Ermənilərin pilotsuz təyyarəsini vuran, Talış kəndi uğrunda şəhid olan oğlumuzu TANIYIN/Fotolar

Ermənilərin pilotsuz təyyarəsini vuran, Talış kəndi uğrunda şəhid olan oğlumuzu TANIYIN/FotolarBiG.AZ modern.az-a istinadən Aida Eyvazovanın yazısın təqdim edir:

... Nələr istəmişdik, nələr gətirdi fələk başımıza. 1985-ci ildən sonra dağılan ittifaqın üzərində hər millət öz dövlətini qurmaq üçün mücadiləyə başladı. 90-cı illərdən etibarən azadlıq nümayişləri, imperializmin zəncirlərinin qırılması kimi şüarlardan çıxıb, 15 respublika özünün müstəqil dövlətini yaratdı.

O müstəqillikdən başlayan yolda ən çox şəhid verən ölkələrdən biri Azərbaycan oldu. 1990-cı ildən etibarən ölkəmizə diş qıcayan qanlı rus imperializmi, ən şirin tikə olan Azərbaycandan əl çəkmədi. Gənc dövlətimiz özünü tanıtmağa, milli ideologiya və strategiyasını hazırlamağa macal tapmamış özündən qat-qat güclü düşmənlərlə mücadiləyə qalxdı. Düşmən bizdən güclü idi. Tanrının köməyi ilə , axan qanlarımızı silərək, yavaş-yavaş dirçəlməyə başladıq.

Milli ideologiya haqqında danışmağım əbəs deyil. Biz neft kontraktları imzaladıq, biz özümüzü dünyaya tanıtmağa başladıq. Hər ölkədən bir dəb, bir yenilik gətirdik Vətənə. Ancaq ailə dəyərlərini unutduq. Ailənin dövlətin dayağı, təməli olduğunu yaddan çıxardıq. Ailənin təməlində isə islam və türk qaydalarına görə övladların sayının çox olmasının nə dərəcədə mühüm olması haqqında fikirləşmədik. Dağılan zavodların, fabriklərin, iş yerlərinin xarabalıqlarında hamı çörəkpulu qazanmaq, yenidən yoxdan var olmaq haqqında düşündü. Qazanc dalınca qaçdıqca, milli dəyərlərimizi arxa plana atdıq. Həmin milli dəyərlərin içərisində ailədə övladların sayının azalmasının fərqinə varmadıq. Elə bildik ki, "Avropa mədəni dəyərlərinə" uyğun olaraq ailəni 1-2 uşaqla da ailə edəcəyik.

1990-da Bakıya rus tanklarının yeridildiyi gündə həlak olan şəhidlərimizin evində 3, 4, 5, 6... uşaq var idi. 1990-dan bu tərəfə isə... azaldıq... Ailələr 1-2 uşaqla kifayətləndi. Heç dövlətin əlaqədar qurumları da bu böyük fəlakətin fərqinə varmadılar. Ailə başçıları işsizlik, pulsuzluq, evsiz-eşiksizlik kimi problemləri əsas gətirərək, çox uşaq üçün büdcələrinin yetmədiyini dedilər. Müstəqil ölkəmizdə yeni yaranan institutlar, qurumlar, komitələr, nazirliklər də həyəcan təbili çalmadılar. Bir deyən olmadı ki, axı 1 uşaq ailədə çox azdır, 2 uşaqla nəsil artıb-çoxalmır. Bu dünyanın ölümü-itimi, təbii fəlakəti, müharibəsi, sel-suyu, tufanı var axı... ya zəlzələdən, ya vəlvələdən, ailələrə fəlakət gəlib, o təkləri, birləri apara bilər. İndi neçə-neçə ailə tək, iki, üç olan övladını itirir. Çox istərdim ki, dövlətimizin milli ideologiyası hazırlansın. Ailələrdə çox uşaqların olması üçün mühüm sənədlər yazılsın. Bir çox inkişaf etmiş ölkələrdə, lap elə yaxın Rusiya, Ukraynada olduğu kimi, ailədə çox uşaqların doğulması, böyüməsi üçün böyük məbləğdə kompensasiyalar, yardımlar verilsin. Əgər insanların lap elə kənd yerində şəraiti, evi, malı-qarası bol olarsa, evin kişisi ailəyə lazım olan qədər məvacib qazanıb gətirərsə, şəhərdə yaşayan gənclərə, lap sovet dönəmində olduğu kimi sosial evlər verilərsə, bu evlərdə təbii ki, dövlət proqramına uyğun olaraq 3, 4, 5 uşaq... 10 uşaq da doğular. Valideynlər və uşaqlar bilərlər ki, dövlət onların hər qayğısını çəkəcək, lap elə sovet vaxtında olduğu kimi, bağçalara, məktəblərə, xəstəxanalara rüşvət verilməyəcək. Bütün səylər dövlətin təməli olan ailələrin möhkəmləndirilməsi və rifahına yönələcək. Sağlam ailə, sağlam uşaq SAĞLAM DÖVLƏT deməkdir.

