Cəbhəyanı ərazilərdən ürəkdağlayan FOTOLAR

Cəbhəyanı ərazilərdən ürəkdağlayan FOTOLARErməni silahlı birləşmələrinin aprelin 27-dən 28-nə keçən gecə başlayan artilleriya zərbələri nəticəsində Ağdam rayonunun yaşayış məntəqələrinə 100-dən artıq mərmi düşüb.

BiG.AZ xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, mərmilərin partlaması nəticəsində ümumilikdə 91 evə ziyan dəyib, o cümlədən 1 ev yanıb, 14 ev dağılıb. Ermənilərin atəşi nəticəsində mülki əhalidən 7 nəfər yaralanıb, 2 nəfər dünyasını dəyişib.

Rayonun ən çox ziyan dəyən kəndlərindən biri də Qaradağlı kəndidir. Düşmənin atəşi zamanı kənddə 6 ev dağılıb, 47 evin dam örtüyünə, qapı-pəncərəsinə, yardımçı binalara, əhalinin mülkiyyətinə və təsərrüfata ziyan dəyib. Kənddəki tam orta və uşaq musiqi məktəblərində tədris prosesi pozulub.

Ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində kənddə dağılan evlərdən biri Elməddin Həsənova məxsusdur. E.Həsənov mərminin evə düşdüyü vaxt qonşuda olduğunu deyib: "Qəfildən eşidilən güclü partlayış səsindən qorxduq. Bayıra çıxanda gördük ki, evimiz artıq dağılıb. Şükür ki, mərmi düşən zaman evdə olmamışıq".

Düşmənin atdığı mərminin biri də Rəşad Əliyevin həyətinə düşüb. Rəşad Əliyev həmin anı belə xatırlayır: "Evin qarşısında oturub telefonla danışırdım. Bu zaman 25 metr kənarda güclü partlayış oldu. Partlayışın təsirindən yıxıldım. Qəlpələr əynimdəki paltarı bir neçə yerdən deşsə də mənə, həmçinin ailə üzvlərimə bir şey olmadı. Amma evimizə, həyətdəki yardımçı binaya, hasar və darvazaya xeyli ziyan dəyib".

Ermənistan silahlı birləşmələrinin atəşkəsi mütəmadi pozması, cəbhəyanı kəndləri artilleriya atəşinə tutması kənd təsərrüfatına da xeyli ziyan vurub. Atılan mərmilərin xeyli hissəsi əkin sahələrinə düşüb. Taxıl və tərəvəz sahələrinə, meyvə ağaclarına ziyan dəyib. Hazırda yaz tarla işlərinin aparılmalı olduğu vaxtda əhali təsərrüfatlarda işləyə bilmir./azertac/
Cəbhəyanı ərazilərdən ürəkdağlayan FOTOLARCəbhəyanı ərazilərdən ürəkdağlayan FOTOLARCəbhəyanı ərazilərdən ürəkdağlayan FOTOLARCəbhəyanı ərazilərdən ürəkdağlayan FOTOLARCəbhəyanı ərazilərdən ürəkdağlayan FOTOLARCəbhəyanı ərazilərdən ürəkdağlayan FOTOLARCəbhəyanı ərazilərdən ürəkdağlayan FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4647   Tarix: 30 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

16:16 0
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

12:44 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

17:16 0
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

16:37 0
.

"Putin həmin gecə yatmayıb"

"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin həmi

10:48 0
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

16:43 0
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

16:01 0