. Həm də 2 əlli razıyam... (Avtosfer.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1901   Tarix: 30 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888