Ermənistan peyk müharibəsinə hazırlaşır

Ermənistan peyk müharibəsinə hazırlaşırRusiya Müdafiə Nazirliyinin sifarişi ilə yaradılmış QLONASS peyk naviqasiyası sisteminə bu il Ermənistan da daxil ediləcək.

BiG.AZ-ın məlumatına görə, bu barədə jurnalistlərə bu gün "Roskosmos" sədrinin müavini Sergey Savelyev bildirib. Onun sözlərinə görə, "Roskosmos" 2016-cı ildə Ermənistanda QLONASS stansiyalarının inşasını gerçəkləşdirir.

1976-cı ildə SSRİ Müdafiə Nazirliyinin sifarişi ilə yaradılmış və 1993-cü ildən Rusiya Müdafiə Nazirliyi tərəfindən istifadə üçün təhvil götürülmüş qlobal naviqasiya sistemi QLONASS dünyada fəaliyyət göstərən iki qlobal peyk naviqasiyası sistemindən biridir. Bütün istifadəçilər üçün açıq naviqasiya sistemi olması bəyan edilsə də, 24 peyklə fəaliyyət göstərən QLONASS-ın əsas məqsədi potensial düşmən ərazilərində kəşfiyyat aparılması ilə bağlıdır. Məhz QLONASS-ın fəaliyyətinin bu tərəfini nəzərə alaraq ABŞ öz ərazisində bu sistemin stansiyalarının yerləşdirilməsinə icazə verməyib.

Hərbdə QLONASS sistemindən istifadə edərək düşmən tərəfin hərbi kolonlarının, tanklarının və digər zirehli texnikasının hərəkətini müəyyən etmək mümkündür. Məhz bu cəhətdən Azərbaycan Müdafiə Nazirliyinin sabiq əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov ANS PRESS-ə müsahibəsində Ermənistanın QLONASS-ı Azərbaycana qarşı müharibədə istifadə etmək niyyətində olduğunu bildirir: "Azərbaycanın "Azerspase" peyki onları çox narahat edir. Aprel döyüşlərində Azərbaycan ordusunun üstün olmasında bu peykin də rolu çox olub".

Üzeyir Cəfərovun fikrincə, ermənilərin bu canfəşanlığı Azərbaycan və Ermənistan prezidentlərinin iyunun sonlarına nəzərdə tutulmuş görüşü ilə bağlıdır: "Heç nə təsadüfi deyil. Ermənistan canfəşanlıqla Rusiyadan dəqiq silahlar almaq üzərində işləyir. Həmçinin erməni zabitlər Rusiya poliqonlarından dəqiq silahlarla işləmək üçün təlimlərdən keçirlər. Ermənistanın QLONASS-a qoşulması da bu çərçivədə atılmış addımdır. Müdafiə naziri Seyran Ohanyan itirilmiş mövqelərin qaytarılmasından danışır. Ermənistanın görüş əvvəli revanş eləmək niyyəti göz qabağındadır".

Polkovnik-leytenantın fikrincə, İrəvan bu məsələdə Rusiyanın himayəsinə güvənir: "Moskva rus silahının apreldə korlanmış imicini qaldırmağa çalışacaq. Buna görə də biz istənilən təxribata qarşı hazır olmalıyıq. Bundan əvvəl biz 24 saat rejimində ermənilərin addımlarını izləyirdiksə, indi 48 saat rejimində çalışmalıyıq. Yəni sayıqlığımızı 2 dəfə artırmalıyıq".

Təbii ki, Ermənistanın hansısa 200 milyon dollarlıq silah alması ilə Azərbaycan ordusu üzərində üstünlük qazanması qeyri-mümkündür. Stokholmda mənzillənmiş SİPRİ sülh araşdırmaları institutunun tədqiqatlarına görə, 2005-ci ildən başlayaraq qoyulan vəsaitlərə görə Azərbaycan ordusu Ermənistan ordusunu dəfələrlə üstələyir. Məsələn, zirehli texnikanın sayına görə, Azərbaycan ordusu 4 dəfə güclüdür.

Son illərdə Azərbaycan ordusuna ayrılan vəsaitlər xüsusilə artıb və il üzrə 4 miylard dollara yaxınlaşıb. Bu, Ermənistanın illik büdcəsindən yuxarı rəqəmdir. Amma bununla belə, Ermənistan ordusunun qəfil zərbəsi cüzi də olsa revanş imkanı yarada bilər. Bu isə Ermənistan ordusunda aprel döyüşlərindən sonra yaranmış xofu xeyli azalda bilər. Bu, iyun görüşləri ərəfəsində Azərbaycan diplomatiyası üçün xeyli çətinlik yarada bilər./anspress/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1829   Tarix: 24 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250