"Həyat yoldaşım mənə məxsusdur, istəmirəm başqaları görsün" - FƏRDA

"Həyat yoldaşım mənə məxsusdur, istəmirəm başqaları görsün" - FƏRDA

Aktyor, ssenarist Fərda Xudaverdiyevin BiG.AZ-a müsahibəsini təqdim edirik:

- Fərda Xudaverdiyevi tamaşaçıya sevdirən nədir ?


-İnsanı yalnız səmimiyyəti sevdirə bilər. Böyüklərdən kiçik, kiçiklərdən böyük kimi xahiş edirəm: özümüz olaq. İnsan özü olanda enerjisini tamaşaçıya ötürə bilir. Rolu səhnədə oynamaq lazımdır, həyatda rol oynamazlar. ( Bu arada bir qadın yaxınlaşıb, Fərdadan xahiş edir ki, oğlu ilə "selfie" çəkdirsin, aktyor etiraz etmir-red)

- Deyəsən sən də "selfie" çəkdirməyi xoşlayan məşhurlarımızdansan.

- Yox, təəssüf ki, bu günə qədər çəkdirdiyim heç bir "selfie"mi bəyənmirəm. Çünki, selfie çəkdirəndə rola girməyə məcbur oluram. Həyatda qarşılaşdığım bütün insanlara qarşı hər zaman səmimi olmağa çalışdım. Bu günə kimi kimsə salam veribsə, cavab almayıbsa, əmin olun ki, o salamı eşitməmişəm. Ona görə də, deyirəm ki, həmişə səmimi olmaq lazımdır. O qədər sənətçilərimiz var ki, gözəl sənəti var, amma dindirəndə, görürsən ki, insan kimi insan deyil.

-Fərda, bu sualıma da səmimi cavab verəcəyini bilirəm. Aktyor kimi daha çox uğur qazandın, aparıcı kimi?

- Hamı məni aktyor kimi görür, amma aktyordan çox ssenaristəm. Çəkildiyim filmlərin ssenaristi də özüməm. Aparıcılığa gəldikdə, uğur qazandım və başlıca səbəbi yenə də səmimiyyətdir. Savad bu gün çox önəmlidir, amma aparıcılıqda o qədər də vacib deyil. Yetər ki, nə danışdığını, kimlə danışdığını biləsən. Yaş təbəqəsinə düzgün yanaşasan. Zarafat, tənqid, təhqir – bunlar hamısı tam başqa-başqa şeylərdir. Güldürmək xatirinə kimisə əzmək olmaz. Verilişimdə reytinq o zaman aşağı olub ki, çağırdığım qonaqlar səmimi olmayıblar. Verilişimə dəvət etdiyim qonaqlara deyirəm ki, burada özünüz kimi olun. Səmimi olmayan şou nümayəndələrini verilişimə çağırmıram, çünki bilirəm ki, reytinq aşağı olacaq. Bütün səmimiyyətimi verib, qarşılıq ala bilməyəndə, mən o 1 saat ərzində yoruluram. Həm fiziki, həm də mənəvi olaraq ... Ona görə də, yalnız səmimiyyət. Hər kəs öz klipində oynaya bilər, amma ünsiyyətə girdiyin zaman mütləq səmimi olmalısan.

-Bəs müğənnilər özlərini akyor və ya aktrisa kimi sınayanda onların səmimiyyətinə inanırsanmı?

-Çox pis. Əvvəl toyu biz aparırdıq, indi müğənnilər aparır. İşimizi əlimizdən alıblar. Üzümü müğənnilərə tuturam, heç olmasa aktrisa və aktyorluq etməyin də (red-gülür). Zarafat edirəm, son baxdığım “Sadəcə sev” filmində Günayın rolunu çox bəyəndim. Günaydan gözlənilməz bir ifa idi. Düşünürəm ki, rolunu çox yaxşı oynadı. Filmin isə çox maraqlı sujet xətti var idi. Əslində real həyat və ikinci həyat deyilən bir məfhum var. Hər kəsin bir yanaşması var, amma mən bu məfhuma inanıram. Filmin böyük bir mesajı da var idi. Əgər bir insan ailəlidirsə, illərin ötməsinə baxmayaraq, birlikdə yaşamaq arzusu varsa, bu arzuların arxasında böyük vəzifələr durur.

