28 May - Respublika günü Londonda qeyd olunub - FOTOLAR

28 May - Respublika günü Londonda qeyd olunub - FOTOLARAzərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda 28 May - Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edib.

BiG.AZ azərtac-a istinadən bildirir ki, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Britaniyanın dövlət və hökumət nümayəndələri, Londonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Britaniya ictimaiyyətinin, Azərbaycan və türk icmalarının nümayəndələri də mərasimə qatılıblar.

Əvvəlcə azərbaycanlı skripkaçı Səbinə Rakçayeva ifasında Azərbaycanın və Britaniyanın dövlət himnləri səsləndirilib.

Sonra çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 1918-ci ilin bu günündə Azərbaycan xalqının öz müstəqilliyini elan etdiyini və müsəlman Şərqində ilk demokratik respublikanın ölkəmizdə qurulduğunu bildirib. Uzun illər SSRİ-nin tərkibində olmasına baxmayaraq, dövlətçilik ənənəsini itirməyən Azərbaycan xalqının 1991-ci ildə Sovetlər Birliyinin dağılması ilə yenidən öz müstəqilliyinə qovuşduğu və ölkəmizin dünya birliyinin bərabərhüquqlu üzvünə çevrildiyi diqqətə çatdırılıb.

Ölkəmizin iqtisadi, sosial, siyasi münasibətlərindən danışan səfir Prezidentİlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq üzrə tanınmış mərkəzə çevrildiyini qeyd edib. Ənənəvi olaraq keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun dünyada hökm sürən humanitar böhrana fərqli yanaşmaları ümumiləşdirmək, yeni həll yolları tapmaq və beynəlxalq birliyin həmrəyliyinə nail olmaq baxımından önəmi diqqətə çatdırılıb. Cari ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun uğurla keçirildiyi vurğulanıb.

Ölkəmizin bir çox mötəbər tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdıran diplomat "Bakı-2015" birinci Avropa Oyunlarını və bu ilin iyununda paytaxtımızda keçiriləcək "Formula-1" yarışını nümunə kimi göstərib.

Britaniya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərdən söhbət açan T.Tağızadə xüsusilə enerji sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Ölkələrimiz arasında siyasi, hərbi, təhlükəsizlik məsələlərinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin prioritet olduğunu bildirib. O, Böyük Britaniya Baş nazirinin ticarət elçisinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib. Britaniyanın ölkəmizə yeni təyin olunmuş səfirinə fəaliyyətində uğurlar arzu edib.

Diplomat qeyd edib ki, artıq qeyri-enerji sektorunda əməkdaşlığın inkişafı üçün də geniş imkanlar mövcuddur. Hazırda Azərbaycanda qeyri-enerji və sənaye sahələrinin sürətli inkişafı diqqət mərkəzindir.

Britaniya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin bütün sahələrdə sürətlə genişləndiyini diqqətə çatdıran T.Tağızadə bu əlaqələrin inkişafına dəstək verən şəxslərin fəaliyyətinin əvəzedilməz olduğunu deyib. Birləşmiş Krallıqda professor Nərgiz Paşayevanın təşəbbüsü ilə Azərbaycan və Qafqaz bölgəsini öyrənən Britaniya Fondunun yaradılmasını və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə açılan sənət qalereyasını nümunə göstərib.

Britaniyada fəaliyyət göstərən İngiltərə-Azərbaycan Cəmiyyəti, Avropa Azərbaycan Cəmiyyəti kimi təşkilatların əlaqələrimizin inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edilib. İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri professor Nərgiz Paşayeva və Lord Germana, Avropa Azərbaycan Cəmiyyətinin rəhbəriTaleh Heydərova minnətdarlıq ifadə olunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən səfir ölkəmizin bu füsunkar guşəsinin 23 ildir işğal altında olduğunu deyib. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixi, mədəniyyəti, təbiətinin heyrətamiz olduğunu vurğulayan T.Tağızadə məhz bu bölgəyə xas olan atlarla Britaniya Kraliçası IIElizabetin 90 illik yubiley tədbirlərində nümayiş etdirilən möhtəşəm şou haqqında danışıb.

Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin direktoru Maykl Tethem çıxış edərək ikitərəfli münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, Britaniya Azərbaycanın ən böyük investorlarındandır. Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməyə böyük maraqları var. Cari ilin fevralında ayında Britaniya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclasında bütün sahələrdə əməkdaşlığın və gələcək perspektivlərin geniş müzakirə olunduğu vurğulanıb. Britaniya XİN rəsmisi əlaqələrimizin sadəcə enerji deyil, digər sahələrdə də sürətlə genişləndiyinin sevindirici hal olduğunu vurğulayıb. Bildirilib ki, Britaniya şirkətləri Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin təşkilatçılığında bu ölkə ilə sıx əməkdaşlıq edir. M.Tethem qeyd edib ki, münasibətlərimizin daha da inkişafı üçün böyük potensial mövcuddur və Britaniya hökuməti Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlıdır.

Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Çavanşir Feyziyev ölkələrimizin parlamentlərarası münasibətlərindən danışıb. Bildirilib ki, Birləşmiş Krallıq Avropada Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Ölkəmiz1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Britaniya ilə Azərbaycan parlamentləri arasındakı münasibətlər yeni mərhələsinə qədəm qoyub. Bütün sahələrdə olduğu kimi, parlamentlərarası münasibətlərimizin də bundan sonra daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Sonda tədbir iştirakçıları Azərbaycanın milli ornamentləri, suvenirləri ilə bəzədilmiş stendi ziyarət ediblər. Stendə ölkəmizin iqtisadi, sosial inkişafı və turizm imkanlarından bəhs edən kitablar da nümayiş olunub. Bundan başqa, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, son illər əldə etdiyi sosial-iqtisadi nailiyyətlər barədə sənədli film nümayiş etdirilib.

28 May - Respublika günü Londonda qeyd olunub - FOTOLAR28 May - Respublika günü Londonda qeyd olunub - FOTOLAR28 May - Respublika günü Londonda qeyd olunub - FOTOLAR28 May - Respublika günü Londonda qeyd olunub - FOTOLAR28 May - Respublika günü Londonda qeyd olunub - FOTOLAR28 May - Respublika günü Londonda qeyd olunub - FOTOLAR28 May - Respublika günü Londonda qeyd olunub - FOTOLAR28 May - Respublika günü Londonda qeyd olunub - FOTOLAR28 May - Respublika günü Londonda qeyd olunub - FOTOLAR28 May - Respublika günü Londonda qeyd olunub - FOTOLAR28 May - Respublika günü Londonda qeyd olunub - FOTOLAR28 May - Respublika günü Londonda qeyd olunub - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1303   Tarix: 28 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233