"Gecələr" ləqəbli Toğrul
Ermənilərin pilotsuz təyyarəsini vuran, Talış kəndi uğrunda şəhid olan oğlumuzu TANIYIN/Fotolar... Ağsunun Bico kəndində doğulub, 23 yaşına çatan hərbçi Toğrul Fərəczadənin evinin darvazası açıq idi. Qonaq-qaranı, dostlarını sevən Toğrul bu dəfə evinə gələnləri özü yox, darvazasının üstündəki Azərbaycan bayrağı, qırmızı yaylıq, həyətində qurulan yas çadırındakı şəkil lal-dinməz qarşılayırdı. Bir qayda olaraq, qadınlar yığılan evə keçib, qara örtüklü, qara paltarlı qız-gəlinlə, ağbirçək analarla görüşdüm. Arıq, sısqa bir gəlin oturmuşdu divanda, keçib yanında əyləşdim. Boynunu qucaqladım, alnından öpdüm. Şəhid anaları özləri də qəhrəmandırlar. Onların alnından öpülməlidir. Təsəlli verməyə yenə söz tapmadım.

...Gözlərimizin yaşını siləndən sonra, Toğrulun anası 40 yaşlı Bəhruzə Cəbiyeva oğlu haqqında danışmağa başladı:

- Dərddən dəli olmaq, bəlkə, belə olur... Mən oğlumdan sonra yaşaya bilmərəm. Onu min bir zəhmətlə böyütmüşdük. Sevdiyi qız var idi. Onun gözünə baxa bilmirəm. Dayağım, gedib-gələn nəfəsim idi Toğrul... Özü hərbçi olmaq istəyirdi. Xidmətini 2012-ci ildə başa vurnadan sonra, inad etdi ki, hərbidə qalacaq. Bizim də gücümüz yetmədi. 3 il yarım idi ki, o, hərbidə çalışırdı. Üç il yarım idi ki, mənim gecəm-gündüzüm yox idi. Silahlı Qüvvələrin tərkibində hərbin sirlərinə dərindən yiyələnmişdi. Evə gələndə uğurlarından danışırdı.
Bu il yanvar ayının 20-də idi, ermənilərin hərbi texnikasını sıradan çıxarmışdı, pilotsuz uçan aparatını vurub yerə salmışdılar. O hərbçilərin arasında Toğrul da var idi. Ermənilərin pilotsuz təyyarəsini vurduqlarına görə yanvar ayında evə buraxmışdılar. Deyirdim ki, ay oğul, mənə bir az işindən-gücündən danış. Elə həmin günlərdə dedi ki, "ana, mən hərbiyə gedəndə, komandirimiz general Hikmət Mirzəyev, əlini kürəyimə qoyub məndən soruşdu ki, "ailənin bir oğlusan, Vətənin müharibəsi var qarşıda, xidmət etməyə qorxmursan?". Ana, generala dedim ki, "bir oğulun ürəyində Vətən sevgisi olmur?" Cavabım xoşuna gəldi".
Oğlum güclü kəşfiyyatçı olduğundan, ləqəbi "Gecələr" idi.
Bir dəfə mina təmizləməyə gedibmiş. O gecəni belə xatırlayırdı: "Ana,getdim ərazidən mina təmizləməyə. Minaaxtaran itim də yanımda idi. Minaları çıxarıb, səngərin içərisi ilə 200 metr keçib getdim qabağa. Birdən üstümə kimsə atıldı. Elə bildim, ermənidir. Həmlə gözlənilmədən olduğundan, fikirləşdim ki, ermənini duyuq salmışam. Yamanca qorxdum, can şirin şeymiş. Sonra baxdım ki, üstümə tullanan itimdir. Erməni olsaydı, ya ona verən Allah, ya mənə verən Allah, heç bilmirəm, necə qurtaracaqdı. Həmin gecə, səngərdən sağ qayıtdığıma görə əhd etdim ki, qurban kəsəcəyəm".
