Bakıda nömrəsiz maşınlar peyda olub - FOTOLAR

Bakıda nömrəsiz maşınlar peyda olub - FOTOLARSon vaxtlar Bakı küçələrində "Oka" və "Lifan" markalı avtomobilləri nömrəsiz idarə edənlərin sayı artıb.

BiG.AZ xəbər verir ki, virtualaz.org saytının əməkdaşları təkcə son bir həftə ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ, 20 Yanvar və Çernobıl əlillərinə paylanan 3 belə nömrəsiz avtomobil müşahidə ediblər.

Heydər Əliyev prospekti, "Koroğlu" metro stansiyasının yaxınlığı və 9-cu mikrorayon ərazisində müşahidə edilən bu avtomobillər həm də yol polisi əməkdaşlarının gözü qarşısında sərbəst hərəkət edir, onları saxlayıb məsuliyyətə cəlb edən yoxdur. Əlbəttə, bunu bütün müharibə əlillərinə şamil etmək olmasa da, nömrəsiz maşın sürmə uğrunda canlarını qoyduqları dövlətimizin qanunlarına hörmətsizlikdir. Əgər biri nömrəsiz avtomobillə qəza törədib adam öldürərsə, və ya digər cinayət törədərsə, həmin şəxsi polis necə tapacaq, harada axtaracaq?
Bakıda nömrəsiz maşınlar peyda olub - FOTOLARDəfələrlə bu mövzuya toxunsaq da, problemin həll olunmaması bizi yenidən eyni sualla yol polisinə müraciət etməyə məcbur etdi. Ötən yazımızda Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev müharibə əlillərinə verilən "Oka" və "Lifan" markalı avtomobillərin nömrəsiz idarə olunması hallarının olması ilə razılaşsa da, çox olmadığını demişdi. Həm də bildirmişdi ki, belə halların qarşısının alınması üçün ciddi mübarizə aparılır.

Qanuna görə, nömrəsiz avtomobillə heç bir sürücü yola çıxa bilməz. Elə bəzi insanların vətən qarşısında xidmətlərindən sui-istifadə etmələri də yolverilməzdir. Bəzən əlillərə verilən avtomobilləri əlilliyə aidiyyəti olmayan, müharibəni yalnız filmlərdə görənlər sürürlər. Əlillərə polisin yumşaq münasibətindən istifadə edərək onu başqalarına, yaxın və ya qohumlarına verirlər. Ekspertlər də hesab edirlər ki, əslində belə şəxslərə güzəşt edilməməlidir. Vətən qarşısında xidmət heç kimə icazə vermir ki, qanunu pozsun.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov da belə halların olması ilə razılaşır. Bölmə rəisinin virtualaz.org-a bildirdiyinə görə, ilin əvvəlindən bu günə qədər 300-dən çox nömrəsiz avtomobil idarə edən şəxs inzibati məsuliyyətə cəlb olunub:
Bakıda nömrəsiz maşınlar peyda olub - FOTOLAR"Dövlətimiz müharibə əllillərinin dövlət qarşısında xidmətlərini nəzərə alıb, onlara qayğı ilə yanaşıb, avtomobil verib. Onlar da bunu nömrəsiz sürürsə, həmin avtomobil sahiblərinin dövlətin qanununa olan hörmətini nümayiş etdirir, onlara olan diqqət və qayğıya cavablarıdır. Yol polisi belə halları görürsə, yerindəcə inzibati qaydada protokol tərtib edir. İlin əvvəlindən indiyə kimi dövlət nömrə nişanlarının birinin yerində olmamasına və ya ümumiyyətlə, nömrəsiz idarəetməyə görə 300-dən artıq sürücü saxlanılıb və barəsində inzibati tədbir görülüb".

Yanvar ayında idarəyə nömrəsiz idarə olunan əlil avtomobilləri ilə bağlı informasiya daxil olduğunu deyən V.Əsədovun sözlərinə görə, buna görə bir neçə əlil saxlanılıb və hətta onlara köməklik də edilib ki, gedib nömrə nişanları alsınlar.
Bakıda nömrəsiz maşınlar peyda olub - FOTOLAR"Mən bu faktı da təlimatda qeyd edəcəyəm. Ümumiyyətlə, kim olursa olsun, qanuna hörmətlə yanaşmalıdır. Bu vətəndaşlarda da qıcıq yaradır. Onlar əlildirlər, vətən üçün sağlamlıqlarından keçiblər, dövlətimiz də bunu qiymətləndirib, onlara avtomobil verib ki, gediş-gəlişləri rahat olsun. Biz vaxtaşırı belə avtomobil sürücülərinə qarşı tədbir görürük və görəcəyik. Elə bilməyin ki, tədbir görülmür. Qoy heç bir avtomobil sürücüsü ona edilmiş güzəştlərdən istifadə etməsin. Belə avtomobil sürücülərinə müraciət edirəm. Dövlətin sizə olan qayğısından qanunun tələblərinə uyğun istifadə edin", - Vaqif Əsədov sözlərini, biz də bu yazını küçədə bir daha nömrəsiz avtomobil görməyəcəyimiz ümidi ilə yekinlaşdırdıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1491   Tarix: 24 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568