Rusiya ilə ABŞ toqquşdu - Qarabağ uğrunda !

Rusiya ilə ABŞ toqquşdu - Qarabağ uğrunda !Dörd yeni səbəb var ki, ABŞ bunlara görə əsas diqqətini Cənubi Qafqaza yönlətməlidir. Bu qənaətlə ABŞ-ın xarici siyasət üzrə Duqlas və Sara Ellison Mərkəzinin direktoru Lyuk Koffi çıxış edib.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, amerikalı analitik öz hesabatında Birləşmiş Ştatların əsas diqqətini Cənubi Qafqaza yönəltməsini vacib edən səbəblər arasında Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənləri və Rusiyanın Ermənistandakı hərbi iştirakını atırmasını da göstərir. Qalan iki səbəb isə Cənubi Osetiyada Rusiyaya birləşmək üçün keçiriləcək referendum və sanksiyalardan sonra İranın iqtisadi-siyasi baxımdan mövqelərini gücləndirməsidir.

Hesabatda deyilir ki, Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında aprelin əvvəllərində başlayan toqquşmalar onsuz da kövrək regionda destablizasiyanı daha da artırıb. Hər iki tərəfdən çoxlu itkilər olub, Azərbaycan qüvvələri 90-cı illərin əvvəllərində itirilmiş ərazilərin bir hissəsini geri ala bilib. Hərbi əməliyyatların dayandırılması barədə razılaşma əldə olunsa da bu, kövrək razılaşmadır.

Müəllif xatırladır ki, Ermənistanla Azərbaycan arasında münaqişə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları səbəbindən başlayıb. Ermənistan bir neçə il çəkən müharibədə Azərbaycan ərazilərinin 20 faizini işğal edib. "Bu gün Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlaması Rusiyanın Krımı ilhaq etməsindən, yaxud Cənubi Osetiya və Abxaziyanı ələ keçirməsindən heç nə ilə fərqlənmir"- müəllif qeyd edir.

Lyuk Koffi Cənubi Osetiyadakı vəziyyətə toxunaraq yazır ki, Vladimir Putinin dostu və keçmiş KQB agenti Leonid Tibilov regionun Rusiyaya birləşdirilməsi üçün referendum elan edib. Səsvermənin bu ilin avqustunda keçiriləcəyi gözlənilir.

Müəllif habelə qeyd edir ki, Rusiya Ermənistanda da hərbi iştirakını durmadan artırır. Əgər Krım Rusiyaya Qara dənizə çıxış üçün lazım idisə Ermənistan onun Cənubi Qafqazdakı hərbi iştirakı üçün lazımdır.

Amerikalı analitik hesab edir ki, sanksiyalardan azad olan İran Qərb banklarında dondurulmuş 100 milyard dollarını geri aldıqdan sonra Cənubi Qafqazda öz mövqelərini gücləndirmək üçün yaxşı imkanlar əldə edib. Gözlənilir ki, İran xüsusən Ermənistanla ticarət-iqtisadi əlaqələrini dərinləşdirmək üçün bu imkanlardan istifadə edəcək.

Lyus Koffi hesab edir ki, ABŞ regiondakı maraqlarını qorumaq üçün Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti diqqətlə izləməlidir. "Sülh danışıqları dalana dirənib və ABŞ tərəfləri danışıqlar masasına qaytarmaq üçün çox az iş görür. Bu məsələdə sükut nümayiş etdirmək status-kvonun dəstəklənməsi deməkdir. ABŞ münaqişənin erməni qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını da özündə birləşdirən dinc həli yolu üçün tərəflərə güclü çağırışlar etməlidir"- müəllif bildirir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3559   Tarix: 06 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Namiq "İmtahan"ı təqdim etdi

Müğənni Namiq Qaraçuxurlu yeni mahnısını təqdib edib. BİG.AZ xəbər verir ki. sözləri N. Qaraçuxurluya, musiqisi isə Mansur Qinyaza aid bəstə "İmtahan" adlanır. Mahnıda tar, kamança milli musiqi alətlərindən istifadə olunub. "İmtahan" ötən gündən etibarən meyxanaçının rəsmi musiq

23.04.2024 258
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

23.04.2024 361
.

İsrail 200 gün ərzində Qəzzada 34 183 nəfəri öldürdü

İsrail ordusunun 200 gündür Qəzzaya hücumları davam edir. xəbər verir ki, Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 5

23.04.2024 165
.

Cavanşir Məmmədov nəvəsinin toyuna hazırlaşırmış

Mərhum Əməkdar artist Cavanşir Məmmədov nəvəsi Rəfiqənin toyuna hazırlaşırmış. Axşam.az xəbər verir ki, bu haqda aprıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında deyib. O bildirib ki, bu haqda ona müğənninin qızı Xatirə danışıb:. "Nəvəsinin toyu olacaq. Buna görə mebel almağa gedirmişlər

23.04.2024 438
.

Çində sel və torpaq sürüşməsi: 4 ölü, 10 itkin

Çində güclü yağışlar nəticəsində daşqınlar olub. BİG.AZ xəbər verir ki, daşqınlar və torpaq sürüşməsi nəticəsində azı 4 nəfər ölüb. İtkin düşən 10 nəfərin axtarışının davam etdiyi bildirilsə də, evakuasiya olunanların sayı 110 minə çatıb. Ölkənin cənub bölgələrində, xüsusilə Çinin Quanqdonq əyalətind

23.04.2024 161
.

Şimali Koreya düşmən hədəflərinə nüvə əks-hücum ssenarisi ilə təlim keçirib

Şimali Koreya çoxlu reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu bir təlim təşkil etdiyini və ssenariyə uyğun olaraq düşmən hədəflərinə nüvə əks-hücumunun həyata keçirildiyini açıqlayıb. xəbər verir ki, Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, ölkə lider

23.04.2024 145
.

Ukrayna: "Rusiya PUA və raketlərlə Kiyev və 3 bölgəyə hücum edib"

Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Mikolayiv, Odessa və Çerkassı bölgələrinə pilotsuz uçuş aparatları və ballistik raketlərlə hücum edib. xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın bu gecə 2 ədəd "İskəndər-M" ballistik raketi və 16 ədə

23.04.2024 175
.

"Vətəndaş nikahına girməsinlər"

"Vətəndaş nikahı Azərbaycana Avropadan keçib. Araşdırmalara görə, Avropada vətəndaş nikahı azalır. Amma Azərbaycanda getdikcə artır". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. O bildirib ki, son 10 ildə vətəndaş nikahında

23.04.2024 434
.

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23.04.2024 304