Maaşı az olanlar da kredit alacaq - YENİ QAYDA

Maaşı az olanlar da kredit alacaq - YENİ QAYDAAzərbaycanda istehlak kreditlərinin verilməsi ilə bağlı qüvvədə olan qaydalara görə, gəlirlərin 410 manatdan az olan şəxslər də kredit ala bilərlər.

BiG.AZ xəbər verir ki, bu barədə yerli banklardan bildirilib. Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının bir neçə gün əvvəl təsdiqlədiyi qaydalara əsasən, Azərbaycanda istehlak kreditlərinin verilməsində iki göstərici nəzərə alınacaq. Bunlardan biri borcalanın aylıq borc yükünün onun gəlirlərinə nisbəti, digəri isə borcalanan gəlirləri ilə borc yükü arasındakı fərqdir.

Maaşı 410 manatdan artıq olanlar üçün 50% qaydası Qaydalara görə, kredit verilərkən ölkə üzrə yaşayış minimumu da nəzərə alınacaq. Belə ki, xalis (yəni vergilər çıxılandan sonra) gəliri yaşayış minimumunun 3 mislindən artıq olanlara kredit o şərtlərlə veriləcək ki, onların kredit üzrə aylıq ödənişi gəlirlərinin 50%-dən artıq olmasın. Qeyd edək ki, yaşayış minimumu 136 manat, onun 3 misli isə 408 manatdır. Başqa sözlə, gəlirləri 408 manatdan artıq olanların kreit üzrə aylıq ödənişləri bu məbləğin 50%-dən artıq olmamalıdır. Tutaq ki, gəlirləri 600 manat olan şəxs kredit üçün müraciət edirsə. Kredit ona elə şərrtlərlə verilir ki, onun aylıq ödənişi 300 manatdan artıq olmasın.

Aşağı maaşlılar üçün 40% qaydası Amma bu qaydanın açıqlanması ictimaiyyədə, hətta bəzi mütəxəssislərdə də elə təsəvvür yaradıb ki, gəliri 410 manatdan aşağı olanlara kredit verilməyəcək. Halbüki, bu fikir doğru deyil – yeni qaydalara görə, gəlirləri 410 manatdan aşağı olanlar da kredit ala biləcəklər. Sadəcə onlara kreditlər fərqli şərtlərlə veriləcək. Belə ki, qaydalara görə, belələrinin kredit üzrə aylıq ödənişləri gəlirlərinin 40%-dən artıq olmamalıdır.Tutaq ki, gəliri 350 manat olan şəxs kredit üçün müraciət edib. Yeni qaydalara görə, banklar ona krediti elə şərtlərlə verəcəklər ki, onun aylıq ödənişi 140 manatı (350 manatın 40%i) keçməsmin. Bu o məqsədlə edilib ki, az gəlirli vətəndaqşlar kreditlərlə həddən artıq yüklənməsinlər.

Yaşayış üçün xərclər də nəzərə alınacaq Amma bu qaydanın tətbiqində də bəzi çərçivələr var. Belə ki, Həmin qaydaara görə, borcalanın və ya birgə borcalanların gəlirləri və borc yükü arasında fərq ölkə üzrə yaşayış minimumu göstəricisindən artıq olmalıdır. Kredit elə şərtlərlə verilməlidir ki, kreit götürən şəxs və ya onun himayəsində olan şəxslərin minimum yaşayışı üçün məbləğ qalsın.

Misallarla izahat
Misal 1: Məsələn himayəsində özü ilə birlikdə 3 nəfər olan və gəliri 600 manat təşkil edən şəxs kredit üçün banka müraciət edir. Qaydalara görə, onun aylıq kredit ödənişləri gəlirinin 50%-dən artıq olmamalıdır – yəni 300 manat. Amma bu o demək deyil ki, həmin şəxs aylıq 300 manat ödənişlə kredit ala biləcək. Himəyəsində olanların və özünün dolanışığı üçün tələb olunan minimum məbləği, yəni adamğbaşına 136 manatı nəzərə alsaq, bu ailənin dolunması üçün 408 manat tələb olunur. Deməli, bu şəxsin sərbəst vəsaiti cəmi 192 manat qalır və kreditinin aylıq ödənişi də bu məbləği keçməməlidir.

Misal 2: Tutaq ki, aylıq xalis gəliri 200 manat olan şəxs banka kredit üçün müraciət edir. Maaşı 408 manatdan aşağı olduğuna görə, qaydalara əsasən, onun kreit üzrə aylıq ödənişi maaşının 40%-dan artıq olmamalıdır. Maaşın 40%-i 80 manatdır. Amma bu o demək deyil ki, bank ona aylıq 80 manatla kredit ayıracaq. Əvvəlcə, həmin şəxsin gəlirlərindən yaşayış minimumu (136 manat) çıxılacaq. Bu şəxsin sərbəst vəsaiti cəmi 64 manat qalır və ona kredit də elə şərtlərlə veriləcək ki, aylıq ödənişi 64 manatı keçməsin./fins.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1680   Tarix: 27 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universitet

11:53 197
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 447
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 451
.

İran səfiri Azərbaycanı tərk edir

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırkı dönəmdə tərəflər iki dövlə

16:05 0
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 583
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 460
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 199
.

İsrail əsgərləri 3 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinin Beyta qəsəbəsində baş verən hadisələrdə İsrail əsgərləri 3 fələstinlini yaralayıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Beyta qəsəbəsində ikisi uşaq olmaqla 3 fələstinlini yaraladığ

12:30 103
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 266