Miqreniniz varsa - Bu təbii vasitələr kömək edəcək

Miqreniniz varsa - Bu təbii vasitələr kömək edəcəkMiqren (başın bir hissəsinin ağrıması) zamanı adamlar özlərini əzgin, yorğun, daxili narahatlıq hiss edirlər. Ağrı bir müddət davam edir, sonra çəkilir. Bunun səbəbləri müxtəlifdir: qaraciyərin funksiyasının pozulması, dişlərin xarab olması, həddən çox işləmək, çox yağlı xörəklər yemək. Bu cür xəstələr qida rejimini tənzimləməlidirlər. Evdə bitkilərdən hazırladığınız dəmləmələrlə miqren ağrılarını yox edə bilərsiniz. Miqren ağrılarını yox etmək üçün aşağıda yazılmış üsuldan istifadə edə bilərsiniz. Bəzən miqren ağrısı yatarkən başaltıların hündür olmasından da yaranır. Bu halda onurğa sütünun boyun hissəsi burxulmuş olur. Və beləliklə də əzələlər sıxıldıqca miqren, diş, göz, qulaq problemləri ortaya çıxır.

- 1 stəkan suya 4-12 qr pişikotu tökün, 10 dəqiqə gözlədin və gündə 3 stəkan içə bilərsiniz. Yeməkdən əvvəl için.
- Dəfnə toxumu toz halına gətirilir. Gündə 5 qr balla məcun halda yeyilir.
- 1 stəkan qaynar suya, 2-3 qr kəklik otu qoyun. Hər gün 3 stakan soyuq halda içmək yaxşı təsir göstərə bilir.
- 1 stəkan suya 2-4 qr razyana əlavə edin. 10 dəqiqə gözləyin və için.
- Miqren hissələrinə çobanyastığı yağı ilə masaj etmək də yaxşı təsir edir.
- İki stəkan qaynar suyun içinə: bir çay qaşığı əzilmiş dəfnə toxumu, reyhan və limon toxumu ataraq 15 dəqiqə dəmləyin. Bu qarışıqdan gündə 2-3 stəkan ilıq halda içmək lazımdır.

Şəkər xəstəliyi olmayan insanlar bitki çayına bir qaşıq bal əlavə edə bilər.

- Alma şirəsi içmək.(mədəsində problem edənə məsləhət deyil)
- Boyun, çiyin nahiyələrini massaj etmək,
- Pərpərən yarpaqlarını təpitmə kimi ağrıyan yerə qoymaq
- Ayaqları ilıq suya salmaq
- Kasnı toxumu dəmləyib içmək
- 25-30qr paxla çiçəyini 1 lirt suda dəmləyib içmək
- 1 çay qaşığı mərzə 1 fincan qaynanmış suda dəmləyib içmək
- 5-10 qr reyhan 1 fincan qaynar suda dəmlənilib balla qarışdırılıb yeməkdən sonra içmək
- Zəncəfil şirəsi gül ya küncüt yağı ilə qarışdırıb ağrıyan yerlərə sürtmək
- Lavanda şirəsi su ya bal şərbəti ilə içmək
- Hil, mixək, darçın, zəncəfil hərəsindən 2 qr. götürülür, 1litr qaynar suda dəmlənilir soyuyanda 1kq ball qarışdırılırş soyuducuda saxlanılır hər gün 1-2 x.q yeməkdən öncə qəbul edilir.
- Qan təmizləyici salat: çuğundur, kök, kələm. Hərəsindən 50qr götürülür, yuyulur doğranılır üzərinə 0.5x.q günəbaxan yağı və 1.5 x.q ball əlavə edilir yeyilir.
- Damarların təmizlənməsi üçün 1 limon qabıqlı sürtkəcdən keçirilir, 1baş sarımsaq əzilib ona qarışdırılır, üstünə 60ml
qaynanmış soyudulmuş su tökülür. 2-4 gün otaq tempraturunda saxlanılır. Süzülür və hər gün 50ml ac qarnına bütün payız, qış, yaz aylarında içilir. 5-10 dəqiqə uzanılır. Mədə-bağırsaq problemi olanlara bu sarımsaq məcunu qətiyyən olmaz.
Bunları davamlı olaraq bir ay içmək lazımdır ki, istənilən nəticəni almaq mümkün olsun.

