Sarkisyanın Qarabağa görə cəmi iki həftə vaxtı var
Diplomatiyada belə bir qayda var: Öz mövqeyin yoxdursa, danışıqlar masasından heç vaxt çıxma.
Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağdakı gərginlik fonunda danışıqlar prosesindən imtina etdiyi barədə isterik bəyanatına baxmayaraq rəsmi İrəvan Azərbaycanla tezliklə – yaxın 2 həftədə danışıqlar masasına oturacaq.
BiG.AZ-ın anspress-ə istinadən verdiyi məlumatına görə, Rusiya xarici işlər nazirinin sabiq müavini, "Siyasi araşdırmalar mərkəzi" Fondunun direktoru Andrey Fedorov deyib.
Sarkisyan yaxın vaxtlarda danışıqlar məsələsinə görə Rusiya rəhbərliyi ilə yeni konsultasiyalara başlayacaq.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişə zonasında Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş verən 4 günlük müharibə vəziyyəti o qədər dəyişib ki, münaqişəyə köhnə qaydada yanaşma tamamilə alt-üst olub.
"Mövcud status-kvo var idi və bunu ciddi-cəhdlə qorumağa çalışırdılar. İndi bu situasiya dəyişib. İrəvan baş vermiş hadisələrdən sonra əvvəlki vəziyyəti saxlaya bilmir. Onlara bu münaqişədə yeni danışıqlar mövqeyi lazımdır. Lakin yeni danışıqlar mövqeyi ATƏT-in Minsk qrupunun çərçivəsində deyil, Moskvanın vasitəçiliyi ilə birbaşa Azərbaycanla danışıqlar aparmaqdan ibarətdir. Məndə olan məlumata görə, bu yeni mövqe İrəvanda indi mövcud deyil.", - Fedorov bildirib.
Siyasətçinin sözlərinə görə, diplomatiyada belə bir qayda var: Öz mövqeyin yoxdursa, danışıqlar masasından heç vaxt çıxma.
"Bu gün İrəvanda yeni mövqenin formalaşdırılmasına bir çox məsələlər mane olur. Birincisi, bu gün Ermənistanda daxili siyasi əhval-ruhiyyə danışıqlardan çox qarşıdurmaya köklənib. Ona görə ki, Ermənistan rəhbərliyindəki, həmçinin hərbidə olanların çoxları hesab edir ki, Ermənistan öz mövqeyindən tamamilə imtina etməyib, qüvvədə saxlayır. Əslində bu qarşıdurmalı yanaşma həmişə olub. Sadəcə, özünü biruzə vermirdi, aprel hadisələrindən sonra bu yanaşma qızışır", - diplomat deyib.
Fedrorov əmindir ki, hazırda İrəvanda rəsmilər arasında çaşqınlıq yaşanır, onlar bundan sonra nə edəcəklərini bilmirlər: "Ermənistan təkbaşına hamıya qarşı olmaq vəziyyətinə düşmək istəmir. İndi İrəvanda bundan hər nə olursa olsun qaçmağa çalışırlar. Onlar hansısa daxili kompromis tapmaq istəyirlər ki, danışıqlara gedə bilsinlər."
Bu məqamda Fedorov birmənalı şəkildə vurğulayıb ki, Ermənistan danışıqlar masasına yenidən oturmağa məcbur olacaq. Onun sözlərinə görə, bu, çox tezliklə baş verəcək.
"Burada söhbət maksimum iki həftədən gedir. Ermənistan prezidenti yaxın vaxtlarda danışıqlar məsələsinə görə Rusiya rəhbərliyi ilə yeni konsultasiyalara başlayacaq. Yalnız bundan sonra bəzi irəliləyişlər olacaq.", - rusiyalı diplomat qeyd edib.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 2318 Tarix: 03 may 2016
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443