-Fərda, ümumiyyətlə Azərbaycanda çəkilən serial, filmlərə baxırsanmı. Nə dərəcədə səni qane edir?

-Baxıram, çatışmazlıqlar var, amma serial çəkilməsə biz o çatışmazlıqları görə bilmərik. Hər şey birdən-birə mümkün ola bilməz. Türkiyədə əvvəllər çəkilən filmlər də biabırçılıqdır. Amma onlar yenə də dayanmadılar. Əslində belə də lazımdır. Ona görə düşünürəm ki, bizdə də seriallarda hər şey yaxşı olacaq. İstənilən səhnənin çəkilməsi üçün xeyli sayda insan lazımdır. Məsələn, parkda danışan iki nəfəri işıqlandırırıq, amma parkda həmin iki şəxsdən başqa heç kim yoxdur. Maliyyə vəsaiti ən yaralı yerimizdir. Filmdə, serialda nə isə əksiklik varsa, tamaşaçı onu dərhal hiss edir. Kasıb kadr görən kimi dərhal belə bir fikir yaranır ki, film çox zəifdir, süni görünür. Tamaşaçı kasıb kadrları qəbul etmir, “sən pul xərcləməlisən və mən də onu görməliyəm”, deyir.

-Əcnəbi film və serial çəkilişlərinə dəvət alırsanmı?

-Elə bir təklif bu yaxınlarda almışam. Əvvəllər də bir neçə dəfə də oldu, amma gözə gəldim, alınmadı ( red-gülür). Əsas bədii filmdir, serialdan öncə xarici bədii filmlərdə rol almağı daha çox istərdim. Tarixdə qalan bədii filmlər olur. Serialdansa filmdə aktyor özünü daha yaxşı göstərə bilər. Hazırda rol aldığım “Qardaşlar” serialı ilə bağlı onu deyə bilərəm ki, reytinqləri dağıdırıq. Çox mükəmməl heyətimiz var. Filmin həm də ssenaristiyəm. Öz rolum üçün düşündüyüm sözlərin dillər əzbəri olması, “sən kimin qardaşısan”, “ata bir haray ver” , kimi zarafatların çox insanlar tərəfindən işlənməsi məni aktyor kimi çox sevindirir.

- Deyəsən gözə yaman inanırsan . Bəs deyə bilərsən kimdir səni gözə gətirən ay Fərda?
- Hə bir az gözə inanıram. (gülür-red) Olur da hərdən. Amma birdən inciyər deyə, adını deməyim.

- Həmkarların Müşfiq Şahverdiyev, Elməddin Cəfərovla münasibətlər nə yerdədir?

- Elməddinlə çox yaxınıq, amma Müşfiqlə o qədər də yox. Müşfiq də cəhd edir, mən də, amma alınmır. O da öz işini qurub, mən də. Amma bilirsiniz, müsəlmançılıqdan irəli gəlir. Ortaya bir az pul gələn kimi insanlar daha çoxu mənim olsun deyir. Dünən məndən “Nə olar sənin yanında görünüm” deyə xahiş edən uşaq 3 gün sonra başqa bir yerə dəvət alanda dəyişir. Tamam başqa bir adam görürsən qarşında. Çox təəssüf.

-Fərda, oğulların atalarının yolunu davam etdirmək istəsə, nə deyərsən?

