DİQQƏT! Metroda təhlükəli qadın - FOTO

DİQQƏT! Metroda təhlükəli qadın - FOTOTanınmış jurnalist Aynur Elgünəş sosial şəbəkədə metroda əqli çatışmazlığı olan bir qadınla yaşadığı problemdən yazıb.

BiG.AZ xəbər verir ki, bu kimi halların tez-tez yaşandığını vurğulayan jurnalist əqli çatışmazlığı olan insanların sərnişinlərin təhlükəsizlik baxımından ictimai nəqliyyata buraxılmamalı olduğunu bildirib:

"Bu qadın icazə vermir yanında kimsə otursun. Qatara minəndə biımədim, boş yer görüb oturmaq istədim. Necə itələdisə, az qala yıxılmışdım. Məndən sonra oturmaq istəyən başqa bir kişinin də boynunun arxasından yapışıb durğuzdu. Diktor danışdıqca möhkəmdən söyür, qapı açılanda "ört qapını" deyib qışqırır.

Qadın sərnişinlərdən biri dedi ki, onunla tez-tez rastlaşır. Hətta bir dəfə metroda telefonunda oyun oynayan bir qıza qəflətın necə şillə vurubsa, ürəyi gedib. Metro polislərinin də hamısı onu tanıyırmış. Bəs o zaman bu cür aqressiv xəstəni niyə ictimai nəqliyyata buraxırlar?"

Məsələylə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq. Katib bildirib ki, əqli çatışmazlığı olan insanların metrodan istifadəsinə hər hansı bir qadağa qoyulmayıb. Ancaq onlar asayişi pozduqları təqdirdə, sərnişinlər yaxınlıqdakı mühafizəni həyata keçirən polislərə müraciət edə bilər:

"Biz sərnişin daşıma ilə məşğuluq, hüquq mühafizə orqanı deyilik. Sərnişin ictimai asayışı pozduğu təqdirdə cərimə və ya cəzayla bağlı mühafizə orqanları bir iş görə bilər. Ancaq yenə də belə bir hal baş verdikdə, sərnişinlər mertoda mühafizəni həyata keçirən polis əməkdaşlarına yaxınlaşa bilər. Metropolitendən istifadə etmə qaydaları var ki, orada əqli çatışmazlığı olan insanların metrodan istifadəsinə hər hansı bir qadağa qoyulmayıb. Sadəcə üstü həddindən artıq çirkli olanlara icazə yoxdur, bunun da səbəbi digər sərnişinlərin üstünü çirkləndirmə ehtimalıdır. Polislərin isə həmin qadını tanıdığı iddia olunur, biz bilmirik, onlar tanıyır, ya yox. Bir daha deyirəm, belə hallar yaşandıqda, sərnişinlərə polis əməkdaşlarına müraciət etməyi məsləhət görürük. Bu zaman lazimi tədbirlər görüləcək".

Qeyd edək ki, xeyli sayda sosial şəbəkə istifadəçisi bəhs edilən qadınlar bir neçə dəfə qarşılaşdığını bildirib./qafqazinfo/

DİQQƏT! Metroda təhlükəli qadın - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 17460   Tarix: 24 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

21:01 0
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

12:40 227
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

17:49 106
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

10:32 801
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

17:29 354
.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

14:28 312
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

09:54 338
.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

11:37 882
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

16:24 187