Şeyxə sui-qəsd hazırlayan İŞİD-çi kimdir? - FOTO

Şeyxə sui-qəsd hazırlayan İŞİD-çi kimdir? - FOTOXəbər verdiyimiz kimi, İŞİD terror təşkilatının yaraqlıları Azərbaycanın din xadimlərini ölümlə hədələyiblər. Bu barədə terrorçular internetdə video yerləşdiriblər.

Yerli mətbuatda yayılan məlumatlara görə, videoçarx İŞİD-in rusdilli mediaqrupu olan "Furat" tərəfindən yayımlanıb. Bir müddətdən sonra video həm YouTube, həm də DailyMotion hostinqlərindən xaric edilib və buna səbəb kimi, videoçarxın "istifadə qaydalarını pozması" göstərilib.

Lakin özünü Türkiyə, Azərbaycan və Şimali Qafqaz üzrə analitik kimi təqdim edən və Suriyadakı "mülayim müxalifət"i təbliğ edən "NotrhCaucasus" adlı Twitter istifadəçisi videomüraciətin qısa məzmununu açıqlayıb.

Videoçarx "Ribat torpaqlarından işğal altındakı Azərbaycana ismarıc" (ribat — ön cəbhə) adlanır.

Şeyxə sui-qəsd hazırlayan İŞİD-çi kimdir? - FOTOGörüntülərdə rusdilli azərbaycanlı yaraqlı çıxış edir. O, özünü "Qafqazlı Abdulla" adlandırır və iddia edir ki, Qusar rayonunun Urva şəhərindəndir. Dediyinə görə, 2001-ci ildən İslamı qəbul edib və artıq 3 ildir ki, Suriyadadır. Əvvəllər "Cəbhətül-Nusra"nın tərkibində vuruşsa da, indi İŞİD-ə keçib.

Suriyaya "Qafqazlı Abdulla" dostu Əli ilə birlikdə gəlib, lakin onu 5 ay öncə öldürüblər. "NorthCaucasus" yazır ki, çıxışında cihadçı Qafqazın şeyxülislamı Allahşükür Paşazadəni və yerli sələfilərin lideri Qamət Süleymanovu ölümlə təhdid edir.

BiG.AZ xəbər verir ki, azvision.az Azərbaycanın dini liderini ölümlə hədələyən İŞİD-çi "Qafqazlı Abdulla" ilə bağlı yeni məlumatlar əldə edib.

Şeyxə sui-qəsd hazırlayan İŞİD-çi kimdir? - FOTO"Qafqazlı Abdulla" ləqəbli İŞİD üzvü Qusar rayonunun Urva kənd sakini Yurik Xasıyevdir.

Əmisi Elşən Xasiyevin saytımıza bildirdiyinə görə, Yurik İŞİD-çilərə qoşularaq Suriyaya gedib: "Yurik qardaşım Gülmirzənin oğludur. Biz milliyətcə ləzgiyik. O, Suriyaya gedəndən sonra bizimlə əlaqə saxlamır. Əvvəl çox sakit uşaq idi. Suriyaya getməmişdən öncə fermada işləyirdi. Onu nadir hallarda görürdük. Bir də eşitdik ki, Yurik saqqal saxlayır. Deyilənə görə, onu bu yola radikal dindarlar çəkib. Yurik namaza başlayandan sonra qohumlarla əlaqəni kəsmişdi. Salam verəndə belə cavab vermirdi".

E.Xasıyevin sözlərinə görə, atası bir neçə dəfə Yurikə xəbərdarlıq etsə də, o buna məhəl qoymayıb: "Atası Gülmirzə ona deyirdi ki, namaz qıl, amma radikal dindarlarla əlaqə saxlama. Yurik onun sözünə məhəl qoymadı və hamıdan xəbərsiz Suriyaya getdi. Ailəsi Yuriki Suriyaya necə getdiyini bilmir. Qardaşım hazırda Maxaçkalada işləyir.

Yurik Suriyaya getməmişdən öncə evdəkilərə deyib ki, mən haqq, ədalət uğrunda savaşmağa gedirəm. O, Suriyada günahkarları öldürəcəyini deyib. Biz Yurikə dedik ki, döyüşmək istəyirsənsə, Suriyaya yox, Qarabağa getmək lazımdır. O dediyini elədi və Suriyaya getdi".

Şeyxə sui-qəsd hazırlayan İŞİD-çi kimdir? - FOTOƏmisi hesab edir ki, Yurik İŞİD rəhbərliyinin təzyiqi ilə Şeyxülislam Allahşükür Paşazadə haqda xoşagəlməz fikirlər səsləndirib.

"Onu pis yola çəkiblər. Yurik heç vaxt belə deməzdi. Biz onun yolunu gözləyirik. İnanırıq ki, qardaşım oğlu tezliklə öz ailəsinin, yaxınlarının yanına qayıdacaq"

"Qafqazlı Abdulla" ləqəbli Yurik Xasıyevin anası Səkinə Xasiyeva əməkdaşımızla söhbətində oğlundan xəbərsiz olduğunu deyib.

