Polkovnik Manuxin: "Ermənilər başını itirib, səfərbərliyin heç bir xeyri olmayacaq"

Polkovnik Manuxin: "Ermənilər başını itirib, səfərbərliyin heç bir xeyri olmayacaq"Rusiyadan erməni mənşəli generallar da daxil olmaqla hərbçilərin, müxtəlif bölgələrdən erməni silahlılarının, eləcə də terrorçuların Ermənistana gətirilməsi, orduya qadınların cəlb edilməsi, ümumi səfərbərlik aparılmasının onlara heç bir xeyiri olmayacaq.

BiG.AZ xəbər verir ki, bunu milli.az-a açıqlamasında hərbi ekspert, istefada olan polkovnik Konstantin Manuxin bildirib. Ekspertin sözlərinə görə, ermənilər kimi yığmalarından asılı olmayaraq, Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərdə ona qarşı duran düşməni məhv edəcək: "Belə əlahiddə hallar isə heç bir nəticə verməyəcək. Azərbaycanda olduğu kimi, hər bir ölkənin özünün hazırlıqlı Silahlı Qüvvələri olmalıdır. Daha kənardan cəlb edilənlərin xidmətindən istifadə edilməməlidir. Bu, heç bir dövlətin hərbi problemini həll etməyəcək. Mənə belə gəlir ki, aprelin əvvəlində Azərbaycan ordusunun əks-həmləsindən sonra ermənilər, sadəcə, başlarını itiriblər. Onlar bəyan edirlər ki, buranı dağıdacağıq, elə edəcəyik, belə edəcəyik. Bu, sadəcə, boşboğazlıqdır. Mən inanmıram ki, xaricdə hansısa yüksək rütbəli, vəzifəli, maaşlı hərbçi işini-gücü buraxıb Dağlıq Qarabağa gəlib Azərbaycana qarşı döyüşsün. Artıq onların xalq qarşısında "məğlubedilməzlik" sindromu sındırılıb. Bütün bunlar isə həmin nüfuzu bərpa etmək üçün, sadəcə, bir gedişdir.

Ermənistan ordusunda kadr "aclığı" var. Azərbaycan Ordusunda zabit heyətinə, Bakıdakı Ali Hərbi Məktəbin məzunlarına baxın. Konkret göz görəsi müəyyən inkişaf var. Azərbaycanın insan potensialına baxın. Amma ermənilərdə bu yoxdur axı..."K.Manuxin Ermənistan Müdafiə Nazirliyindən 3 generalın və digər zabitlərin vəzifədən uzaqlaşdırılması səbəblərinə aydınlıq gətirib: "Düzdür, burada dəqiq fikir söyləmək çətindir. Amma böyük ehtimalla, bu generallar öz vəzifələrinin öhdəsindən lazımınca gələ bilməyiblər. Ermənilər Azərbaycan ordusunun aprelin əvvəlində onlara necə güclü zərbə vuracağını hesaba almamışdılar. Azərbaycan ordusu nə hücuma, nə də əks-hücuma keçməmişdi, sadəcə əkc-həmlə edib hücum edən düşmənə cavab zərbəsi endirmişdi. Hətta bu halda da erməni silahlı birləşmələri öz işinin öhdəsindən gələ bilməmişdi.

Başqa bir ehtimal da budur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi düçar olduğu bu uğursuluğa görə günahı kiminsə boynuna atıb qurban verməyə çalışırdılar. Həmin günahkar qurban da generallar oldu".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3122   Tarix: 30 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 362
.

"Efirdə qısa geyinməyi yaraşdırmıram"

Aparıcı Xoşqədəm Hidayətqızı qısa geyinən aparıcılardan danışıb. Axşam.az xəbər verir ki, o, bu haqda sosial şəbəkədə canlı yayımda danışıb. Hidayətqızı bildirib ki, efirdə qısa geyinməyi aparıcıya yaraşdırmır:. "Efirdə qısa, açıq geyinmək. Qonağım geyinə bilər. Amma mən aparıcı, junalist olara

12:16 161
.

Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - CANLI YAYIM

Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb. -ın məlumatına görə, o, Yasamal qəbiristanlığında dəfn ediləcək. Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək

14:06 0
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 457
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 197
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 313
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

19.04.2024 456
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 378
.

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universitet

11:53 147