Xızıdakı tələbə-müəllim qəzasından SON XƏBƏR - FOTOLAR

Xızıdakı tələbə-müəllim qəzasından SON XƏBƏR - FOTOLARXızıda avtobusun aşması nəticəsində yaralanaraq Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına yerləşdirilən xəstələrdən birinin vəziyyəti daha ağırdır.

BiG.AZ-ın məlumatına görə, bunu trend-ə Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasının baş həkiminin müavini Elçin Quliyev deyib.

Onun sözlərinə görə, hazırda reanimasiyada müalicə olunan həmin şəxs 1953-cü il təvəllüdlü Talbov Vaqif İlyas oğludur.

Baş həkimin müavini qeyd edib ki, dünən xəstəxanaya 8 nəfər müraciət edib. Onlardan 7-si xəstəxanaya qəbul edilib. Həmin şəxslərin 1-i evə buraxılıb, 1-i dünyasını dəyişib:

"Hazırda xəstəxanada 5 xəstə müalicəsini davam etdirir. Xəstələrin diaqnozları müştərək travmalar- beyin travması, ətrafların, döş qəfəsinin ciddi zədələnmələridir".

E.Quliyevin sözlərinə görə, xəstələr ən yaxşı halda, yaxın 2-3 gündən sonra evə buraxıla bilərlər.

Xatırladaq ki, dünən Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına daxil olan xəstələr 1971-ci il təvəllüdlü İsmayılov Mehman Oruc oğlu reanimasiya şöbəsinə, 1962-ci il təvəllüdlü Fəttayeva Zərxanım Həşim qızı travmatologiya şöbəsinə, 1969-cu il təvəllüdlü Qasımov Sumiddin Həmzə oğlu travmatologiya şöbəsinə, iki naməlum kişi reanimasiya şöbəsinə, 1982-ci il təvəllüdlü Şirinov Zaur Hurquz oğlu reanimasiya şöbəsinə, 1974-cü il təvəllüdlü Süleymanova Şəfəq Sərdar qızı travmatologiya şöbəsinə, 1991-ci il təvəllüdlü Bəşirova Günel Rayət qızı reanimasiya şöbəsinə yerləşdirilib.

Baş həkimin müavini bildirib ki, naməlum kişi kimi qeydiyyata götürülənlərin hər ikisinin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan biri hazırda reanimasiya şöbəsində müalicə olunan Talbov Vaqif İlyas oğlu, digəri isə dünən dünyasını dəyişən Sərxan Abdullayev olub.

Xatırladaq ki, dünən Xızda baş verən avtoqəza nəticəsində 21 nəfər yaralanmış, 2 nəfər isə hadisə yerində dünyasını dəyişmişdi. Sonradan dünyasını dəyişənlərin sayı artıq 3 nəfərə çatıb.

Ölən iki nəfər Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğlu və kollecin yeməkxanasında çalışan Dilarə adlı xanımdır. Zərərçəkənlərin əksəriyyəti Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarıdır.

Xızıdakı tələbə-müəllim qəzasından SON XƏBƏR - FOTOLARXızıdakı tələbə-müəllim qəzasından SON XƏBƏR - FOTOLARXızıdakı tələbə-müəllim qəzasından SON XƏBƏR - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2164   Tarix: 30 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497