Nazir sərt çıxış etdi: ''Ərazi bütövlüyümüzü güzəştə getməyəcəyik''

Nazir sərt çıxış etdi: ''Ərazi bütövlüyümüzü güzəştə getməyəcəyik''Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Viseqrad və Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin görüşündə çıxış edib.

BiG.AZ nazirin çıxışının tam mətnini təqdim edir:

"Hörmətli Nazir Zaoralek, Dəyərli Həmkarlar, Xanımlar və Cənablar. İlk növbədə Çexiyanın Vişeqrad Qrupa prezidentliyi dövründə növbəti Vişeqrad (V4) və Şərq Tərəfdaşlığı Nazirlərinin Görüşünə ev sahibliyi etdiyinə görə öz təşəkkürümüzü çatdırmaq istərdim. Biz bu formatda ənənəvi illik görüşlərimizə böyük əhəmiyyət veririk.

Vişeqrad Qrupu ilə əməkdaşlığın uğuru bu ölkələrlə ikitərəfli əlaqələrimizin əlamətdar göstəricilərinə əsaslanır. Biz birgə maraqlarımızı əks etdirən məsələlərə dair yüksək səviyyəli siyasi dialoqun inkişafını davam etdiririk. Xatırlatmaq istərdim ki, Azərbaycan Macarıstan və bu yaxınlarda Çex Respublikası ilə strateji tərəfdaşlıq qurmuşdur. 2015-cı ilin sentyabr ayında Çex Respublikası Prezidentinin və 2016-cı ilin mart ayında Macarıstanın Baş nazirinin Azərbaycana rəsmi səfərləri ikitərəfli münasibətlərin gündəliyinin inkişafına təkan verdi.

Aİ üzv ölkələri arasında strateji tərəfdaşların sayının artması bizi eyni şərtlər altında Aİ ilə dialoqu inkişaf etdirməyə ruhlandırır. Azərbaycan Riqa Şərq Tərəfdaşlığı sammitində Aİ-Azərbaycan Strateji Tərəfdaşlıq Saziş layihəsini təqdim etmişdir. Biz əminik ki, bu saziş ikitərəfli əlaqələri keyfiyyətcə yeni strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaq və Aİ-Azərbaycan əməkdaşlığının gələcəyi üçün daha yaxşı platforma rolunu oynayacaq.

Bu yaxınlarda sözügedən saziş layihəsi üzrə birgə məsləhətləşmələri yekunlaşdırmışıq və hal-hazırda danışıqların tezliklə başlamasını səbirsizliklə gözləyirik. V4 ölkələri Aİ kontekstində də bizim mühüm tərəfdaşımızdır və əminik ki, bizim önəmli Vışeqrad tərəfdaşlarımız Aİ Xarici Əlaqələr Şurası tərəfindən danışıqların aparılması üçün mandatın qəbul edilməsini təşviq edəcəklər.

Aİ qonşuluğunda yeni geosiyasi inkişaf və çağırışlar, həmçinin, Aİ-nin Azərbaycanla gələcək əlaqələrini formalaşdıracaq. Ümid edirik ki, yenilənmiş Avropa Qonşuluq Siyasəti (AQS) Aİ ilə münasibətlərdə tərəfdaş ölkələrin fərqli istəklərinə uyğun olacaq. Azərbaycan əməkdaşlığın potensial sahələrinə özünün cəlb edilməsinin araşdırması məqsədilə yenilənmiş AQS-də nəzərdə tutulan birgə tematik çərçivədə Avropa İttifaqı ilə ikitərəfli məsləhətləşmələr aparmağa hazırdır.

Azərbaycan özünün Avropa İttifaqı ilə münasibətlərində praqmatizmin sadiq tərəfdarı olmuşdur. Bu yanaşma Azərbaycanın atdığı ən son addımlarda, xüsusən ikitərəfli əməkdaşlığın bərpasına yönəlmiş mövcud siyasi dialoq mexanizmində öz əksini tapır.

Hörmətli həmkarlar,

Hazırda, Şərq Tərəfdaşlığının zəiflədiyinə və bütün potensialını itirdiyinə dair şübhələr artmaqda davam edir. Biz Aİ ilə ikitərəfli münasibətlərimizdəki irəliləyişi qiymətləndiririk, bu xüsusda Şərq Tərəfdaşlığının çoxtərəfli formatda çatdırmaq bacarığı proqramın bütöv səmərəliliyini müəyyən etməkdə böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycan tərəfindən irəli sürülən və həyata keçirilən böyük trans-regional layihələr Şərq Tərəfdaşlığı çoxtərəfli formatının dirçəldilməsinə perspektivli təsir göstərir.

