"Sevirdim, darıxırdım..."-hamını dəhşətə gətirən hamilə gəlin DANIŞDI

"Sevirdim, darıxırdım..."-hamını dəhşətə gətirən hamilə gəlin DANIŞDIXəbər verdiyimiz kimi, Lənkəranda bir neçə gün əvvəl evlərindən oğurluq edildiyi deyilən hamilə gəlin itkin düşüb.

BiG.AZ xəbər verir ki, 19 yaşlı Ülviyyə Ağayeva naməlum şəraitdə yoxa çıxıb. Polisə gənc xanımın itkin düşməsi barədə məlumat mayın 21-də daxil olub. Əsas narahatlığa səbəb isə itkin düşən qadının hamilə olması, ona qarşı may ayının 8-də quldurluq hadisəsinin törədilməsi və başlanan istintaqın yekunlaşmamasıdır. Qadını tapmaq üçün bütün əməliyyat qrupu axtarışlara başlayıb və çox maraqlı məqamlar ortaya çıxıb.

Əməliyyat tədbirləri zamanı məlum olub ki, itkin qadın mayın 20-də Bakı-Astara qatarına bilet alaraq paytaxta gedib. İtkin sayıldığı müddətdə də ardıcıl olaraq həyat yoldaşının, baldızının telefonlarına gizli nömrələrdən mesajlar göndərilib. Girov kimi saxlanılan hamilə qadına görə 80 min manat pul istənilib.

Mesajların izi ilə gedən Lənkəran polisi itkin gəlini Bakıda yaxalayıb və hadisələrin düyünü də buradan açılmağa başlayıb.

Məlum olub ki, bu hadisələrin ssenari müəllifi və icraçısı əslən Beyləqan rayonundan olan 19 yaşlı Ülviyyə Ağayeva özü olub. Mayın 8-də hamilə qadına heç də dediyi kimi özünü "Azərsu" əməkdaşları kimi təqdim edən naməlum şəxslər hücum etməyib. Qadın evdəki qızıl-zinət əşyalarını yığışdırandan sonra özü-özünə küt alətlə xəsarətlər yetirib, əl qolunu və ayaqlarını da "skoç"la bağlayaraq cinayətin quldurlar tərəfindən törədilməsi effektini yaradıb. Ən pisi də budur ki, o, bətnindəki körpəsinə zərər vurub.

Lənkəranın hüquq-mühafizə orqanları yoldaşının xalasına məxsus evdə kirayənişin kimi qalan Ülviyyə Ağayevanın bütün törətdiklərini - qızıl oğurluğunu, yoldaşından 80 min manat istəməsini, körpəsinə xəsarət yetirməsini, polisi aldatmasının səbəblərini araşdırır.
"Həyat yoldaşımı sevdiyimdən bu addımı atdım"

Lənkəranı dəhşətə gətirən hadisənin "qəhrəmanı" Ülviyyə Ağayeva azvision.az-a açıqlama verib. O, günahını etiraf edərək, Bakıda işləyən həyat yoldaşına qovuşmaq üçün bu addımı atdığını bildirib.

"Hər şeyin günahkarı mənəm. Evdə həyat yoldaşım Kamran üçün darıxırdım. Evimizə "Azərsu"nun işçilərinin gəlməsi, əllərimin bağlanması, oğurlanmam və 80 min manat pul məsələsi – hamısını mən uydurmuşam. Bilmək istəyirdim ki, həyat yoldaşım məni sevir, yoxsa sevmir? Qaynanamla, ərimlə aramızda heç bir problem olmayıb. Mən Kamranı sevirəm. Onunla öz istəyimlə ailə həyatı qurmuşam. Onlar heç vaxt məni incitməyiblər. Yoldaşım Bakıya işləyib, yaşayır. Onun üçün darıxırdım. Birdən belə fikir ağlıma gəldi, elədim. Peşmanam. Hadisədən sonra Kamranla telefonda danışdım. Ona peşman olduğumu dedim. Polislərdən xahiş edirəm ki, Kamranı, qaynanamı incitməsinlər. Onların heç bir günahı yoxdur. Mən onları çox istəyirəm".
"Sevirdim, darıxırdım..."-hamını dəhşətə gətirən hamilə gəlin DANIŞDIÜlviyyə Ağayevanın Lənkəran şəhərində müvəqqəti yaşadığı evin sahibi Zəminə Qurbanova da hadisə ilə bağlı təəssüratlarını bölüşüb.

