Pul qazandıran bitkilər - FOTOLAR

Pul qazandıran bitkilər - FOTOLARMaliyyə uğuru və zənginlik istəyirsinizsə işdə və ofisdə zənginlik gətirən bitkilər becərin. Bir çox bitkilər var ki, onların insanlara uğur gətirdiklərini hesab edirlər. Belə bitkilər çoxdur, seçə bilərsiniz.

Dovşankələmi (lat. Crassula)

Yəqin ki bunun pul ağacı olduğunu bilirsiniz. Bu pul ağacı mütləq sizə maliyyə uğurları gətirəcək. Lakin bunun üçün ona yaxşıca qulluq etməlisiniz. Qısası bu elə də çətin deyil. Bu bitki sizə nəinki pul gətirəcək, həm də sizin stressinizin və fiziki yorğunluğunuzun da öhdəsindən gələcək. Eyni zamanda olduğunuz yerin havası da təmiz olacaq.

Küpəçiçəyi (Fuksiya)

Əgər sonsuz çətinliklər arasında qalmısınızsa bu bitki sizi oradan çıxaracaq. Küpəçiçəyi ruhunuzu qidalandırır və canlandırır. Bununla da sizi həyata qarşı daha həvəsli edir. Ətrafınızda bu bitki olduqda davamlı orijinal ideyalar yaradacaq və ən çətin tapşırıqları qeyri-standart üsullarla həll edəcəksiniz. Küpəçiçəyi – hər bir sahədə uğur simvolu olsa da, daha çox incəsənət sahəsində olanların köməyinə çatır. Bu bitki sahibini ruhən dəyişdirmək və inkişaf etdirmək imkanlarına malikdir. Onunla siz hər gün tamam başqa bir insan olacaqsınız.

Yapon aukubası

Daha bir uğur talismanı. Lakin bu hələ onun əsas keyfiyyəti deyil. Sirr deyil ki, hər bir insanın daxilində əsl xəzinə gizlənib – bu da çox zaman üzə çıxmayan istedaddır. Yapon aukubası bu istedadların üzə çıxarılmasına və insanda yeni maraqlı keyfiyyətlərin yaradılmasına kömək edir.

Bougainvillea

Bu bitki ümumilikdə maliyyə dahisi hesab olunur. Bu ən güclü pul simvoludur. Bougainvillea bütövlükdə maliyyə ilə, pulların enerjisi və gücü ilə bağlıdır. Bu çiçəklənən bitki uğurdan istifadə etməyi və uğur sükanını lazım olan istiqamətə çevirməyi bacaranlara kömək etməyi sevir. Bougainvillea sərfəli pul yatırımlarının edilməsinə, maliyyə əməliyyatları üçün ən yaxşı cəhətlərlə təmin etmək, müştərilərin artırılmasına kömək edir.

Lakin yadda saxlayın ki, bu bitki çalışqan və məsuliyyətli insanlara kömək edir. Əgər sizdə bu bitkidən varsa siz onu daha da güclü edə bilərsiniz. Bu bitkinin talismanları metal predmetlərdir və bitkinin yaxınlığında bürünc sikkələrdən hazırlanmış simvolik qılınc asmaq yolunuzun üstündəki rəqibləri aradan qaldıracaq.

Cənub-Şərqi Asiyada demək olar ki, hər bir bank və yaxud maliyyə təşkilatında mütləq bu bitkidən olur. Bu bitkilər burada maliyyə axınını aktivləşdirmək üçün qoyulur.

Bambuk

Ev şəraitində yetişdirilən bambuk çiçəklənmə simvolu kimi məşhurdur. O evə uğur və firavanlıq cəlb edir. Əsl zənginlik bəxş edən bambuk eyni zamanda böyük qayğı tələb etmir və ona qulluq etmək çox sadədir. Həmçinin bambuk sürətli tərəqqi, fəal başlanğıc, bütün sahələrdə inkişaf simvoludur.

Bambuk həmçinin uzun ömürlülük simvolu olduğu üçün onun sayəsində əldə edilən uğurlar da uzun ömürlü olacaq.

Nanə

Çox az insan bu adi bitkinin biznesə müsbət təsir etdiyini və pul cəlb etdiyini bilir. Orta əsrlərdə tacirlər müştəriləri cəlb etmək üçün öz mağazalarını, satış nöqtələrini nanə ilə əhatə edirdilər. İşlədiyiniz ofis də yanınıza dibçəkdə nanə qoyun və bununla da həm hava ətirli olacaq, həm də müştərilər cəlb olunacaq./atv.az/
Pul qazandıran bitkilər - FOTOLARPul qazandıran bitkilər - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3050   Tarix: 23 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi

Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir" beynəlxalq hava keyfiyyətinin monitorinqi xidmətindən məlumat verilib. Məlumata görə, Çianqmayda havadakı PM2.5 mikrotozunun səviyyəsi Ümumdünya Səhiyy

17.03.2024 314
.