Toğrul o qurbanı kəsib, kəndin qocalarına, əlsiz-ayaqsızlarına, kimsəzilərinə payladı. Əli pul tutandan elə işi-gücü yetim-yesir, kasıb adamları sevindirmək idi. 3 ay əvvəl evə bayraq gətirdi, dedi ki, hərbçinin evində mütləq Azərbaycan bayrağı olmalıdır! Deyirdi ki, "biz Azərbaycan prezidentinin vuran əliyik! Vətəni qoruyuruq!".
İşsiz-gücsüz, avara gəzən, ata-anasını incidən uşaqlara baxanda təəccüblənirdi, əsəbləşirdi. Qohumlarımıza zəng edib deyərmiş ki, "ata-anamdan doymuram". Kreditlə maşın götürmüşdü. 2 illik krediti hələ qalır. Maşını da qalıb xidmət etdiyi hərbi hissənin həyətində. Hərbi hissə komandiri polkovnik-leytenant Murad Mirzəyev ondan daim razılıq edirdi. Azərbaycan Silahlı Qüvvələrinin 95-ci ildönümü münasibəti ilə medalla da təltif olunmuşdu.
Hərbçi dostları indi yasına gəlirlər. Onların hamısından balamı soruşuram. Uşaqlardan hansısa dedi ki, Talış kəndi uğrunda döyüşlərdə bunlar 12 nəfər olublar, Xüsusi Təyinatlı Qüvvlərin polkovnik-leytenantı Murad Mirzəyevlə birlikdə qatılıblar döyüşə. Xeyli irəli gedib nə qədər erməni məhv ediblər. Silah-sursat götürüblər. Murad Mirzəyev görüb ki, vəziyyət yaxşı deyil, uşaqlara xətər toxuna bilər. Onlara deyib ki, siz qayıdın geri. Düşmənin 3 qrupundan 2-ni məhv ediblər. Sonra vəziyyətin gərginləşdiyini görüb, əsgərlərini xilas etmək üçün özünü partladıb Murad Mirzəyev. Oğlum da komandiri kimi igid idi. Oğlum, deyəsən, Mirad Mirzəyevdən sonra həlak olub.

Aprel yaman gəldi. Arzularımızı yarımçıq qoydu, toylarımız çalınmadı... Xonçalarımız gəlin qapısına getmədi... Mənim kimi neçə ananı oğulsuz qoydu aprel... Aprelin 2-dən sonra Toğrulumla danışa bilmədim. Dizimi qoydum torpağa, əllərimi Allaha açdım, yalvardım, sısqadım, ağladım, ah-nalə elədim. Allahdan dilədim ki, iki gözümü al, ancaq oğlumu mənə qaytar. Gözsüz qaytar, ayaqsız, əlsiz qaytar, ömrüm boyu dilənib onu şikəst saxlardım... Allah məni eşitmədi...

İndi mən necə ovunum... barı oğlumun xidmətlərini dövlətimiz qiymətləndirə, adına bir küçə, ya məktəb verə, adını əbədiləşdirə... Axı onun qanı tökülən yerlərdə qalibiyyət var...
Ermənilərin pilotsuz təyyarəsini vuran, Talış kəndi uğrunda şəhid olan oğlumuzu TANIYIN/FotolarBico kəndinin 4-cü şəhidi...

