Milli Qəhrəmanın həyat yoldaşı: "Oğlum hələ də atasının şəhid olduğunu bilmir"
"Muradın ölümünü oğlumdan gizli saxlamağa çalışıram. İstəyirəm uşaqlar dərk etsinlər ki, ataları ölməyib, şəhidlik zirvəsinə ucalıb".
BiG.AZ xəbər verir ki, bunu azvision.az-a aprel döyüşlərində qəhrəmancasına döyüşərək şəhid olan, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva deyib.
F.Mirzəyevanın sözlərinə görə, oğlu Nurlan atasının vəfat etdiyini hiss edib: "Müdafiə Nazirliyində medalın təqdim edilməsinə gedərkən Nurlan dedi ki, ataya verilən medalı sən niyə alacaqsan? Sözsüz ki, atasının həlak olduğunu başa düşür, sadəcə dilinə gətirmək istəmir. Nurlan bəlkə də məni incitməmək üçün atasının öldüyünü demir. Uşaqlar ölümün nə olduğunu bilirlər, şəhidliyi başa düşmürlər. Bunu onlara izah etməyə çalışıram".
Milli Qəhrəmanın xanımı qeyd edib ki, Murad Mirzəyev şəhid olandan sonra tanımadığı insanlar başsağlığı vermək üçün onların evlərini ziyarət edir.
"Cəbhə bölgəsindən, daha çox atəşə məruz qalan kəndlərdən olan sakinlərdən xeyli zənglər gəlir. Həmçinin cəbhə bölgəsində yaşayanlardan evimizə gələnlər də var. Bildirirlər ki, şəhidlərimiz öz canlarını fəda etməklə bizim canımızı güllərdən xilas etdilər. Ötən gün Türkiyə Böyük Birlik Partiyasının sədri və üzvləri ailəmizə baş çəkməyə gəlmişdilər".
Qeyd edək ki, mayın 16-da Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə polkovnik-leytenant Murad Mirzəyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
General-polkovnik Zakir Həsənov "Azərbaycanın Milli Qəhrəmanı" adının vəsiqəsini polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevaya təqdim edib və "Qızıl Ulduz" medalını şəhidin yeddi yaşlı oğlu Nurlanın yaxasına sancıb.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 5487 Tarix: 26 may 2016
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMaqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245