Dünya əhalisinin üçdə biri zəhərli su içir - TƏDQİQAT

Böyük Britaniyanın Şeffild Universitetinin alimləri müəyyən ediblər ki, dünyada milyonlarla insan tərkibində yüksək miqdarda arsen maddəsi olan su içir. Tədqiqat "Science of The Total Environment" elmi jurnalında dərc olunub. Təhlillərə görə, dünyanın bir çox ölkəsi hələ də Ümumdünya Səhiyy

23.03.2024 320
.

Tarixdə bir ilk: Sadəcə, düşüncənin köməyi ilə sosial şəbəkədə paylaşım etdi

Beyninə çip implantasiya edilən Nolan Arbo düşüncələrdən istifadə edərək "X" sosial şəbəkəsində ilk paylaşımını edib. Bu barədə "Neuralink" neyrotexnoloji şirkətinin rəhbəri, amerikalı milyarder İlon Mask özünün sosial şəbəkə hesabından məlumat verib. "Telepathy" (şirkət

23.03.2024 327
.

Qadınların uzunömürlü olmasını təmin edəcək 7 qayda

Sağlamlığın və uzunömürlülüyün qorunub saxlanması təkcə düzgün qidalanma və mütəmadi tibbi müayinələr deyil, həm də bir sıra digər mühüm addımların atılmasını tələb edir. Həkimlər həmişə məsləhət görürlər ki, sabah əla formada ola biləsiniz deyə, özünüzə bu gün baxmağa başlayın. xarici KİV-ə istinadə

24.03.2024 329
.

İçərisində insan qalıqları olan çanta tapıldı

Martın 7-də axşam Rusiyanın Leninqrad vilayətində içərisində insan qalıqları olan çanta tapılıb. yerli mediaya istinadla bildirir ki, hadisə Vıborq rayonunun Simaqino kəndində hərbi məzarlığın yanında baş verib. Şübhəli çanta tapdıqdan sonra bir nəfər polisə müraciət edib. Baxış zamanı hüquq-mühafiz

10.03.2024 522
.

Alimlər Yerin dərinliklərində nə qədər su olduğunu müəyyən ediblər

Kanada alimləri yer qabığında su ehtiyatlarının mövcud olduğunu müəyyən ediblər. Hesablamalara görə, planetimizin dərinliklərində 43,9 milyon kub kilometr su var. Bu, Yer kürəsinin bütün buzlaqlarında olduğundan daha böyük su ehtiyatıdır. Tədqiqat "Geophysical Research Letters" (GRL) elmi jurnalınd

10.03.2024 493
.

Novruz süfrəsi bir ailəyə minimum neçə manata başa gələcək? - ARAŞDIRMA

Novruz bolluq, bərəkət rəmzi sayılır. Bu səbəbdən süfrəmizə hər cür naz-neməti düzməyə çalışırıq. Lakin bu gün bazardakı qiymətlər süfrələrin də nizamına təsir edir. Süfrəsini bolluca nemətlərlə bəzəyib bayramı ürəyi istədiyi kimi keçirmək hər ailəyə nəsib olmur. Maraqlıdır, Novruz süfrəsi bu il bi

17.03.2024 424
.

96 il əvvəlki avtomobil modeli yenidən istehsal olundu

"Bentley" tarixindəki ən uğurlu yarış avtomobili olan "Speed Six"i yenidən təqdim edib. xarici mediaya istinadla bildirir ki, "Speed Six" 1928-ci ildə yaradılıb, lakin istehsal xəttindən yalnız 1930-cu ildə çıxıb. "Bentley" məhdud sayda 12 yarış avtomobili buraxacaq

23.03.2024 374
.

"Bitcoin" alaq, yoxsa qızıl? - ARAŞDIRMA

Həm qızılın, həm də "Bitcoin"in qiymətində artım müşahidə edilir. Bu artım bəzi psixoloji baryerləri belə adlayıb. Ekspertlər düşünürlər ki, hər iki bazar dəyişkən olduğu üçün istənilən an qiymət dəyişiklikləri yaşana bilər. Son zamanlar dünya bazarında "Bitcoin"in qiyməti 70 mi

17.03.2024 438