Atası Habil Cəbiyevi danışdıra bilmədim. Nə danışacaqdı ki... Əmisi Qabil Cəbiyevin isə deməyə sözü çox idi:

- Azərbaycanda Qarabağ döyüşləri başlayandan kəndimiz 1 şəhid verib, 2 nəfər isə itkinimiz var. Onların 3-ü də qohumumuzdu. Şəhidimiz Mahmud Səfərovun 19 yaşı var idi. İtkin düşən Fərrux Səfərov və Sənan Səfərov da 19 yaşında idilər. O vaxt mənim də 19 yaşım var idi. Onları Ağdərə uğrunda döyüşlərdə itirdik.
1992-96-cı ildə vuruşan qazilərə, şəhidlərin ailəsinə qarşı bir unutqanlıq var. Ucqar rayon və kəndlərdə yaşayan şəhid ailələrini kimsə yada salmır. 1992-ci ildən 1996-cı ilə qədər indi ermənilərin işğalda olan bütün kənd və rayonlarımızda gedən qanlı vuruşların iştirakçısı olmuşam. Mənimlə vuruşan uşaqlardan sağ qalanı çox azdır. Necə oldusa, mən ölmədim. O dağları, meşələri yaxşı tanıyıram. Ən ağrılısı odur ki, cəbhədə o qədər zülmlər çəkdim, qan tökdüm, can qoydum, ancaq Müdafiə Nazirliyində könüllü olduğumu qanuniləşdirə bilmədim.

Aprelin 3-dən sonra Toğruldan xəbər tuta bilmədik. Qardaşımla getdik üzü Tərtərə sarı ... aprelin 8-nə qədər döymədiyimiz qapı, soruşmadığımız adam qalmadı... Gəncə, Bərdə, Tərtər, Naftalan... Yevlax... Toğrulu gördüm deyən olmadı. Atası Habil inanmırdı ki, oğlu sağ olmasın. Hələ nəyəsə ümid edirdi. Axı ümid sonuncu ölür. Sonra Yevlaxda onunla hərbi hissədə qulluq edən dostlarından birini tapdım. O dedi ki, axtarmayın... Toğrul şəhid olub. Düz aprelin 8-də eşitdik bu xəbəri. Nə qədər çətin olsa da, qardaşıma dedim... Habil başladı başına döyməyə... Bir balasının ölüm xəbərini alan ata necə olar... Çox böyük çətinliklə gəlib çatdıq Ağsuya, kəndimizə... Məlum oldu ki, Toğrul, cəbhənin Tərtər-Ağdərə istiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində həlak olub. Ermənistan-Azərbaycan cəhhə xəttində, döyüş meydanında qalan Toğrul Fərəczadənin nəşi aprelin 8-də Azərbaycan tərəfə təhvil verilib. 9 apreldə şəhid və qəhrəman balamızı dəfn etdik...

Dövlətdə dəvə, övladda nəvə...

Başı qara örtüklü, əynində qara paltarlar olan yaşlı qadınların içərisində diqqətimi bir narahat ana çəkdi. Şirvan qadınlarının sinədəftər olduğunu bildiyimdən, anadan bayatı istədim. Ana elə bil bir himə bənd idi:

Dəyirman üstü çiçək,
Çin gətir onu biçək.
Burda bir igid ölüb,
Uzun boy, qara birçək...

Yeri-yeri xeyrin olsun,
Qoynun güllərlə dolsun.
Ata-anan xeyrini görmədi,
Qara yer xeyrin olsun.

