Sarkisyan erməniləri axmaq yerinə qoyub

Sarkisyan erməniləri axmaq yerinə qoyub"Biz uduzmadıq, məğlub olmadıq - sadəcə, hesabda geridə qaldıq. Doğrudur, rəqib komanda bizə çox qol vurdu, amma qapımızın torunu dələ bilmədi. Bu isə komandamızın qarşıya qoyulmuş məqsədə çatması deməkdir.

Təbii, rəqib komandaya çox qol vurmaq mümkündür, amma bunun üçün meydanda qaçmaq gərəkdir. Futbolçularımız isə qaçanda yıxıla bilərdilər, yorula bilərdilər, zədələnə bilərdilər.

Özünüz düşünün: bizə vurduğu hər qol üçün rəqib komandanın oyunçuları meydanda minlərlə metr qaçdılar, yoruldular. Biz isə əsla yorulmamışıq, çünki az qaçdıq. İndi qalib onlardır, ya biz?!

Məğlub olduğumuza görə bizi tənqid edənlərsə qoy özləri meydana çıxsınlar, oynasınlar və hesabı xeyrimizə dəyişməyə çalışsınlar. Alınmayacaq, çünki matç başa çatıb. Belədirsə, tənqidin nə mənası var?!

Üstəlik, məğlubiyyətimizlə başa çatan matç önəmli deyildi, turnirdə taktiki və strateji əhəmiyyət daşımırdı. Əsas odur ki, böyük hesabla uduzmamışıq.

Hər şey daha pis ola bilərdi".
Sarkisyan erməniləri axmaq yerinə qoyubErmənistanın futbol üzrə yığma komandasının baş məşqçisi belə çıxış etsəydi, nə olardı?!

"Apardığımız cərrahiyyə əməliyyatından sonra pasiyentin vəziyyəti pisləşmədi: sadəcə, əməliyyat olunmuş orqan əvvəlki kimi funksiya göstərmir. Əsas odur ki, xəstəlik artaraq başqa orqanları da sıradan çıxara bilmədi. Xəstəliyin ilkin mərhələsində dərman preparatları vasitəsilə onun öhdəsindən gələ bilməməyimiz və işin əməliyyata çatması problem deyil.
Əsas odur ki, pasiyent hələ də sağdır.

İndi xəstənin ailə üzvləri və qohumları bizi tənqid edir, söyür, işləməyən orqanın funksiyalarının bərpasını tələb edirlər. Tənqid etmək asandır - belə ağıllıdırlarsa, qoy gəlib əməliyyat aparsınlar.
Üstəlik, kəsib atdığımız orqanın vücud üçün strateji əhəmiyyəti yoxdur. Əsas budur ki, pasiyent sağdır, nəfəs alır və hər şey irəlidədir.
Hər şey daha pis ola bilərdi".
Sarkisyan erməniləri axmaq yerinə qoyubİrəvandakı xəstəxanalardan birinin baş həkimi belə bəyanat versəydi, nə olardı?!

"Tikdiyimiz bina uçmadı, sadəcə, kiçik hissələrə parçalanaraq yerlə bir oldu. Əsas odur ki, binanın qarşısındakı yaşıllıq uçqundan ziyan çəkmədi. Doğrudur, o yaşıllıqdakı skamyalarda oturmağın artıq heç bir mənası qalmayıb.
Uçqunda həlak olan sakinlərin qohumları bizi tənqid edirlər. Belə "hər şeyi bilən" adamlardırsa onlar, qoy darmadağın olmuş binanı bərpa etməyə cəhd göstərsinlər.

Üstəlik, binanın heç bir əhəmiyyəti yoxdur. Ümumiyyətlə, o bina psixoloji amil idi. Yaşıllıq bizə gərək deyil, çünki bina uçub.
Hər şey daha pis ola bilərdi".

İrəvandakı inşaat şirkətlərindən birinin rəhbəri belə açıqlama ilə çıxış etsəydi, nə olardı?!

Cavab çox sadədir: belə baş məşqçi, baş cərrah və ya şirkət rəhbəri vəzifəsində bir gün də qalmazdı.
Sarkisyan erməniləri axmaq yerinə qoyubAmma Ermənistan prezidenti Serj Sarkisyan üçün normal məntiq qanunları, deyəsən, önəmli deyil.
"Dağlıq Qarabağdakı "dördgünlük müharibə"də 800 hektar ərazi itirdik. Həmin ərazilər strateji və ya taktiki baxımdan əhəmiyyət daşımır. Bizi tənqid edənlərə isə cavabım belədir: hərb elmindən belə başınız çıxırsa, niyə ön cəbhədə, səngərdə deyilsiniz?! Əsas odur ki, önəmli mövqeləri əlimizdədir. Hər şey daha pis ola bilərdi", - Serj Sarkisyan jurnalistlərin suallarını cavablayanda belə demişdi.

Ermənistan prezidentinin açıqlamasını ermənilər çox şərh ediblər, hiddətləniblər. Amma ən konkret və dəqiq şərhin müəllifi Fransada yaşayan məşhur erməni şansonye Şarl Aznavurdur.
O, deyib: "Sarkisyan, deyəsən, bizi axmaq yerinə qoyub".

Bu qədər bəsit.../milli.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1433   Tarix: 27 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 0
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 0
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

28.03.2024 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 0
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 0
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

28.03.2024 0
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 0
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 0
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28.03.2024 262