"Əgər bacımın xətrinə dəysə, onu məhv edərəm" - Əkiz bacılar+fotolar

"Əgər bacımın xətrinə dəysə, onu məhv edərəm" - Əkiz bacılar+fotolarƏkiz bacılar Sevil və Sevinc yaradıcılıq yeniliklərindən danışıblar.

BiG.AZ müğənnilərin axşam.az-a müsahibəsini təqdim edir:

- Son günlər əməkdar artist Röya Ayxanla layihə hazırladığınız xəbəri yayılıb. Bu işbirliyi nədən ibarətdir?

- Yeniliyimizdən birini mayın 27-də Röya Ayxanın konsertində təqdim edəcəyik. Sənətə yeni gələn hər bir insan bizim yerimizdə olmaq istəyər. Bir çox xanım müğənninin konsertində səhnəyə çıxıb onunla duet oxumuşuq. Amma Röya Ayxanla olan başqa səs-küy yaradacaq. Əslində Röya xanımla hər zaman dostluğumuz olub. Onunla olan münasibətimizi açıqlamağa çəkinmişik. Şou-biznesdə aravuran, gözügötürməyən insanlar çoxdur. İllərlə əlləşirik ki, hörmət qazanaq. Bir nəfər kəlməsi ilə qazandığın hörməti yerə vura bilər. Hər zaman dostluğumuzu gizli saxlamışıq.

Öz yaradıcı işlərimizi də unutmuruq. "Hərdən" mahnısına çəkdirdiyimiz klipi təqdim etməyimizdən 1 ay ötməyib, artıq izlənmə sayı yarım milyonu keçib. 1 ay tamam olsun yeni iş təqdim edəcəyik. Bu mahnı "Ey ürək" adlanır. Müəllifi Nurlan Təhməzlidir.

- Bildiyimizə görə, Nurlan Təhməzliylə uzun müddətdir küsülüsünüz...

- Onun bizim üçün yazdığı "Əzab" adlı lirik mahnını remiks edib oxumuşduq. Nurlan da çox əsəbiləşmişdi. O vaxtdan sonra danışmırdıq. Onunla hansısa işə imza atanda elə olmayıb ki, dalaşmayaq. Özü də biz küsəndə bir-iki günlük getmirik, illərlə danışmırıq. İndi barışmışıq. Yay üçün hit mahnılar istəyirdik. Onu da Nurlandan aldıq. Klip də çəkdirəcəyik. Yenə də rejissor Nazim Şərbətə müraciət edəcəyik. Beş mahnımız var, bir-bir təqdim edəcəyik. Həmişə deyirdik ki, Nailə Mirməmmədlinin mahnısını oxumaq üçün böyümək lazımdır. Artıq böyüdük və ondan bəstə aldıq. Mahnını eşidəndə hamı şok olacaq. İlk dəfə onu başqa müğənni oxumaq istəyirmiş. Bizim klipin sonunda hamı görəcək ki, o hansı ifaçıdır. Bu klipi sentyabrda təqdim edəcəyik.

- Bəs konsert planı yoxdur?

- Artıq Tolik bununla bağlı danışıqlara başlayıb. "Yaşıl teatr"da konsert düşünürük. Albomu da onunla birlikdə təqdim edəcəyik.

- Hərdən sizi çox dəyişməkdə günahlandırırlar...

- Hansısa məclisə gedəndə hamıyla bir-bir görüşə bilmirsən. Kimsə gözündən qaçırsa, tez tutur qolundan ki, "Böyümüsən?". Həm insan olduğu kimi qalmır, get-gedə dəyişir. İnsan-insana beş dəfə salam verməlidir?

- Ötən il "Hər şey daxil" verilişiniz yay tətilinə çıxmadı. Bu il istirahət düşünürsünüz?

- Bu il gedəcəyik, payızda isə fərqli Sevil və Sevinc gələcək. "Hər şey daxil" olduğu kimi qalır. Bizi bu verilişdə hamı şıltaq qızlar kimi tanıyır. Yeni bir verilişimiz olacaq. Burada qlamur, nazlı xanım kimi görünəcəyik. "Xəzər" telekanalı yeni binaya köçüb, studiyamız da dəyişəcək. Eyni zamanda radioda aparıcılığa başlayacağıq.

- Geyimlərinizdə nələrə üstünlük verirsiniz?

- Əvvəl zövqlü xanımlar siyahısında adımız çəkilmirdi. İndi stilistlər bizim adımızı da çəkir. Bu da sevindiricidir. Ötən ilki verilişlərə baxanda deyirik, "Bu nədir biz geyinmişik?". İndi tam dəyişmişik, efirdə reklam etdiyimiz paltarları tamaşaçılar gedib alır. Özü də reklam xatirinə hər geyimi geyinmərik. İmicimizi qoruyub saxlayırıq.

- Bir ara bağ evi tikmək üçün torpaq sahəsi almışdınız. Bağınız hazırdır?

- Tolik məcburən hasar tikdirdi. Sonra da bizi məcbur etdi ki, qapı qoyun. Ancaq hasarın tikib, qapısını qoymuşuq. Hələ tikdirməmişik.

- Bu yaxınlarda sizi ilk dəfə tək bir layihədə gördük...

- Sevinc: Verilişi bir ara iki həftə Sevilsiz apardım. Bir gecə özümü pis hiss edirdim, Sevildən xahiş etdim ki, verilişi sabah tək apar. Dedi, ölərəm, tək aparmaram.

Sevil: Əgər bacımın kimsə xətrinə dəysə, onu məhv edərəm. Bu məsələdə cəsarətliyəm. Amma verilişi tək aparmaqda cəsarətli ola bilmirəm.

"Əgər bacımın xətrinə dəysə, onu məhv edərəm" - Əkiz bacılar+fotolar"Əgər bacımın xətrinə dəysə, onu məhv edərəm" - Əkiz bacılar+fotolar"Əgər bacımın xətrinə dəysə, onu məhv edərəm" - Əkiz bacılar+fotolar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3390   Tarix: 25 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763