Tahir Əliyev Şuşanın işğaldan azad olunacağı tarixi açıqladı...

Tahir Əliyev Şuşanın işğaldan azad olunacağı tarixi açıqladı...May ayının 8-i tarixi yaxınlaşdıqca bizi Şuşadan daha bir il ayırır. Çox ağır olsa da bir gerçəkdir ki, biz 24 ildir Şuşanın yoxluğuna, bizsizliyinə, ermənilərin oylağı olmasına göz yummuşuq. Tab gətirə bilmişik Şuşa dərdinə... Eləcə də 1992-ci il may ayının 8-nə keçən gecə amansızcasına qətlə yetirilən, əsir götürülən, əlil olan yüzlərlə insanın dərdinə.
Bu ilin aprel ayının əvvəllərində ön cəbhədə baş vermiş döyüşlərdən sonra isə anladıq ki, biz Şuşasızlığa öyrəşməmişik! Əksinə, Şuşa üçün, Qarabağ üçün susamışıq! Suya həsrət torpaq kimi cadar vurub ürəyimiz Şuşa üçün, Qarabaq üçün! Və ona da əmin olduq ki, Şuşa vüsalımızın, Qarabağ həsrətimizə son qoyulacağı gün elə də uzaqda deyil. Bəlkə də bu ildən Şuşaya qovuşacağımız günə gerisayım başlayacaq. Bəlkə də bu il 8 may qeyd edəcəyimiz son işğal tarixi olacaq.

Bəs görəsən zamanında işğaldan qoruya bilmədiyimiz Şuşanı indi işğaldan azad etməyə hazırıqmı? Sülh danışıqları baş tutmayacağı təqdirdə canımız, qanımız bahasına olsa belə gücümüz, güvvəmiz yetəcəkmi Şuşanı, Qarabağı geri qaytarmağa?

Şuşa şəhəri işğal olunan zaman Azərbaycanın daxili işlər naziri vəzifəsində işləmiş general Tahir Əliyev Moderator.az - açıqlamasında Şuşa uğrunda son damla qanını belə axıtmağa hazır olduğunu bildirib:

"Vətənin müdafiəsi uğrunda hər an döyüşə hazıram. Əlbəttə ki, biz işğalda olan torpaqlarımızı geri qaytarmaq arzusuyla yaşayırıq. Biz vaxt gələcək ki, nəinki Şuşanı, eləcə də Qarabağın işğal olunmuş bütün torpaqlarını, hətta Qərbi Azərbaycanı da geri qaytara biləcəyik. Və əminəm ki, o vaxt uzaqda deyil, tezliklə biz Şuşa başda olmaqla Qarabağımızın işğaldan azad olunduğu günü görəcəyik. Mən bu arzuyla da yaşayıram".

Qeyd edək ki, Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, 150 nəfər əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə isə bu günə qədər də məlumat yoxdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5971   Tarix: 04 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930