Bakıda şir saxlayan Berberovlar ailəsinin hekayəsi - FOTO

Berberovlar ailəsi Bakının mərkəzində yaşayan, həyat tərzləri ilə bütün SSRİ-də məşhur olmuş ailə idi. Onları digərlərindən fərqləndirən isə evlərində ŞİR saxlamaqları idi. Ancaq hekayə bununla bitmir. Berberovlar ailəsinin 70-ci illərdə bütün SSRİ-yə səs salan hekayəsində qəribə və faciəvi məqamlar da çoxdur.

Bakıda şir saxlayan Berberovlar ailəsinin hekayəsi - FOTONina Bərbərova qızı Yeva ilə Bakı Zooparkında gəzərkən təsadüfən xəstə və anası tərəfindən atılmış şir balasını görür. İxtisasça memar olan ailənin atası Lev Lvoviç heyvanlara xüsusi marağı var idi. Qızları Yevanın da israrı ilə Berberovlar şiri evlərinə gətirir.

Kinq adını verdikləri şir onların evində yaşayan yeganə heyvan deyildi. Berberovlar ailəsinin 100 kvadrat metrlik evlərində it, puma və xeyli sayda quş var idi. Onlar şiri müalicə edib, böyütdükdən sonra zooparka geri verməyi düşünürdü ancaq hadisələr düşündükləri kimi cərəyan etmir. Artıq süd əvəzinə ətlə bəslənən Kinq maşında özündən çıxır və ailə şiri evlərinə geri gətirməli olur.

Bakıda şir saxlayan Berberovlar ailəsinin hekayəsi - FOTOBütün SSRİ-də məşhur olan ailə sovet alimləri üçün araşdırma mövzusuna çevrilmişdi. Ailəyə heç bir təhlükə törətməyən şir hər kəslə mehriban davranırdı, gələn qonaqları yekə dili ilə yalayırdı. Hətta Nina Bərbərovanın dediyinə görə bəzi gecələr əri ilə onun yatağında belə yatırdı. Berberovların ailə dostu fotoqraf Vladimir Alekseyev deyir ki, Bərbərovların qonşuları şirlə qonşu olmaqdan heç də xoşhal deyildilər. Bakının mərkəzində yaşayan ailənin 2-ci mərtəbədəki mənzillərindən ətrafa pis qoxu yayılırmış. Bundan başqa, Kinq müxtəlif saatlarda heyvanların şahı olduğunu xatırlayaraq, dəhşətli nərə çəkirmiş. Qonşuluqda yaşayan ailələr isə bundan qorxuya düşürmüşlər. Bərbərovlar Kinqi səhər tezdən küçədə gəzdirir və çox vaxt evlərinə qayıdarkən binanın dəhlizində qonçuları ilə üzləşirdilər. 200 kiloqramlıq şirlə üz-üzə gələn qonşular daim həyacan və qorxu içində yaşayırdılar.

Bakıda şir saxlayan Berberovlar ailəsinin hekayəsi - FOTOKinq evdəki bütün heyvanlarla yola gedirdi. Kinq nəsə dəcəllik edəndə "Çap" hürə-hürə onun arxasınca düşürdü. Günahkar Kinq isə stolun altına girərək quyruğunu bulayırdı. Yatanda da bir yerdə yatırdılar. Əvvəlcə Kinq, arxasınca isə "Çap" onun iri pəncələrinin arasında uzanırdı. Yeməyi də bir qabdan yeyirdilər.

Ailə üzvlərinin maaşı yüksək olmadığı üçün evdəki heyvanları yemləməkdə çətinlik çəkirdilər. Xüsusilə Kinq üçün yemək çatdırmaq mümkün olmurdu. Berberovlar ailəsi insanlar yola getməyi bacaran şirlərinə kinolarda çəkilməyə icazə verməli oldular. "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" onun ən məşhur və sonuncu filmi idi".

Bakıda şir saxlayan Berberovlar ailəsinin hekayəsi - FOTO"İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" filminin çəkilişlərindən

Berberovlar film çəkilişləri əsnasında Kinqlə bərabər Leninqradda məktəb binasına yerləşdirlimişdi. Kinqin faciəsi də məhz elə burda yaşanır. Ailə assitenlik üçün vəzifələndirilən Markov şirin olduğu pəncərənin qabağında onu qıcıqlandıracaq hərəkətlər etməyə başlayır. Kinq qəfil pəncərəni sındıraraq Markovun üzərinə atılır və onu yerə yıxır. Səs küyə gələn milis hadisəni anlamadan şirə atəş açır. Şir həmən anda oğlandan aralanaraq sınmış pəncərəyə doğru geri çəkilib. Lakin görünür leytenant Qurov həvəsə gəlib və daraqdakı bütün güllələrini Kinqin üzərinə boşaldıb. Tələbə Valentin Markov isə yalınz yüngül sıyrıqlar almışdı. Ailənin qızı Yeva Bərbərova həmin anları belə xatırlayır:

"Atam pəncərədən tullandı və Kinqə sarı getdi. Kinq geniş açıq gözlərlə məktəbin divarında yaxın yerdə uzanmışdı. Nə baş verdiyini anlamayan atam onu qucaqlasa da Kinq nəfəs almırdı."

