Qarabağ atları hamını heyran etdi - FOTOLAR

Qarabağ atları hamını heyran etdi - FOTOLARAvropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə "Qarabağ" cinsindən olan 15 at Britaniya Kraliçası II Yelizavetanın 90 illik yubiley tədbirlərində möhtəşəm şou proqramla təmsil olunublar.

BiG.AZ xəbər verir ki, TEAS-dan trend-ə verilən məlumata görə, 11-15 may tarixlərində Britaniya monarxlarının şəhər kənarındakı iqamətgahı sayılan Vindzor Qəsrində keçirilən Kral Vindzor at şousunda hər gün 900-dən çox at və 1500-dən çox iştirakçı şou proqramla çıxş edəcək.

Vindzor tədbirlərinə hər gün kral ailəsinin bir üzvü qatılır. Son gün isə Krlaiça II Elizavetanın da iştirakı planlaşdırılıb.

Qeyd edək ki, Qarabağ atları öz çevikliyi, yaxşı xasiyyəti, sürəti və möhtəşəm parlaq tükü ilə ad çıxarıb. Vindzor Şousunda Qarabağ atlarının iştirakı xüsusilə əlamətdar oldu. Ona görə ki, düz 60 il bundan öncə SSRİ hökuməti tərəfindən Kraliçaya bu cinsin valehedici nümunəsi olan "Zaman" adlı at bağışlanılıb.

Vindzor Şousunda Azərbaycan Mədəniyyəti Pavilyonu da fəaliyyət göstərir. Bu pavilyon Azərbaycanın zəngin mədəniyyətini, adət-ənənələrini, folklorunu, mətbəxini əks etdirir. Burada, qonaqlara əl işi olan əlvan xalçalar, milli geyimlər, suvenirlər, ədəbiyyat, memarlıq nümunələrinin sərgisi keçirilir.

Qonaqlara samovarda dəmlənmiş təravətli Azərbaycan çayı və pahlavası təklif olunur. Bütün bunlar tarzən Rafiq Rüstəmovun və Dövlət Rəqs Ansamblının konsert proqramı ilə müşayiət olunur. Azərbaycan pavilyonu dünyanın müxtəlif ölkələrindən gəlmiş xarici turistlərin ən çox ziyarət etdiyi pavilionlar sırasındadır.

Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri Qarabağ atlarından da yan keçməyib. Belə ki, 1993-cü ildə Ağdam Atcılıq Zavodunun fədakar əməkdaşları atları düşmən əlindən qorumaq üçün onları daha təhlükəsiz yerı köçürüblər. Yolda bəzi boğaz atlar tələf oldu və nəhayət "qaçqın atlar" Bakı ippodromunda məskən saldı. Dünyada hazırda minə qədər Qarabağ atları var və onların kökü kəsilmək üzrədir.

Qeyd edək ki, Avropa Azərbaycan Cəmiyyətinin, Azərbaycan Atçılıq Federasiyası və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2012-ci ildə Britaniya Kraliçasının hakimiyyətə gəlməsinin 60 illik yubileyi ilə bağlı Krak Vindzor At Şousunda 3 Qarabağ atının şou-proqramı iştirakçılarda böyük maraq doğurmuşdu.

Qarabağ atları hamını heyran etdi - FOTOLARQarabağ atları hamını heyran etdi - FOTOLARQarabağ atları hamını heyran etdi - FOTOLARQarabağ atları hamını heyran etdi - FOTOLARQarabağ atları hamını heyran etdi - FOTOLARQarabağ atları hamını heyran etdi - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2730   Tarix: 14 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329