Həmçinin yapon alimi Kadsudzo Nişinin bu idman hərəkətləri miqren baş ağrısı üçün çox effektlidir.

1. Fəqərə sütununu düzəldib şux görkəm alın. Heç yana əyilməyin.
2. Başı 10 dəfə sağa, 10 dəfə sola əyib duzəldin.
3. Başı 10 dəfə qabağa, 10 dəfə arxaya əyib duzəldin.
4. Başı 10 dəfə sağa-geri, 10 dəfə sola-geri çevirin.
5. Başı 10 dəfə sağa əyib, qulağı çiyinə toxundurmağa calışın. Boynunuzu mümkün qədər çox uzadaraq, başı geriyə fırladın, fəqərə sütununa çatdırmağa calışın. Bunu edərkən yoxlayın: başınız son həddə qədər əyilibmi? Eyni hərəkəti 10 dəfə sola edin.
6. Qollar çiyin bərabərində acılır. Əlləri başın üzərində dik qaldırın. Dirsəkləri çiyin önündə bükün, yumruqları düyünləyin, başınızı son həddədək geri atın, cənəni tavana tuşlayın. Bunu edərkən 7-yə qədər sayın və dirsəklərinizi kürəyə tərəf dartın. Sanki onları bir-birinə yapışdırmaq istəyirsiniz: 10 dəfə.

Bu idman hərəkətlərinin hər səhər duran kimi edilməsi məsləhətdir./atv.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2565   Tarix: 12 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. BİG.AZ -a istinadən bildirir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərin

16.03.2024 721
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

07.04.2024 499
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 461
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14.04.2024 353
.

Səhər qəhvə içmək zərərlidir - SƏBƏB

Mütəxəssislər qəhvə içmək üçün ən yaxşı vaxtın yuxudan oyandıqdan bir neçə saat sonra olduğunu iddia edirlər. xarici mətbuata istinadən xəbər verir ki, acqarına çox erkən qəhvə içmək kortizol səviyyəsini artıra və həmçinin həzm problemlərinə səbəb ola bilər. Həddindən artıq kortizol səviyyəsinin depressiyay

26.02.2024 1007
.

Koronavirus epidemioloqları təhlükəli xəstəliyi tamamilə MƏHV ETDİLƏR

Koronavirus epidemioloqları arasında ciddi narahatlıq yaradan təhlükəli xəstəlik tamamilə məhv edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, söhbət qripin "B" ştamının "Yamagato" nəslindən gedir. 2020-ci ilə qədər bu virus kifayət qədər aktiv olub. Laki

17.03.2024 641
.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31.03.2024 392
.

Zərərsiz hesab etdiyimiz vərdişlər mədə xərçəngi yaradırmış

Həddindən artıq çox yemək və ya ayaqüstü istehlak vərdişi mədə xərçənginə səbəb olan zərərsiz faktorlardandır. Bu barədə rusiyalı onkoloq və cərrah Beslan Balkarov xəbərdarlıq edib. Mütəxəssisin sözlərinə görə, mədədə xərçəng hüceyrələrinin digər potensial səbəbi "Helicobacter pylori" bakteriyasıdır

20.01.2024 1205
.

Bu məhsullar 40 yaşdan sonra qocalma prosesini SÜRƏTLƏNDİRİR

Özünüzə qulluq etmək və düzgün yemək xüsusilə 40 yaşdan sonra, qocalma əlamətləri görünməyə başlayanda daha vacib olur. xarici KİV-ə istinadən xəbər verir ki, həkim Ulyana Verner qocalma prosesinin genetik xüsusiyyətlərinə baxmayaraq, qidalanmanın gəncliyin və enerjinin qorunmasına təsirini açıqlayıb

26.12.2023 1440