Kinqin itkisi ən çox evin iti "Çap"a təsir etmişdi. "Çap" evin içində durmadan onu axtarırdı. Həkim "Çap"ı yoxladı və infarkt vəziyyətinə düşdüyünü deyərək çox yaşamayacağını söylədi. Doğurdan da, növbəti gün o öldü".

Şirin ölümü bütün ailəyə ağır psixoloji zərbə vurur. Gecələr ailənin uşaqları Yeva və Roma yuxuda "Kika, Kika! Getmə, evə gəl!" deyə yuxuda çığırırdılar. Uşaqlarını xilas etmək üçün Bərbərovlar ailəyə ikinci şir balasını gətirirlər. İlk şirin xatirəsinə ona Kinq II adı verilir. 1975-ci ildə Bərbərovlar ailəsinin həyatından olan real faktlar əsasında rejissor Konstantin Bromberq və ssenarist Yuri Yakovlev "Mənim şirim var" filimin çəkir. Baş rolları Kinq II, ailənin övladları Roma və Yeva Bərbərova oynayırlar. Kinq II ən çox Romanı sevirdi.

Bakıda şir saxlayan Berberovlar ailəsinin hekayəsi - FOTO1978-ci ildə ailə başçısı Lev Lvoviç infarktdan vəfat etdikdən sonra ailə şiri saxlamaqda çətinlik çəkməyə başlayır. Nina Berberova həmin günləri belə xatırlayır: "Kinq II Lev Lvoviçi rəhbər hesab edirdi, lakin 1978-ci ildə ərim vəfat etdikdən sonra mən iki uşaq, şir və digər heyvanlarla dolu evdə təkbaşına qaldım. Kinq öz sahibini axtarırdı və ona məxsus əşyalar tapdıqda onlara iyləyir, üztünə baş qoyaraq yatırdı."

Berberovların şirlərlə olan hekayəsi II Kinqin Romanı öldürməsi ilə başa çatır. Nina Berberova həmin günü belə xatırlayır:

Həmin gün mənim üçün kabusa çevrildi. Səhər nəşriyyata yollandım. Evimizdə böyütdüyümüz bütün heyvanlardan bəhs edən kitab çapa hazırlanırdı. Sonra evə tələsdim ki, uşaqlar və heyvanlara yemək verim. Mənzilə daxil olanda tüstü iyi hiss elədim. Kinq özünü qəribə aparırdı və balkondakı tora doğru qaçdı. Lyalya adlı pumamız isə divanda uzanmışdı. Balkona yaxınlaşanda gördüm ki, alkoqolik qonşumuz plastmas yandıraraq şirin üstünə atır. Mən əsəbləşərək, "Siz nə edirsiz?Mən bu saat milis çağıracam" dedim. Bu vaxt oğlum Roma məktəbdən evə gəldi. Əvvəl ona yemək verdim, sonra isə Kinqə yaxınlaşdım. Əti doğrayıb qabda onun qabağına qoydum. Bu zaman o mebelin üzərinə çıxaraq, beli üstə ordan yerə düşdü. Sonra isə üstümə atıldı. Başımı dişlədi və arxası üstə yerə yıxdı".

Anasının səsinə qaçan 14 yaşlı Roma şirin boğazından tutub dartır. Lakin qan iyindən başını itirmiş Kinq II anasının gözləri önünüdə oğlunu parçalayıb öldürür. Evə gələn milislər şiri gülləyərək öldürür. Hadisənin təsiri ilə çölə qaçmağa çalışan pumada milis gülləsi ilə öldürülür. Bu faciə Ninanı intihara təşəbbüs etməsinə qədər aparır ancaq sonradan həyatına girən Kazım Abdullayevlə evlənməsi onu həyata bağlayır. "Kinq II-yə qarşı kin bəsləmirəm. Axı o heyvandı, insan deyil və nə etdiyin anlamayıb. Yeganə olaraq özümü bağışlaya bilmirəm ki, ilk övladım Romanı qoruya bilmədim."

Bakıda şir saxlayan Berberovlar ailəsinin hekayəsi - FOTOSonradan Nina Petrovna Bərbərovanın evində çoxlu pişik və heyvanlar olsa da, o daha şir saxlamır. Yalnız evin görməli güşəsində Kinq I və Kinq II-nin fotoşəkilləri asılıb. Onlardan birində Kinq II-ni bərk qucaqlamış Romanın da təsviri var. Bu, o zaman Bərbərovların yaşadığı ikiqat faciə idi – oğlanları və şir öldü. Halbuki, onlar bir-birini çox sevirdilər.
pahoo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5151   Tarix: 23 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660