Baş həkimin komada olan xəstə uşağa etdiyi İNSAFSIZLIQ

Baş həkimin komada olan xəstə uşağa etdiyi İNSAFSIZLIQRespublika Neyrocərrahiyyə Xəstəxanası16 gündür ki, komada olan 8 yaşlı Əsmər Haqverdiyevanı qəbul etmir.

BiG.AZ xəbər verir ki, bu barədə uşağın atası, Qazax rayon sakini Nizami Qaraoğlu məlumat verib. N.Qaraoğlunun sözlərinə görə, Əsmər aprelin 19-da avtomobil qəzası keçirib və hadisə nəticəsində ağır travma alaraq Qazax rayon xəstəxanasına yerləşdirilib: "Rayonda ilkin müalicə öz effektini verib. Artıq uşağın hissetmə orqanları aktivləşib. Qazax xəstəxanasında həkimlər imkanları daxilində nə lazımdırsa edib. Həkimlər bundan sonra müalicənin Bakıda davam etdirilməsini məsləhət görüb. Deyirlər ki, Əsmər təcili olaraq Bakıya aparılmalıdır".

N.Qaraoğlu bildirib ki, Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov 8 yaşlı Əsməri rəhbərlik etdiyi səhiyyə ocağına buraxmır: "Qazax xəstəxanasının həkimləri Kabus həkimlə əlaqə saxlayıb. Baş həkim mayın 4-ə kimi Əsməri qəbul etməyəcəyini deyib. Bildirib ki, mən bu uşağı xəstəxanaya qəbul edə bilmərəm. O, buna səbəb kimi Əsmərin ayağında olan qırıqları bəhanə edib. Deyib ki, balaca Əsmərin ikinci problemi olduğu üçün onu qəbul edə bilməzlər".

Əlacsız qalan ata Qazax Rayon İcra Hakimiyyətinə üz tutub və onlardan balasının Neyrocərrahiyəyə götürülməsi üçün köməklik olunmasını xahiş edib: "Onların xahişindən sonra Kabus həkim insafa gəlib. Deyib ki, mən Əsməri xəstəxanaya götürə bilərəm. Amma bir şərtlə. Qoyun 5 gün keçsin. Əgər uşaq komadan ayılarsa, o zaman burada müalicə edərik. Bəlkə o günə kimi uşaq öldü? Mənim çabaladığım odur ki, uşaq komadan ayılsın. Qızdırması 39-40-dır, düşmür. Belə bir vəziyyətdə uşaq 4 günə sağ qala biləcəkmi?"

Nizami Qaraoğlu sonda əlaqədar təşkilatlara üz tutub Əsmərin həyatı üçün imdad diləyib: "Mənim balamın ölməsinə göz yummayın. Onu Bakı xəstəxanalarının birində yerləşdirilməsinə yardımçı olun. Qoymayın Əsmər ölsün"./aznews.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7130   Tarix: 06 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914