Goranboyda dəhşət: "Meşəyə aparıb zorlaya bilmədilər, bıçaqladılar"

Goranboyda dəhşət: "Meşəyə aparıb zorlaya bilmədilər, bıçaqladılar"Qəsdən adam öldürməyə cəhd edən Goranboy rayon sakinləri - 58 yaşlı İmamverdi Xəlilov və 61 yaşlı Sabir Alxasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ötən ilin avqustun 27-də Goranboy rayonun Rus-Borisi kəndinin meşə zolağında rayon sakinləri İmamverdi Xəlilov və Sabir Alxasov həmyerliləri, 29 yaşlı Röya Məmmədovanı (ad və soyad şərti verilib) bıçaqlayıblar.

Yaralı qadın ağır xəsarətlə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Buna görə də Röya Məmmədovanın həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmamverdi Xəlilov və Sabir Alxasov tutulublar.

Rayonun kommunal təsərrüfat idarəsində xadimə işləyən Röya Məmmədovanın ifadəsinə görə, ona bıçaq xəsarətləri yetirən taksi sürücüsü Sabir Alxasovu əvvəllər də tanıyıb. Elnarə deyib ki, hadisə baş verən gün Sabir onun üçün uyğun iş tapdığını deyib.

Yeni işi ilə tanış olmaq məqsədi ilə Sabirin avtomobilində əyləşən Röya avtomobildə İmamverdi adlı daha bir nəfərin də olduğunu görüb.

Bu zaman taksi sürücüsü və İmamverdi qadını zorlamağa cəhd göstərib. Avtomobilin qapısı bağlı olduğu üçün qadın qaça bilməyib. Meşə massivinə çatanda maşından düşmək istəyib.

Bu zaman Sabir Alxasov və İmamverdi bıçaqla ona çoxsaylı xəsarət yetiriblər. Daha sonra həmin şəxslər hadisə yerindən qaçıblar. Röya Məmmədovanı qan içində səhərə yaxın orada qoyun otaran çoban tapıb və hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Röya Məmmədovaya xəstəxanada tibbi yardım göstərilib.

Sabir Alxasov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə), 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma), İmamverdi Xəlilov isə Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham ediliblər.

Onların barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Sabir Alxasov 12 il müddətinə azadlıqdan məhrum edilib. İmamverdi Xəlilovun isə ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2-1-ci və 134-cü maddələri üzrə cinayət əməli sübuta yetirilməyib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb./teleqraf/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9976   Tarix: 04 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 552
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 1114
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 740
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 769
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 178
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19.04.2024 377
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 896
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 117
.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

19.04.2024 342