Azərbaycan XİN Ermənistanın atom bombası ilə təhdidlərinə münasibət bildirdi

Azərbaycan XİN Ermənistanın atom bombası ilə təhdidlərinə münasibət bildirdiBir neçə gün öncə virtualaz.org-un redaksiya məqaləsində Eynulla Fətullayev Ermənistan siyasi rəhbərliyinin nüfuzlu nümayəndələrinin bu ölkədə nüvə silahının (o cümlədən, "çirkli bomba"nın) mövcudluğu barədə son bəyanatlarına istinad edərək, Azərbaycan Xarici İşlər Nazirliyini AEBA-ya Ermənistanın radioaktiv elementlərin hərbi məqsədlər üçün istifadəsi ilə bağlı şikayətin verilməsi proseduruna başlamağa çağırmışdı.

Qeyd edək ki, Ermənistanın keçmiş baş naziri və fəaliyyətdə olan parlament üzvü Qrant Baqratyan kimi, general-mayor Arkadi Ter-Tadevosyan və bu ölkənin siyasi və hərbi rəhbərliyinin digər nümayəndələri dəfələrlə Azərbaycan əleyhinə hərbi əməliyyatlarda radioaktiv silahdan istifadə etmək niyyətlərini bildirmişdilər.

Azərbaycan XİN hansı tədbirləri görmək niyyətindədir? Ölkənin xarici siyasət idarəsi Ermənistandan şikayət verilməsi proseduruna başlayaraq, radioaktiv elementlərdən hərbi məqsədlər üçün istifadənin yoxlanması baxımından müvafiq təftişin aparılmasına çalışacaqmı?

BiG.AZ bildirir ki, virtualaz.org-un suallarına Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cavab verir.
Azərbaycan XİN Ermənistanın atom bombası ilə təhdidlərinə münasibət bildirdi- Ermənistanın indiki və sabiq rəhbər şəxsləri Ermənistanın nüvə silahına malik olması barədə bəyanatlarla çıxış edirlər. Bu barədə nə deyərdiniz?

- Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistandan irəli gələn nüvə təhlükəsi və nüvə terroru təhdidləri barədə daimi olaraq məlumatlandırır və xəbərdar edir.

Azərbaycanın Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasına (AES) dair narahatlıqları və bu nüvə obyektinin region üçün yaratdığı risklər və təhdidlər kontekstində onun bağlanılması məsələsi mütəmadi şəkildə tərəfimizdən qaldırılır.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 31 mart - 1 aprel 2016-cı il tarixində Vaşinqtonda keçirilmiş Nüvə Təhlükəsizliyi Sammitində çıxışında da Ermənistan ərazisində 1976-cı ildə "Çernobıl" AES-in texnologiyasına əsasən tikilmiş bu stansiyaya diqqət çəkmiş və beynəlxalq birliyi stansiyadan irəli gələn təhlükəyə qarşı tədbirlər görməyə növbəti dəfə çağırmışdır. Bütün region üçün təhlükə olan və seysmik zonada yerləşən bu stansiyanın köhnəlmiş reaktorunun daimi olaraq soyudulması ciddi problem olaraq qalmaqdadır.

Son zamanlar nüvə və radioaktiv materialların, habelə nüvə yanacağı tullantılarının qaçaqmalçılığında Ermənistanın xüsusi rol oynaması faktları artmaqdadır. Qonşu dövlətlərin ərazisində Ermənistan vətəndaşlarının iştirakı ilə dəfələrlə radioaktiv materialların qaçaqmalçılığı ilə məşğul olan qruplar ifşa olunmuşdur. Bu qruplardan bəziləri hətta 2003 və 2010-cu illərdə yüksək zənginləşdirilmiş uranı və Sezium 137 materialını Ermənistan ərazisindən çıxarılmasına cəhd göstərmişdir. Bu ilin aprel ayında isə Gürcüstan ərazisində tutulan 3 nəfər Ermənistan vətəndaşından ibarət qrupun hər bir üzvünün əvvəllər Metsamor AES-də çalışdıqları məlum olmuşdur. Qrup tərəfindən qara bazarda milyon dollarla qiymətləndirilən uranın (238) Yaxın Şərq regionuna satılması planlaşdırılırdı. Qeyd edilməlidir ki, aşkarlanan mənbələrdən partlamaqla radioaktivlik yayan "çirkli bombalar"ın hazırlanmasında istifadə edilməsi mümkünlüyü regionun nüvə təhlükəsizliyinə Ermənistan və Metsamor AES-dən irəli gələ biləcək riskləri bir daha xatırlatmağa imkan verir.

