17 kilo arıqlayan Rəqsanə dondan-dona girdi - FOTOLAYİHƏ

17 kilo arıqlayan Rəqsanə dondan-dona girdi - FOTOLAYİHƏXəbər verdiyimiz kimi, bu gün tanınmış estrada müğənnisi Rəqsanə İsmayılova növbəti yaşına qədəm qoyur.

O 1979-cu ildə Goranboy rayonunun Muzdurlar kəndində anadan olub.
Müğənnilik fəaliyyətinə 2002-ci ildən başlayıb. İfaçılığa Rusiyanın Moskva şəhərində başlayan Rəqsanə, daha sonra vətənə qayıdaraq sənətini Bakıda davam etdirib. Özünəməxsus səs tembrinə malik olan ifaçının ulduzu , qısa vaxt ərzində parlamaya başladı. "Bivəfa", "O bilər, mən bilərəm", "Mən səni görmək istəsəm hara gəlim?", "Yuxumda", "Payız" kimi mahnıları onun məşhurluğa doğru gedən yolda ifa etdiyi hit mahnılar sırasındadır.

Ölkəsində populyar və sevilən müğənniyə çevrildikdən sonra, Rusiyaya üz tutan Rəqsanə Moskvada kliplər çəkdirir. Bununla da kifayətlənməyən Rəqsanə Moskvada konsert proqramı ilə də çıxış edib.
Rusiyada layihələr edən müğənni daha sonra qardaş ölkə türkiyənin şou-biznesinə addımlar atır.

Türkiyənin məşhur rejissoru Teoman Topçu ilə işbirliyi quran Rəqsanənin klipində Türkiyədə "biscolata erkeyi" kimi tanınan ispaniyalı aktyor və model Carlos Martin rol alır. Bu klip həm Türkiyədə həm də Azərbaycanda xeyli səs-küyə və marağa səbəb olur.
Rəqsanə yaradıcılığı ərzində "Şəfa" stadionu və " Yaşıl teatr"da konsertlər verib. Müğənni 30 iyunda "Yaşıl teatr" da gerçəkləşdirdiyi konsertini şəhidlərimiz İlham və Fərizəyə həsr edib.

Rəqsanənin müğənniliklə yanaşı aparıcılıq fəaliyyəti də var. Etdiyi xeyirxah əməllərlə də tanınan ifaçı ötən il ATV kanalında yayımlanan "Göz önündə" verilişinin müəllifi və aparıcısı olub.
Estrada ulduzu ailəlidir, Aysun və Yağmur adlı 2 qız övladı var.

Məşhurun doğum günündə, onun yeni fotolayihəsini oxuculara təqdim edirik.

Fotolarda 6 müxtəlif obraz canlandıran Rəqsanənin xeyli çəki atdığı diqqətdən yayınmır. Müğənni nə az nə çox düz 17 kq arıqlayıb.
Fotosessiya Moskvada gerçəkləşib, müğənninin imici üzərində əcnəbi stilistlər çalışıb.
İfaçının üzərindəki libaslar isə qızı Aysunun əl işidir.

17 kilo arıqlayan Rəqsanə dondan-dona girdi - FOTOLAYİHƏ17 kilo arıqlayan Rəqsanə dondan-dona girdi - FOTOLAYİHƏ17 kilo arıqlayan Rəqsanə dondan-dona girdi - FOTOLAYİHƏ17 kilo arıqlayan Rəqsanə dondan-dona girdi - FOTOLAYİHƏ17 kilo arıqlayan Rəqsanə dondan-dona girdi - FOTOLAYİHƏ17 kilo arıqlayan Rəqsanə dondan-dona girdi - FOTOLAYİHƏ17 kilo arıqlayan Rəqsanə dondan-dona girdi - FOTOLAYİHƏ17 kilo arıqlayan Rəqsanə dondan-dona girdi - FOTOLAYİHƏ17 kilo arıqlayan Rəqsanə dondan-dona girdi - FOTOLAYİHƏ17 kilo arıqlayan Rəqsanə dondan-dona girdi - FOTOLAYİHƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8115   Tarix: 25 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Dünyaya uşaq gətirmək vacib deyil"

"Sevinirəm ki, Fətulla (qardaşının övladı - red.) ailəni tək idarə edir. Dünyaya uşaq gətirmək vacib deyil". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Zaurla Günaydın" verilişində deyib. Müğənni ailəsindən danışıb:. "Fətulla uşaq idi, çılğın, hər şeydə

26.03.2024 493
.

