Şəhidimizin medalı ailəsinə verildi - FOTOLAR

Şəhidimizin medalı ailəsinə verildi - FOTOLARTəmas xəttində baş verən aprel döyüşlərində həlak olan Silahlı Qüvvələrimizin əsgəri Hüseynov Bəxtiyar Rafael oğlunun medalı ailəsinə verildi. Şəhidin nazir general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı onun ailə üzvlərinə təqdim edilib.

BiG.AZ bildirir ki, şəhidin atası Rafael Hüseynovun anspress-ə verdiyi məlumata görə, mərasimdə şəhidin doğmaları ilə yanaşı, nazirliyin rəsmiləri, xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, rayon ictimaiyyəti də iştirak ediblər.

Müdafiə Nazirliyinin rəsmisi Abdulla Qurbani Bəxtiyar Hüseynovun mənalı döyüş yolundan söz açdıqdan sonra şəhid zabitin döyüş medalını onun atasına təqdim edib.

Şəhid əsgərin atası, ehtiyatda olan hərbi qulluqçu Rafael kişi də oğlunun qəhrəmancaşına şəhid olmasından qürur duyduğunu bildirib.

"Oğlum 1995-ci il iyulun 14-də Goranboyda anadan olub. Goranboy rayonu Qızılhacılı kəndini bitirən kimi dərhal hərbi xidmətə gedib. Bəxtiyar mənim ilk oğlum idi. Ondan başqa bir oğlum da var. O da aprelin 1-də hərbi xidmətdən qayıdıb. Düzdür, bir valideyn kimi bu, mənə çox çətin, ağırdır. Amma şəhid olmaq balamın arzusu idi. Allah-Taala bütün şəhidlərimizə rəhmət eləsin, bütün şəhid ailələrinə səbir diləyirəm və başsağlığı verirəm".

Şəhidin medal təqdimetmə mərasimdə iştirak edən döyüş yoldaşları onun intiqamının alınacağına and içiblər.

Aprelin 2-dən təmas xəttində gərginlik yaşanıb. Ermənistan tərəfi cəbhə xəttində təxribata cəhd edib. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.

4 gün cəbhə xəttində gedən müharibədə Azərbaycan ordusu xeyli irəliləyərək bir neçə yüksəkliyi ələ keçirib və orada möhkəmlənə bilib. Ermənistana məxsus onlarla texnika, yüzdən çox canlı qüvvə məhv edilib.

Aprelin 5-də saat 12:00-da Müdafiə Nazirliyinin verdiyi məlumata görə, hər iki tərəfin razılığı ilə atəşkəs elan olunub. Lakin ermənilər bu razılığa baxmayaraq təxribat cəhdlərindən əl çəkməyərək, aprelin 26-28 tarixlərində də təmas xəttində vəziyyəti yenidən gərginləşdiriblər və dinc əhalini atəşə tutublar.

Mayın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündən sonra cəbhədə atəşkəs nisbətən səngiyib.

Şəhidimizin medalı ailəsinə verildi - FOTOLARŞəhidimizin medalı ailəsinə verildi - FOTOLARŞəhidimizin medalı ailəsinə verildi - FOTOLARŞəhidimizin medalı ailəsinə verildi - FOTOLARŞəhidimizin medalı ailəsinə verildi - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 813   Tarix: 26 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

"Rusiya Azərbaycana silah satırdı, Ermənistana isə hədiyyə edirdi" - Politoloq

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Rusiya Ermənistanı dəfələrlə aldadıb. O qeyd edib ki. Rusiya Ermənistanı "ən çətin dövrdə" tək qoyub. Aİ-yə üzvlük Ermənistan üçün ən məqbul variantdır. Mövzu ilə bağlı -a danışan politoloq Turan Rzayev bildirib ki, 44 günlük İkinci Qaraba

13:54 0
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191