"Ülviyyənin qayınanası mənim baldızımdır. Onlar Lənkərandakı evlərini kirayə verib, başqa kənddə yaşayırdılar. Mehkamə məndən xahiş etdi ki, evimi bir neçə günlük onlara verim, qaynana-gəlin birlikdə qalsınlar. Biz Bakıda yaşadığımız üçün Lənkərandakı evin açarını onlara verdik. Onlar bir neçə gün bizim evdə qaldılar. Sonra bizə zəng etdilər ki, evə oğru girib, Ülviyyəyə təzyiq ediblər. Araşdırandan sonra məlum oldu ki, oğurluq söhbəti yalandır. Belə bir hadisə olmayıb".
"Sevirdim, darıxırdım..."-hamını dəhşətə gətirən hamilə gəlin DANIŞDIÜ.Ağayevanın qaynanası Mehkamə Qurbanova məlum hadisəyə görə gəlinini günahlandırıb.

"Gəlinim bizə şok yaşatdı. Bizi bütün ölkədə biabır etdi. Oğurluq söhbəti olanda, heç vaxt gözləməzdim ki, bunları Ülviyyə edib. Amma arada bir yalan danışdığını hiss edirdim. Deyirdim gəlindi, yəqin nəsə olub ki, belə danışır. Ülviyyəyə həmişə deyirdim ki, qızım ən böyük biclik düzlükdür, yalan danışmaq olmaz. O, heç vaxt etdiyi hərəkət boynuna almırdı. 6 aylıq hamilə idi. 450 manat onun doğum xərci üçün pul toplaşmışdıq. Oğlum Kamran məcburiyyətdən Bakıda işləyir.

Ülviyyə müstəntiqə etiraf edib ki, guya Kamrandan ayrı qala bilmədiyindən bu hadisəni törədib. Normal insan belə iş görməz. O, xəstədir. Kamran maşın ustası işləyir. Ülviyyə ona zəng edib, qışqıraraq deyib ki, kömək elə, məni girov götürüblər. Oğlumun həmin vaxt ürəyi gedib. Daha sonra Kamrana mesajlar gəlib ki, əgər arvadını görmək istəyirsənsə, gəl çay qırağına. Ülviyyə kiminsə adı ilə ərinə mesajlar yazıb ki, 80 min manat pul verməsən arvadını öldürəcəyəm".
Lənkəran şəhər Polis İdarəsindən AzVision.az-a bildirilib ki, Ülviyyə Ağayeva barəsində açılan cinayət işində əks olunan quldurluq maddəsi öz təsdiqini tapmayıb.

"Həmin xanım bütün hadisələri özü uydurub. Səbəb kimi həyat yoldaşından ayrı yaşaması göstərilib. Biz istintaq espermenti keçirdik. Onun əllərini və ayaqlarını necə bağlaması bizdə sual yaradırdı. Yapışqan lenti ona verərək, yenidən əllərini və ayaqlarını bağlamasını istədik. Həmin xanıç əllərini elə bağladı ki, biz məttəl qaldıq"-deyə müstəntiq vurğulayıb.

Ü.Ağayevanın valideynləri qızlarının uşaqlıqdan psixoloji probleminin olduğunu deyiblər.

"Ülviyyənin 15-17 yaşlarında psixoloji problemləri olub. Gecələr ağlayır, sayıqlayırdı. Qızım bir dəfə yuxudan oyanıb deyib ki, Ağcabədi rayonunda bir məsciddə onu gözləyirlər, guya onu ilan yeyib və s. Onun psixoloji problemləri var idi. Hamiləlik dövründə bu daha çox özünü büruzə verir"-deyə Ü.Ağayevanın valideynləri bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 12644   Tarix: 24 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608