Mətanət İsgəndərli nəvəsi ilə - Foto

Əməkdar artist Mətanət İsgəndərli adını daşıyan nəvəsi ilə görüntüsünü paylaşıb. Axşam.az xəbər verir ki, müğənni Mətanətlə şəklinə "Gözəl balam Mətişim, səni çox sevirəm. Şirin nəvəm, Mətanətim" sözlərini yazıb. Qeyd edək ki, Mətanət sənətçinin oğlu Kərimin övladıdır. Kərim bir neçə il əvvə

28.03.2024 571
.

"Sonradan soyunanda göz öyrəşmir"

Aparıcı Elnarə Təhməzova yeni paylaşımı ilə diqqət çəkib. OLAY yazır ki, o, feysbukda müzakirəli status paylaşıb. "Bir var əvvəldən soyunursan, bir də var sonradan. Göz öyrəşmir. Sonradan olunan heç nə maraqlı gəlmir", - deyə, aparıcı vurğulayıb

28.03.2024 287
.

"Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"

"Bütün verilişləri izləyirəm. ATV-də baş redaktor olmuşam, alışqanlığım var: bütün verilişlərdən xəbərim olmlıdır. "Bizimləsən" uzun illərdir yayımlanır. Zaur və komandasının yardım etdiyi qədər xəstə heç bir proqramda olmayıb". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Günay Baxşəliyev

26.03.2024 590
.

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO

Tanınmış müğənni İlahə İbadovanın toyu olacaq. Bu barədə sənətçi ATV-nin "Rəngarəng səhər" verilişində məlumat verib. O, ikinci dəfə ailə quracağını və artıq üzüklərin taxıldığını bildirib. Həmin görüntüləri təqdim edirik:

10:40 0
.

"Meyxanaçılar uşaqlarımızın dinini, tərbiyəsini pozur"

Əməkdar artist Elza Seyidcahan meyxanaçıları tənqid edib. Axşam.az xəbər verir ki, müğənni bu haqda yutubda yayımlanan "Şəbnəmlə iç üzü" layihəsində danışıb. O bildirib ki, meyxanaçılar qeyri-etik ifadələrdən istifadə edirlər:. "Bəzi meyxanaçılar bizim uşaqlarımızın dinlərini, imanlarını

28.03.2024 145
.

Əməkdar artist: "Kürəkənimin 40 mərasimində evə nəvəmin meyiti gəldi"

"Qızım Ülkərin həyat yoldaşını mal-mülkə görə qardaşının oğlunu qətlə yetirdi. Səbəb isə əmisinin sahib olduqlarını ələ keçirmək idi. Elə oldu ki, bu məsələdən 6 ay sonra onu da öldürdülər. Onlar Ukraynanın cənub-şərq hissəsində, Zaporojye şəhərində qalırdılar. Qətlə yetirdikdən sonra isə meyitin

25.03.2024 998
.

"O qədər səhvlər etmişəm ki..."

"Mən səhv tutmağı sevmirəm. Səhvi olmayan insan natamamdır. O qədər səhvlər etmişəm. Bu gün onlar məni Aytən Səfərova edib". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Zarafat bir yana" verilişində deyib. O bildirib ki, efirdə hər zaman qadınları müdafiə edir: . "Hə

26.03.2024 570
.

Aparıcı "Niva" ilə Bakıdan Çinə gedir

Aparıcı Fərid Rəsul maraqlı bir addım atıb. Axşam.az xəbər verir ki, "Yenə adi günlərdən biri" adlı layihə edən Fərid "Niva" markalı maşınla Bakıdan Çinə yola düşüb. Fərid bundan əvvəl Avropadan İran vasitəsi ilə Çinə getməyi plnlaşdırıb. Amma İran sərhəddində onu buraxmadıqları üçü

25.03.2024 827