"Bank Standard"da qeyri-standart vəziyyət

"Bank Standard"da qeyri-standart vəziyyətTəlaş içində olan əmanətçilər qurumun ofislərinə axışıb suallarına cavab tələb edirlər Maliyyə Bazarlarına Nəzarət Palatası bankda yoxlama aparır, əksər xidmətlər dayandırılıb
"Plastik kartdan ödəniş etmək olmur. Mən karta pul qoymuşam, bankomatdan onu belə çıxarda bilmirəm. Bank telefonlara cavab vermir". Bu sözləri "Bank Standard" QSC-nin müştərisi Elnur Məmmədov bu bankın Azərbaycan prospekti 4 ünvanında yerləşən baş ofisində Məlumat Mərkəzinin əməkdaşına dedi. Müştərilər və əmanətçilər təlaş içində əmanətlərin həcmi baxımından ölkənin ikinci ən iri bankının taleyinin necə olacağı ilə maraqlanırdılar.

Bank əməkdaşının müştəri E.Məmmədova cavabı belə oldu: "Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bankımızda yoxlama aparılır və 03 may 2016-cı il tarixdən "Bank Standard"a müvəqqəti inzibatçı təyin edilib. 3 ay müddətində bankın sağlamlaşdırılması məqsədilə plan hazırlanacaq. Bu proqramın nəticəsinə görə, bank bütün parametrlərinə görə, tam dayanıqlı banka çevriləcək və bütün xidmət şəbəkəsini bərpa edəcək. Plastik kartlar üzrə xidmətlər şəbəkəsi isə ən yaxın zamanda bərpa olunacaq".

"Millət pulunu banka qoyub, indi çıxara bilmir. Məsələn, mənim ipoteka ödənişim var. Bu ödənişi həyata keçirməliyəm. Amma edə bilmirəm. Haqsızlıq edirsiniz",-deyə bank kartının işləməməsindən narazılıq edən Xəqani Fərəcov bankın əməkdaşına bildirdi.

Mərkəzin əməkdaşı ilə söhbət zamanı plastik kartların və onlar üzrə xidmət şəbəkəsinin bərpa olunacağı zaman dəqiqləşdi. Onun sözlərinə görə, bu problem bir aya həll olunacaq. Əmək haqqını "Bank Standard"ın kartları ilə alan müştərilər isə şəxsiyyət vəsiqələri ilə bankın baş ofisinə müraciət edərək pullarını məxaric edə bilərlər. Yəni hazırda bankın Bakıda olan filialının heç birində bu xidmət həyata keçirilmir. Bölgələrdə yerləşən filiallarda isə bu xidmətlərin həyata keçirildiyi iddia olundu.

Bank əməkdaşı ilə söhbətimizdə onu da öyrəndik ki, müştərilərin daha çox müraciət etdikləri mövzulardan biri də bankomatlarla bağlıdır: "Müştərilər bankomatlarda pulun olmadığından şikayətlənirlər. Amma pullar hər gün saat 15:00-dan sonra bankomatlara çatdırılır. Lakin son zamanlar müştəri axını çox olduğuna görə pul tez bitir. Yaxşı olar ki, müştərilər iş gününün istənilən vaxtı bankın Məlumat Mərkəzinə zəng edərək hansı bankomatlara inkassasiya olunduğunu öyrənə bilər".

Müştəriləri narahat edən məsələlərdən biri də vaxtı bitməkdə olan plastik kartdan vəsaitlərini çıxara bilməmələridir. Bank iddia edir ki, kartın istifadə müddəti bitsə də, vəsait müştərinin hesabında qalır.

Əmanətçilər onların narahatlığına son qoyulması üçün cavabdehlərin təcili yığıncaq keçirməsini və depozitlərin qorunmasını vacib hesab edirlər.

Bu məsələ ilə bağlı bankın cavabı odur ki, hazırda, fiziki və hüquqi şəxslərə depozitlər üzrə ödənişlərin verilməsi 1 ay müddətinə dayandırılıb: "Bu müddət ərzində dövlət dəstəyinin tam həcmi müəyyən edildikdən sonra müştərilər öz depozitlərindən istifadə edə biləcəklər. Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında Mərkəzi Bankın İdarə Heyəti bununla bağlı müvafiq qərar qəbul edib və 6 ay ərzində banka 15 mln. manat həcmində dəstək verəcək. Depozitlərdən istifadə prosesinə iyun ayının 2-dən başlanacaq. Lakin əmanətlər üzrə faizlərin hesablanması davam edir".
Onu da öyrəndik ki, hazırda kreditlərin verilməsi müvəqqəti olaraq dayandırılıb, amma kredit götürən şəxslərin borcları qəbul edilir.

Bildirək ki, 600 milyondan çox əmanətin yatırıldığı "Bank Standard"ın Bakıda 12, Lənkəran, Gəncə və Quba olmaqla hər birində bir filialı fəaliyyət göstərir. Bankın baş ofisi 26 dekbar 1995-ci ildən fəaliyyət göstərir


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 853   Tarix: 06 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278