Tanınmış iş adamının oğlanlarının bahalı həyat tərzi - FOTOLAR

Tanınmış iş adamının oğlanlarının bahalı həyat tərzi - FOTOLAR"Clear" və "İron" otellərinin sahibi Fikrət Feyziyevin oğlanları Elvin və İslam Feyziyev qardaşları yarım milyonluq maşınlarda gəzirlər

BiG.AZ xəbər verir ki, son illər Azərbaycanda, xüsusilə də Bakı şəhərində əxlaqsızlıq yuvalarının sayı xeyli artıb. Əgər əvvələr bu tip obyektlər gizli şəkildə fəaliyyət göstərirdilərsə, indi hər şey açıq-aşkardır. Qeyd edək ki, bu gün əxlaqsızlıq yuvalarının əksəriyyəti otel, motel, istirahət mərkəzi adı altında pərdələnib. Həmin obyektlərdən biri də paytaxtın Binəqədi rayonunda yerləşən «Clear» otelidir. Bu oteldə cərəyan edən xoşagəlməz hadisələr, gənc qızların cinsi istismara məruz qalması və otelin sahiblərinin kim tərəfindən himayə olunması barədə mətbuatda çox yazılıb.

Bildirək ki, otelin sahibləri Fikrət və Fəxrəddin Feyziyev qardaşlarıdır. Əslən Yardımlı rayonundan olan bu qardaşlar neçə illərdir ki, otel və digər biznes işləri ilə məşğuldurlar.

Qısaca vurğulamaq istəyirik ki, Fikrət və Fəxrəddin Feyziyev qardaşları hələ 90-cı illərdə yaranmış vəziyyətdən əlverişli şəkildə istifadə edərək İrana qırmızı civə satışını təşkil etməyə başlayıblar. Bir xeyli müddət qeyd olunan bizneslə məşğul olan qardaşlar, nəhayət, 2000-ci illərin əvvəllərində MTN-in diqqət mərkəzinə düşürlər. Namiq Abbasovun ( o zaman MTN-nin rəhbəriydi-red) göstərişi əsasında adları çəkilən qardaşlarla bağlı əməliyyat keçirilir və onlar həbs olunurlar. Ancaq qardaşlar müəmmalı şəkildə MTN-in təcridxanasından çıxmağa nail olurlar. Deyilənə görə, o zaman qardaşların həbsdən azad olmasına ləğv edilmiş Xüsusi İdarənin rəisi Elman Qəmbərov şərait yaradır. Bu gün də sözügedən şəxslərin münasibəti çox yaxşıdır və Elman Qəmbərov müəyyən məsələlərdə Feyziyev qardaşlarına «krışa»lıq edir.

Gundelik-baku.com-un apardığı araşdırmalar nəticəsi ndə məlum olub ki, Fikrət Feyziyevin əldə etdiyi milyonlar onun oğlanları Elvin və İslam Feyziyevlərin də lüks həyat yaşamasına rəvac verib. Belə ki, oğul Feyziyevlərin bütün günü istirahətdə, kef məclislərində keçir.

Məsələn, «instagram» sosial şəbəkəsində apardığımız axtarış nəticəsində öyrəndik ki, Elvin Feyziyev və qardaşı İslam Feyziyev bahalı maşın kolleksiyasına sahibdirlər. Bura 99 BB 005 nömrəli «Mercedes Galenvagen», 90 FX 090 nömrəli «Mercedes» Galenvagen», «Rolls Royce», 90 AD 090 dövlət nömrə nişanlı «Mercedes Galenvagen», 99 DD 005 nömrəli «Lexus 570», 10 OB 002 nömrəli son model «Mercedes S Klass» daxildir. «İnstagram»dakı şəkillərdən görünür ki, oğul Feyziyevlər heç vaxt ucuz yerdə oturmurlar və onlar bahalı məkanlarda atalarının pullarını ürəkləri istəyən şəkildə xərcləyirlər. Ən maraqlısı isə odur ki, oğul Feyziyevlərdən birinin yaşı avtomobil sürməyə imkan verməsə də, o atasının gücünə sürücülük vəsiqəsi olmaya-olmaya avtomobil sürür. Bu isə o deməkdir ki, Fikrət Feyziyevin özü ilə yanaşı, oğlu da qanunlarımıza meydan oxuyur. Məlumata görə, Elvin və İslam Feyziyevlər atalarına məxsus «İron» otelində də tez-tez görünürlər. Onların bura hansı iş üçün gəldiyi isə bəllidir. Göründüyü kimi, Fikrət Feyziyev «Clear», «İron» otellərindən, eləcə də metal biznesindən əldə etdiyi gəlirlərlə oğlanlarına hər cür şərait yaradıb. Biz Vergilər Nazirliyinin, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyindən xahiş edirik ki, sözügedən otellərin fəaliyyətini dərindən araşdırsınlar. Araşdırma aparılsa, yəqin ki, hər iki otelin vergi borcları, habelə qadın ticarəti ilə bağlı çox dəhşətli faktlar üzə çıxacaq. Mövzunu diqqətdə çaxlayacağıq. Qarşı tərəfi də dinləyə bilərik. (Gundelik-baku.com)
Tanınmış iş adamının oğlanlarının bahalı həyat tərzi - FOTOLARTanınmış iş adamının oğlanlarının bahalı həyat tərzi - FOTOLARTanınmış iş adamının oğlanlarının bahalı həyat tərzi - FOTOLARTanınmış iş adamının oğlanlarının bahalı həyat tərzi - FOTOLARTanınmış iş adamının oğlanlarının bahalı həyat tərzi - FOTOLARTanınmış iş adamının oğlanlarının bahalı həyat tərzi - FOTOLARTanınmış iş adamının oğlanlarının bahalı həyat tərzi - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 9964   Tarix: 02 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364