"Oğlum xeyli vaxtdır bizimlə əlaqə saxlamır. O, yaxşı övlad idi. Heç vaxt kiməsə qarşı hörmətsizlik etməzdi. Oğlumu pis yola çəkdilər. Bəlkə də Yuriki Suriyaya məcbur aparıblar. Heç nədən xəbərimiz yoxdur. Oğlumdan narahatam. Heç bir ana övladının bu yola düşməsini istəməz. Oğluma demək istəyirəm ki, qayıdıb evimizə gəlsin".

Qonşuların bildirdiyinə görə, "Qafqazlı Abdulla"nın qardaşı Radik də radikal dindardır: "Yurikin iki qardaşı var. Bir qardaşı 9-cü sinifdə oxuyur. Digər qardaşı Radik keçmiş hərbçidir. O, hərbi xidmətdə olan zaman qanun pozuntusuna yol verdiyi üçün həbs olunmuşdu. İki aydır həbsdən çıxıb. Radik Yurikin yolunu gedir. O, qardaşı kimi uzun saqqqal saxlayır, şalvarının ətəyi də qısadır. Radik kənddə heç kimlə danışmır. Onun öz dünyası var.

Yurik bizim kənddən Suriyaya gedən tək insan deyil. Kəndimizdən çox adam İŞİD-ə qoşulmaq üçün Suriyaya gedib. Bu gün ağıllı, sakit bildiyimiz uşaq sabah saqqal saxlayıb Suriyadan video paylaşır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3819   Tarix: 28 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bulvarda gəmidə gəzintiyə niyə icazə verilmir? - Açıqlama

"Hazırda Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri müvəqqəti olaraq işləmir". xəbər verir ki, bu barədə AZƏRTAC-a Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki

15.04.2024 538
.

Əfqanıstanda daşqın: 50 nəfər ölüb, 36 nəfər yaralanıb

Əfqanıstanda leysan yağışları gündəlik həyatı iflic edib. BİG.AZ xəbər verir ki, yağışlar daşqınlara səbəb olub. Ötən həftədən bəri təsirli olan güclü yağışlar Əfqanıstanın 34 vilayətindən 20-də daşqınlara səbəb olub. Bu barədə Əfqanıstan Milli Fəlakət Agentliyi sözçüsü Janan Saeq verdiyi açıqlamada

15:51 0
.

Kosmetoloq bu paylaşıma görə cəzalandırıldı

Barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş tanınmış kosmetoloq Elnarə Rzayevaya hökm oxunub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə prosesi Bakıda fəaliyyət göstərən "Laser Beauty Clinic"in baş həkimi Rəna Soltanova və həkim-kosmetolo

15:06 380
.

Baş redaktor və müxbir həbs edildi

" internet saytının baş redaktoru Ramin Qurbanov, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında saxlanılıblar. xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakta görə Cinayət Məcəlləsini

15:47 174
.

Kürdə batan ata və qızının axtarışları davam edir - VİDEO

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir. Bu barədə -a FHN-i

17:12 0
.

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

10 yaşlı Nərmini öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovun hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı müvəqqəti dayandırılıb. "Qafqazinfo"nun məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsində səkkiz aydır davam edən prosesin dayandırılmasın

14:24 334
.

İran-İsrail məsələsi illər əvvəl "Kurtlar Vadisi"ndə - VİDEO

İranın başlatdığı PUA hücumu ilə Yaxın Şərqdə gərginlik yenidən artarkən, Türkiyədə yayımlanan "Qurdlar Vadisi" serialında yer alan səhnə gündəmə gəlib. -a istinadla xəbər verir ki, səhnədə İran və İsraillə bağlı dialoq var. Dialoq belədir:. "Əslində, bölgədə İsraillə İran arasında sözsü

15.04.2024 680
.

Gəncə sakini itkin düşdü

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Həsənov Osman Vahid oğlu itkin düşüb. Bu barədə "Qafqazinfo"ya onun yaxınları məlumat verib. İlkin məlumata görə, adıçəkilən şəxs Beyləqan rayonundan Gəncəyə gedərkən Nizami Məqbərə Kompleksi yaxınlığında "Vito" markalı mikroavtobusdan düşü

09:58 393
.

"Yol kəsmənin cəzası ağır olmalıdır" - Nəqliyyat eksperti

Milli Məclisin üzvü Naqif Həmzəyev parklanma ilə bağlı tariflərə yenidən baxılacağına ümid etdiyini bildirib.Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, parklanma yerlərinə yaxın ərazilərdə yaşayan insanlar 24 saat ərzində parklanma xidmətindən istifadə edə bilirlər, lakin sözügedən ərazilər

15:09 128