Bayatı deyən ana gözlərinin yaşını silib, "Toğrulun nənəsiyəm", dedi.
Ermənilərin pilotsuz təyyarəsini vuran, Talış kəndi uğrunda şəhid olan oğlumuzu TANIYIN/Fotolar- Həyətdəki o ağacları Toğrul əkib-becərib. Bağ-bağçanı səliqəli sevərdi. Balamın əsgər dostları gələndə onlara süfrə açardım... Keçən il Biləsuvarda hərbçi dostunun biri şəhid olmuşdu. Toğrul o şəhidin evinə yasa gedəndə, şəhidin anası deyib ki, "gəlin Sizi balamın əvəzinə yedirim". Şəhidin anası hər dosta bir qaşıq aş verib, yedirib onları... balasının ətrini almaq istəyib.
Bu hadisə Toğruluma çox təsir etmişdi. Onu bizə danışmışdı. Toğrulumu itirəndən sonra, aprelin 11-də bacısı Əfsanənin birinci uşağı dünyaya gəldi. Qaynatası zəng vurub, bizdən xahiş etdi ki, "izn verin, Toğrulun adını nəvəmizə verək". Allahdan belə buyruqdur, neynək... İndi Toğrulun adını bacısının oğlu, nəticəm daşıyacaq.

Hər görüşün sonunda bir ayrılıq durur. Toğrul Fərəczadənin anası və qohumları ilə sağollaşıb, həyətə düşdüm, qohumlar məni səliqə-səhmanlı bağçaya apardılar. Ağaclara nə var ki, təbiətin hökmünə tabedirlər.Yeni-yeni yarpaqlamışdılar. Arasında çiçəkləyən meyvə ağacları da var idi. Öz-özümə fikirləşdim ki, görəsən, Toğrulun əkdiyi ağacların, indi onun torpağa qarışmasından, ota, çiçəyə, lap elə ağaca çevriləcəyindən xəbərləri varmı? Axı təbiət onu sevən insanlarla harmoniyada olur.
Həyəti gəzərkən, Toğrulun əmisinin arvadı dedi ki, "həyətdəki it Toğrulun ölümunu hiss edəndən bu günə kimi bircə dəfə də olsun hürməyib, səsini çıxarmayıb. Həmin gecədən qısılıb oturub. Heç yeməyə də baxmır..."
Bir ağsaqqal, nurani kişi yaxınlaşdı. Salamlaşdıq, başsağlığı verdim. Tanış oldum Toğrulun babası idi. Yaşı 75-dən yuxarı olan Fətulla Cəbiyev söz-söhbəti uzaqdan başladı:

- Səkkiz övladım var idi. Bir oğlumu bir neçə il bundan əvvəl itirmişəm. Toğrul əmisinin balalarına çox qayğı göstərirdi. Əmisinin iki uşağının sevinc yeri idi. Bizim kəndimiz Şirvanda kök salmaq istəyən ermənilərə həmişə divan tutub.
1918-ci ildə qohum-əqrabalarımız, babalarımız, Bico kəndinin kişiləri Şahalı yüzbaşı başda olmaqla torpağımıza göz dikən 500 ermənini qırıblar. Ermənilərin şamaxılılara, şirvanlılara etdikləri zülmlərin qanını onlarda qoymayıblar. Erməni o tarixi unutmayıb. Erməni həmişə bizim düşmənimiz olub. Toğrulun soyadını da atamın adından Fərəczadə mən yazdırmışam. Ona görə biz Cəbiyev gedirik, o isə böyük babasının adı ilə gedirdi. "Dövlətdə dəvə, övladda nəvə" deyib atalarımız. Bu qəm bir bizim qapımızı döyməyib ki... Gör neçə qapını döyür 25 ildir. Vətən yolunda gedib, bizim Vətənin övladı idi. Prezidentimiz İlham Əliyev də bu müharibənin bitməsi üçün çox əziyyət çəkir. Onun da arxasında belə əsgərlər dayanmalıdır ki, o da əsgərlərə güvənsin. Vətən şəhid qanları ilə Vətən olur. Qalibiyyət qanla qazanılır!

Müharibədə itki də olur, qan da olur. Bu neçə günü darvazamız bağlanmır. Dövlət adamları da gəlirlər, gedirlər... şəhidimizi yad edirlər. Elə indi də Müdafiə Nazirliyinin hərbçiləri başsağlığına gəliblər... Demək, şəhidin qiyməti var, əsgərin dəyəri var bu gün...