Bununla yanaşı, Metsamor AES-də istifadə edilmiş nüvə yanacağı və tullantılarının vəziyyətinin şübhəli olması, xüsusilə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı kontekstində regionda nüvə təhlükəsizliyinə ciddi təhdid mənbəyi olaraq qalır.

Bir müddət əvvəl Ermənistanın müdafiə naziri Seyran Ohanyanın, cari ilin 29 aprel tarixində isə Ermənistanın sabiq baş naziri və hal-hazırda Ermənistan Milli Konqres partiyasının Ermənistan Parlamentindəki deputatı olan Hrant Baqratyanın Ermənistanın xüsusi təyinatlı gizli silaha və ya "nüvə silahına" malik olmaları barədə açıqlamaları ciddi suallar doğurur.

- Ermənistanın bu əməlləri barədə beynəlxalq təşkilatlara müraciət edilməsi nəzərdə tutulurmu?

- Ermənistan Respublikasının bu əməlləri Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə bağlı təminatların tətbiq edilməsi barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə Ermənistan arasında imzalanmış Saziş, Nüvə Materiallarının Fiziki Mühafizəsi haqqında Konvensiya və ona Düzəliş, Nüvə Təhlükəsizliyi haqqında Konvensiya, Nüvə Terrorizmi fəaliyyətinə qarşı Beynəlxalq Konvensiya, AEBA-nın "Radioaktiv Mənbələrin Təhlükəsizliyi üzrə Davranış Məcəlləsi" və "Radioaktiv Mənbələrin İxracı və İdxalı Qaydaları", habelə BMT Təhlükəsizlik Şurasının nüvə, kimyəvi və bioloji silahlar və onların çatdırılma vasitələrinın yayılmasının qarşısının alınması barədə 1373 və 1540 saylı qətnamələri çərçivəsində Ermənistanın öhdəlikləri ilə ziddiyyət təşkil edir. Qeyd etmək lazımdır ki, 1540 saylı BMT TŞ-nın qətnaməsində dövlətlərin nüvə materiallarının fiziki təhlükəsizliyi, onların qeyri-qanuni yayılması və ticarətinin qarşısının alınmasına dair öhdəlikləri vardır. Göründüyü kimi, Ermənistan ərazisindən sərbəst şəkildə radioaktiv materiallar daşınır, Ermənistanın hüquq-mühafizə, sərhəd və gömrük orqanları bu ticarətə göz yumurlar. İstisna deyil ki, Ermənistan rejimi nüvə materiallarının qaçaqmalçılığına şərait yaratmaqla şəxsi mənfəət də güdür.

Ermənistan tərəfindən sistematik şəkildə həyata keçirilən radioaktiv materialların qaçaqmalçılığı hallarının, habelə Azərbaycana qarşı qisas hissi ilə köklənən Ermənistanın rəsmi şəxslərinin "nüvə silahı" barədə təhdidlərinin AEBA tərəfindən ciddi şəkildə nəzarətə götürülməsi və araşdırılmasını zəruri hesab edirik. Bununla əlaqədar, rəsmi kanallar vasitəsilə AEBA-ya müraciət ediləcəkdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1171   Tarix: 03 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

14:47 0
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

12:44 0
.

"Gəlinimə səsimi də ucalda bilərəm"

"Oğlum Adili evləndirib, gəlini evə gətirdim. Bundan sonra 3 ay onlarla yaşamadım. Onlara ara-sıra baş çəkirdim ki, bilim evdə nə edirdilər. Gəlinin mənə olan əzizləməyini gördüm. Bundan sonra qərar verdim ki, tez-tez onlara baş çəkəcəyəm. Yalandan deyirdim ki, səhər efirə gedəcəyəm, amma tezdə

10:18 0
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

16:16 0
.

Bədbəxt hadisələr üst-üstə gəldi: baba və nəvə eyni gün dünyasını dəyişdi

Siyirmə dəyərək boynu qırılan 15 aylıq körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, həmin gün körpənin babası da dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib. Belə ki, Evrim-Mikayıl Şamlı cütlüyü ötən gün 15 aylıq oğullarını nənəsinin yanına qoyub. Nəvəsinə tək baxan, eyni zamand

12:26 0
.

Bu məktəbdə yoxlama aparıldı - Direktor işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Qaynarinfo xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən

11:22 0
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

13:12 0
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

16:18 0
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

12:53 0