Cənub Qaz Dəhlizi bu xüsusda Şərq Tərəfdaşlığı regionu, eləcə də Aİ üzv dövlətləri və namizəd ölkələrdən müxtəlif pay sahiblərinin daxil olduğu unikal bir layihədir. Bu yaxınlarda Bakıda keçirilmiş və Federika Moqerini və Maros Sefcovicin iştirak etdiyi Məşvərət Şurasının 2-ci Nazirlər Görüşü bu layihənin maneəsiz həyata keçirilməsinə dair birlik və həmrəylik mesajını çatdırdı. 17 may tarixində Yunanıstanın Thessaloniki şəhərində təşkil olunacaq TAP-ın təməlqoyma mərasimi bu xüsusda başqa bir mərhələnin əsasını qoyacaq. Şübhəsiz ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində birgə strateji maraqlara cavab vermək üçün etibarlı tərəfdaşdır və belə də qalacaqdır.

Azərbaycanın çoxtərəfli əməkdaşlığa töhfəsi trans-regional neft və qaz infrastruktur layihələri ilə məhdudlaşmır. Bu ilin sonlarına qədər təhvil verilməsi gözlənilən Bakı-Tbilis-Qars dəmiryolu layihəsi bərpa edilən qədim İpək Yolunun ayrılmaz komponenti kimi qəbul edilir. Çinin İpək Yolu İqtisadi Kəməri konsepsiyasının tam realliğa çevrilməsi sözügedən dəmiryolunu regionun ən vacib infrastrukturları sırasına qoşacaqdır. Bu artıq Aİ ilə nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük mərkəz rolunu oynayır. Azərbaycan həm də Aİ ilə Birgə Aviasiya Sazişinə dair danışıqları bərpa etmək üzərində işləyir.

Xanımlar və cənablar,

Radikallaşma, ektremizm və terrorizm kimi artan hədələr Avropa və onun tərəfdaşlarının sabitlik və təhlükəsizliyinə təhdid törədir. Bu hədələr yalnız insanların həyatını deyil, həm də dinc birgə yaşamanı təmin edən əsas universal dəyərləri hədəfə alır. Multikulturalizm və müxtəliflik müasir birgə problemlərə qalib gəlmək üçün geniş şəkildə təşviq edilməlidir. Azərbaycan öz multikultural cəmiyyəti ilə bu baxımdan öz təcrübəsini bölüşməyə hazırdır. Yeri gəlmişkən, biz Aİ-nin xarici fəaliyyətindəki Mədəniyyət Strategiyasına bu sahədə bizim təcrübi fəaliyyətlərimizin modallıqlarını müəyyən etməkdə alət kimi baxırıq.

25-27 aprel, 2016-cı il tarixlərində Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu dövlətlər və beynəlxalq təşkilatlar üçün mədəniyyətlərarası dialoq və multikulturalizmi zorakılıq və ekstremizmə qarşı mübarizə aparmaq və hamı üçün sülh, təhlükəsizlik və rifah təmin etmək yolu kimi təşviq etməkdə rəhbər sənəd olacaq Bakı Bəyannaməsini qəbul etmişdir.

Forumun mövzuları və alt-mövzuları inkluziv cəmiyyətləri davamlı inkişafının əsas komponenti kimi təşviq edən və ədalət, sülh və təhlükəsizliyin yaradılmasını özündə ehtiva edən Davamlı İnkişaf üçün Gündəlik-2030-da öz əksini tapmışdır. Forumda dövlət və hökumət başçıları, rəsmi şəxslər, akademiklər, ekspertlər və vətəndaş cəmiyyəti və media nümayəndələri də daxil olmaqla 4000-dən çox iştirakçı iştirak edib.

Aİ-nin qonşuluq siyasətində təhlükəsizlik problemlərini müzakirə edərkən, mən Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünü qeyd etməyə bilməzdim.

Bu ilin aprel ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində törədilmiş son təxribat aktları münaqişənin tarixində görünməmiş gərginliyə səbəb olmuşdur. Biz həmişə aydın şəkildə bildirmişik ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik 7 rayonunda Ermənistan silahlı qüvvələrinin davam edən mövcudluğu qeyri-sabitliyin və təmas xətti boyunca tez-tez baş verən ölümcül hərbi qarşıdurmaların əsas mənbəyidir.