- Kiçik oğlumda aktyorluq qabiliyyəti var. Mənim bu sahədə çəkdiyim əziyyətləri çəkməsə, əlbəttə istəyərəm ki, aktyor olsun. Oğlumun arzularının qarşısına keçə bilmərəm. Vaxtilə mənim arzularımızın qarşısını kəsdilər, ona görə təhsilimi İqtisad universitetində aldım. Amma yenə də, öz istədiyim sahədə işlədim. İnsanın ruhu harada rahat olursa, orada da qalmalıdır.

-Fərda, mümkünsə ailəni sosial şəbəkələrdən uzaq tutmağının səbəbini öyrənmək istərdim.

-Sadəcə sevmirəm. Mən öz işimlə gündəmdə qalmaq istəyirəm. Ailəm mənimdir, heç kimin yox. Mənim yanaşmam budur. Başqaları paylaşırsa, hörmətlə yanaşıram. Amma mənim xarakterim bu cürdür. Övladlarımı haradasa kimsə çəkib göstərə bilər, amma həyat yoldaşım xanım olaraq mənə məxsusdur, istəmirəm başqaları görsün.

Mirvari Nəcəf

Fotolar: Ruslan Əsədov


"Həyat yoldaşım mənə məxsusdur, istəmirəm başqaları görsün" - FƏRDA
"Həyat yoldaşım mənə məxsusdur, istəmirəm başqaları görsün" - FƏRDA
"Həyat yoldaşım mənə məxsusdur, istəmirəm başqaları görsün" - FƏRDA
"Həyat yoldaşım mənə məxsusdur, istəmirəm başqaları görsün" - FƏRDA
"Həyat yoldaşım mənə məxsusdur, istəmirəm başqaları görsün" - FƏRDA

f Paylaş
Bölmə: Müsahibə Oxunub: 12309 Tarix: 04.05.2016
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
A_Y_K_A
A_Y_K_A 24.11.2016
Halal olsun. Beyendiyim aktyor idi. Xanimim mene mexsusdu deyerek daha da deyerli oldu. Yoxsa bezi kiwiler kimi arvad wotuna gundeme gelmir


 
A_F_I_N_A
A_F_I_N_A 05.11.2016
Xeberin muellifine tewekkurler.


 
eliko812
eliko812 15.09.2016
linke girirsen qeydiyatdan kecirsen pullarivi yigirsan hesabiva gonderib cixardirsan bu geder hasant http://umv.reus.online/2034355/
sabir57
sabir57 03.08.2016
duz.


 
_NICE_
_NICE_ 21.07.2016
hmm neyniyek


 
Hazard_7
Hazard_7 12.05.2016
Tşk.


 
RoZelina
RoZelina 04.05.2016
Xanimim mene mexsusdu (ne qeseng deyib)


 
koma
koma 04.05.2016
isderinde ugurlar ..supre


 
skarpionka
skarpionka 04.05.2016
Bu kisilerin kaprizleri olmuyada
...

 
Iscoo
Iscoo 04.05.2016
Halal olsun


 
gozelgozler
gozelgozler 04.05.2016
Islerinde ugurlar


 
olqa18
olqa18 04.05.2016
Ecceb edirsen Esl kiwi arvadini reklam etmez basqa kisilerle baxir))1000cure soz deyir


 
_K_O_N_K_R_E_T_
_K_O_N_K_R_E_T_ 04.05.2016
Düz deyib! Kimsə görməsin.
Sənli dünyada sənsizəm



Nə yazsa sevgidən yazır
Dostlarım üçün çox darıxıram

 
Yastik
Yastik 04.05.2016
Halaldi.Xanimi ona mexsusdu.Niye basqasi gorsun


 
Zo_LuW_Ka
Zo_LuW_Ka 04.05.2016
Düz deyr halaldı,kişiler qisqanc olanda qəşəydi


 
Fuan
Fuan 04.05.2016
Duz deyir bravo!


 
amazing
amazing 04.05.2016
Ferdani bir yumorist kimi beyenirem


 
NURTEN
NURTEN 04.05.2016
Duz deyib, beyenirem Ferdani heqiqeten semimi insandi
Her weyin bir sonu var.

 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər