Məşhur iş adamı intihar etdi, yoxsa? – YENİ FAKTLAR

Məşhur iş adamı intihar etdi, yoxsa? – YENİ FAKTLARXəbər verdiyimiz kimi, Bakıda intihar hadisəsi qeydə alınıb.

BiG.AZ xəbər verir ki, 1962-ci il təvəllüdlü Söhbət Hacıyev yaşadığı Nərimanov rayonu A.Neymətulla küçəsi ev 79 mənzil 48 ünvanında ov tüfəngi ilə özünə atəş açaraq intihar edib. S.Hacıyev hadisə yerində keçinib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, S.Hacıyev "İnteryer-S" MMC-nin direktoru vəzifəsində çalışıb.

Mərhumun ailə üzvləri bildiriblər ki, Söhbət Hacıyevin intihar etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. O, silahla ehtiyatsız davrandığından hadisə baş verib:

"Söhbət müəllim ovla məşğul olurdu. Boş vaxtlarında dostları ilə birlikdə ov etmək üçün doğma rayonu olan Qusara gedirdi. Ötən şənbə günü də dostlarına zəng edərək ova gələcəyini deyib. Həmin gün o, evdə ov üçün hazırlıq görürmüş. Tüfəngini təmizləyən zaman ehtiyatsızlıqdan atəş açılıb. Hadisə baş verən zaman ailə üzvləri evdə olublar. O, xəstəxanaya aparılsa da. həyatını xilas etmək mümkün olmayıb".

Qohumlarının bildirdiyinə görə, Söhbət Hacıyevin intihar etməsi üçün ciddi problemi olmayıb.

"Söhrab müəllim intihar etməyib. Onun normal ailəsi, işi var idi. Heç kimə də borcu olmayıb. Problemi olmayan insan niyə intihar etsin ki? Hadisə ehtiyatsızlıqdan baş verib. Onun 3 övladı var. Balaca oğlu 12 yaşındadır. Qızı ailəlidir, nəvəsi var. O, tikinti şirkətinin rəhbəri olsa da, çox sadə insan idi. Şirkəti öz zəhməti, alın təri ilə qurmuşdu. Heç bir vəzifəli adamla qohumluğu yoxdur. Sadəcə ovu sevirdi. Ona görə də başına belə hadisə gəldi",-deyə iş adamının qohumları bildirib./azvision.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1043   Tarix: 24 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 227
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 395
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28.03.2024 656
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223
.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 238
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

28.03.2024 136
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105