Mən 1992-96-cı illərdə Azərbaycanın müharibə olan torpaqlarını qarış-qarış gəzmişəm. Oğlum Qabil könüllü orduya yazılanda 19 yaşı var idi. Yerini-yurdunu demirdi. Bala şirin olur. Ayağıma dəmir çarıq geyinib, düşdüm yolların ağına... Dərələrdən, düzlərdən keçdim... Soyuqlara, istilərə düşdüm. Oğlumu axtardım, haradan sorağını dedilərsə, oraya getdim. Müharibənin hər üzünü gördüm. Laçın-Kəlbəcər dağlarında axtardım Qabili. Bir gün meşədə təsadüfən üz-üzə gəldik. O gürcülərin "Əsgər atası" filmi var e... bax elə onun kimi... Ata-bala sarıldıq bir-birimizə... iylədim oğlumun saçlarını, ətrini çəkdim sinəmə... sevinirdim ki, balamı sağ-salamat tapmışam... Nəvəmi isə Qabil axtardı... tapmadı...

Fətulla kişi sonda səsi titrəyə-titrəyə: "Oğul hara... nəvə hara... nəvə oğuldan da şirindir..." - dedi.

Dövlət ailələrdən başlayır
Ermənilərin pilotsuz təyyarəsini vuran, Talış kəndi uğrunda şəhid olan oğlumuzu TANIYIN/FotolarBu yazının əvvəlində ailələrdə uşaqların çox olmamsının səbəbləri və bu səbələri aradan götürmək üşün Dövlət Proqramının vacibliyindən bəhs edirdim. Söhbətimin kökünü Fətulla kişidən gətirirdim. Fətulla kişinin 8 övladı var idi. Birini itirib, 4 oğlu, 3 qızı var indi. Nəvə-nəticələri də az deyil. O, səkkiz övladını Sovet rejimində pis-yaxşı böyütümüşdü. İçərilərində təhsil verdiyi, sənət verdiyi də var. O övladlar indi bir-birinə, həm də dövlətə dayaqdırlar.
Fətulla kişinin oğlu Habilin isə 1 oğlu və bir qızı var idi. Oğlu qəhrəmanlıqla həlak oldu. Bircə qızı qaldı Habilin. Burada məşhur rejissor Rza Təhmasibin "Onu bağışlamaq olarmı?" filmindəki ana obrazının monoloqunu xatırlayıram. Ana ətrafında yığılan insanlara baxıb deyir: "Kimdir günahkar?" Və filmin süjetindən məlum olur ki, günahkar MÜHARİBƏdir!

Mən, mənim kimi yüzlərlə Azərbaycan vətəndaşı inanmaq istəyir ki, bu gün dünya xəritəsində yeri balaca olsa da, dünyanın bir çox sivil ölkələrində tanınan, Azərbaycan dövlətini həm də sivil qanunları ilə nümunəvi edək. İnanmaq istəyirik ki,dövlətimizin qanun yazan əlaqədar orqanları ailə, uşaq, iş yeri, mənzil problemlərinin birdəfəlik həllinə nail olub, ailələrdə 4, 5, 6... 10 uşağın dünyaya gətrilməsi, ailələrin möhkəmlənməsi üçün təməlli inkişaf poqramı hazırlayacaqlar. Unutmayaq ki, dövlət ailələrdən başlayır, ailələrdə doğulan oğullar böyüyüb əsgər olur, Ali Baş Komandanın əmrini icra edirlər!!!
Vətəni Vətən edən şəhidlərimizin MƏQAMI mübarək olsun! Vətən uğrunda canından keçən və keçməyə hazır olan əsgərlərimizi isə Tanrı qorusun!
Ermənilərin pilotsuz təyyarəsini vuran, Talış kəndi uğrunda şəhid olan oğlumuzu TANIYIN/FotolarErmənilərin pilotsuz təyyarəsini vuran, Talış kəndi uğrunda şəhid olan oğlumuzu TANIYIN/Fotolar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6766   Tarix: 02 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888