Ermənistan münaqişənin həllində "status-kvo"nu dəyişmək üçün edilən beynəlxalq çağırışlara məhəl qoymamaqda davam edir.

Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllində maraqlıdır. Onun sülh və sabitlik üçün yol xəritəsi aydındır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan V4 və digər beş Şərq Tərəfdaşlığı ölkəsi kimi öz ərazi bütövlüyünü güzəştə getməyəcək. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində tələb edildiyi kimi Ermənistan silahlı qüvvələri qeyd-şərtsiz işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalı və məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtması təmin edilməlidir`./azvision.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1152   Tarix: 04 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həyat yoldaşı Samir Piriyevdən boşanır: "Səbəbkar özüdür"

Son günlər müğənni Samir Piriyevin ailəsində baş verənlər gündəmdən düşmür. Özünü onun sevgilisi kimi təqdim edən qadın evinə hücum edərək ifaçının xanımı Anaraya xəsarət yetirib. Anara Piriyeva məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, boşanmalarına səbəb həmin qadın deyil:. "Onu

23.07.2020 11000
.

Argentinanın prezident sarayında "yadplanetli" görüntüləndi - VİDEO

Tanınmış ufoloq Skott Uorinq Argentinadakı prezident sarayında qəribə "məxluqun" görüntülərinə rast gəlib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, tədqiqatçı bu anomaliyanı "Google Earth" xidmətindən istifadə edərkən aşkarlayıb. Onun fikrincə, bu, Argentina prezidentini "güdən"

29.06.2020 6809
.

Bu insanlara qrip əleyhinə peyvənd pulsuz vurulacaq SİYAHI

Səhiyyə Nazirliyi tərəfindən mövsümi qrip əleyhinə peyvəndlər alınıb. Həmin peyvəndlər dövlət hesabına əhaliyə vurulacaq. xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan "Gün Başladı" verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin İSİM-in şöbə müdiri Səbinə Babazadə deyib. O bildirib ki

22.10.2020 1345
.

Ağır qəza törədən reperin qanında NARKOTİK AŞKARLANDI

Xəbər verdiyimiz kimi, Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib. -a istinadən bildirir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib. O, idarə etdiyi "Infiniti" markalı avtomobillə "Mercedes"lə toqquşub v

23.09.2020 1997
.

"Bir insanla hər şey dəyişir..." - Aysun - FOTO

Müğənni Aysun İsmayılova sosial mediadakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki. müğənni instaqram hesabında yeni fotosunu paylaşıb. O. fotoya: "Hər şey dəyişir.bəzən zamanla, bəzən də bir insanla" sözlərini yazıb. Sözügedən fotonu təqdim edirik:

06.08.2020 3548
.

Bakı Olimpiya Stadionunun yaxınlığında yanğın

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafiz

21.09.2020 1812
.

DİN sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti iştirakçılarına müraciət edib. DİN-dən BİG.AZ-a verilən məlumatda bildirilir: . "Sentyabrın 28-i saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub və Bakı şəhəri daxil olmaqla ölkənin 22 inzibati ərazisində saat 21:00-da

03.10.2020 2079
.

Gəncədə yaşayan Abbas Bağırov xalqa ÇAĞIRIŞ ETDİ - FOTOLAR

Müğənni Abbas Bağırovdan xəbər var. xəbər verir ki, hazırda Gəncədə yaşayan əməkdar artist "İnstagram" səhifəsində erməni vandllarının oktyabrın 10-da törətdiyi Gəncə hadisələri ilə bağlı paylaşım edib. Müğənni paylaşımına belə şərh yazıb:. "Azərbaycanın döyüş nöqtələrində və dinc əhalini

12.10.2020 3727
.

"PANDA BOYA" dan möhtəşəm hədiyyə – "iPhone 11" – Video

Ölkənin ən böyük rəng kataloquna malik "Panda Boya" məşhur ulduzlardan biri ilə müqavilə imzalayıb. Hələlik, adı açıqlanmayan ulduz "Panda Boya"nın yeni siması olacaq. Bu barədə şirkətin Marketinq direktoru Müşviq İskəndərov məlumat verib. M. İskəndərov bildirib ki, "Panda Boya"

25.09.2020 2518