İşğal olunan əraziləri azad edən qəhrəmanlar - Video

İşğal olunan əraziləri azad edən qəhrəmanlar - VideoQəhrəmanlıq göstərən hərbçilər keçdikləri döyüş yolu barədə təəssüratlarını bölüşüblər.

ANS TV-nin çəkiliş qrupu Talış kəndi istiqamətində yüksəkliklərin azad edilməsi zamanı şücaət göstərən hərbçilərimizlə görüşüb. Qəhrəmanlıq göstərən hərbçilər keçdikləri döyüş yolu barədə təəssüratlarını bölüşüblər.

Qarşı tərəfin 7 tankını məhv edən kapitan Mirdaməd Bağıyev çiynindən yaralansa da bunu döyüş yoldaşlarından gizlədib. Yarasını sarıdıqdan sonra döyüş yoldaşları ilə qarşı tərəfin daha 5 texnikasını şəxsi heyəti ilə birlikdə məhv edib. Əsgərlər isə yalnız 4 günlük döyüş qələbə ilə nəticələnəndən sonra komandirlərinin yaralandığından xəbər tutublar.

"Əsgərlərdən bir-ikisi yaralandığımı bildi. Sadəcə susmağı tələb elədim. Şəxsi heyətin köməkliyi ilə qurğunu dəyişirdim, mövqe tutub tankları bir-bir məhv edirdik. Birinci 7 tanklarını vurdum, 2-si qaçdı, sonra 1 cip, 3 dənə təkərli texnikalarını, dolu şəxsi heyətlə bir BMP-lərini. Bu şəkildə xeyli zirehli təkərli texnikalarını məhv elədik", - deyə kapitan Mirdaməd Bağıyev döyüş əməliyyatlarından danışıb.

Sağaldıqdan sonra Mirdaməd Bağıyev yenidən öz döyüş mövqeyinə qayıdıb. Göstərdiyi şücaətə görə Ali baş komandan tərəfindən 3-cü dərəcəli vətənə xidmət ordeni ilə təltif edilib.

Gizir Cavid Hüseynov sanki döyüş deyil, təlim keçdikləri ermənilərə Azərbaycan əsgərinin gücünü göstərdiklərini bildirdi.

"Biz burada, elə bil, təlim keçirdik. Öz təlimimizi onlara göstərdik, sübut elədik ki, Azərbaycan ordusu nəyə qadirdir. Elə texnikaları var idi, vurub yararsız hala gətirirdik, heyəti düşüb qaçırdı, eləsi var idi ki, heç çıxa bilmirdi, elə orada məhv olurdu", - deyə Cavid Hüseynov qeyd etdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2579   Tarix: 04 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 315
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 223
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19.04.2024 414
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 192
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 382
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 1630
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 307
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 977
.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

19.04.2024 1067