Prezidentə "Dünyada ilin adamı" mükafatı təqdim olundu - FOTOLAR

Prezidentə "Dünyada ilin adamı" mükafatı təqdim olundu - FOTOLARAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də "The Business Year" jurnalının baş redaktoru Leland Raysı və jurnalın direktoru xanım Betül Çakaloğlunu qəbul edib.

BiG.AZ xəbər verir ki, "The Business Year" jurnalının baş redaktoru Leland Rays Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda keçirilən Dünya Humanitar Sammitində iştirakının və çıxışının önəmini vurğuladı. O, Azərbaycanın beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və dünyada gedən iqtisadi proseslərdəki rolunu qeyd etdi.

Dünya Humanitar Sammitinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Sammitin bu formatda ilk beynəlxalq humanitar tədbir olduğunu vurğulayaraq tədbirin gündəliyinin geniş sahələri əhatə etdiyini dedi. Beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə toxunan dövlətimizin başçısı Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiya olunması istiqamətində görülən işlərdən danışdı.

"The Business Year" jurnalının direktoru xanım Betül Çakaloğlu jurnalın gördüyü işlər barədə dövlətimizin başçısına məlumat verdi. Altı ilə yaxın bir müddətdə ölkəmiz ilə əməkdaşlıq etdiklərini vurğulayan xanım Betül Çakaloğlu jurnalın dünyanın müxtəlif qitələri və ölkələrində yaxşı əlaqələr qurduğunu dedi.

"The Business Year" jurnalının baş redaktoru Leland Rays Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfəyə, "Cənub Qaz Dəhlizi", "Şahdəniz-2", TANAP və TAP layihələrinin yaradılması və həyata keçirilməsi, mühüm beynəlxalq idman tədbirlərinin, o cümlədən birinci Avropa Oyunlarının nümunəvi təşkilinə və Azərbaycanın çox böyük potensialının dünyada təbliğinə, "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı göstərdiyi səylərə, Azərbaycanı əhəmiyyətli transmilli nəqliyyat layihələrinin mərkəzinə çevirdiyinə, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsinə verdiyi böyük dəstəyə, multikultural dəyərlərin təşviqi ilə bağlı beynəlxalq humanitar tədbirlərin keçirilməsi və regionda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı digər uğurlu fəaliyyətinə görə rəhbərlik etdiyi jurnalın Azərbaycan Prezidenti İlham Əliyevi 2015-ci ildə "Dünyada ilin adamı" mükafatına layiq gördüyünü dedi və mükafatı dövlətimizin başçısına təqdim etdi.

Dövlət başçısı "The Business Year" jurnalının "Dünyada ilin adamı" mükafatına layiq görüldüyünə görə minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyev jurnalın baş redaktoru Leland Raysın təqdimatında Azərbaycanın həyata keçirdiyi siyasətin ən əhəmiyyətli isiqamətlərinin qeyd olunduğunu vurğulayaraq iqtisadi şaxələndirmə, enerji təhlükəsizliyi, multikulturalizm, Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzinə çevrilməsi və bu infrastruktura investisiyaların yatırılması kimi məsələlərin əldə olunmasında regional əməkdaşlığın əhəmiyyətini qeyd etdi. Regional əməkdaşlığın yalnız qarşılıqlı inama əsaslandığını deyən dövlətimizin başçısı qarşılıqlı inamın isə multikultural, dini və etnik dözümlülük kimi dəyərlərin təşviqi ilə yaradıldığını bildirdi. Bütün bu dəyərlərə görə qürur duyduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanın təbliğinə və ölkəmizlə bağlı həqiqətləri beynəlxalq auditoriyaya çatdırdıqlarına görə "The Business Year" jurnalına təşəkkürünü bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

Prezidentə "Dünyada ilin adamı" mükafatı təqdim olundu - FOTOLARPrezidentə "Dünyada ilin adamı" mükafatı təqdim olundu - FOTOLARPrezidentə "Dünyada ilin adamı" mükafatı təqdim olundu - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1440   Tarix: 25 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

28.03.2024 136
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 298
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 662
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

28.03.2024 341
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

28.03.2024 302
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105