Almaniyanı fəth edən azərbaycanlı - 7 oyuna 8 qol

Almaniyanı fəth edən azərbaycanlı - 7 oyuna 8 qolAzərbaycan əsilli gənc futbolçu Renat Dadaşovun möhtəşəm oyunu Almaniyada böyük əks-səda doğurub. Son günlər onunla bağlı Almaniya KİV-lərində maraqlı məlumatlar dərc edilir.

BiG.AZ azvision.az-a istinadən xəbər verir ki, həmyerlimiz 17 yaşlılar üzrə Almaniya millisinin heyətində meydana çıxdığı yeddi oyunda 8 dəfə fərqlənə bilib.

"Leipzig" komandasının futbolçusu olan həmyerlimiz millinin heyətində sonuncu qolunu Avropa Çempionatının elit turu çərçivəsində Slovakiya millisinə vurub. Oyunda almanlar rəqiblərinə 5:1 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, 2013-2014-cü illərdə Renat U-16 üzrə Azərbaycan millisinin heyətində oynayıb. Təxminən elə həmin vaxt onun böyük qardaşı Rüfət Dadaşov da Berti Foqtsun dəvəti əsasında Azərbaycan millisinin heyətinə cəlb olunub.

O, hətta Azərbaycan millisinin heyətində dörd dəfə fərqlənə də bilib.

Lakin Foqtsun gedişindən sonra Rüfəti Azərbaycan millisinə dəvət etmədilər, onun balaca qardaşı isə Almaniya millisindən dəvət aldıqdan sonra Azərbaycan millisinin heyətində çıxış etməkdən imtina etdi.

Renatın valideynləri hələ o doğulmamışdan öncə Almaniyaya köçüblər. Renat Rudeshaymda anadan olub, Frankfurtun "Ayntraxt" klubunun gənclərdən ibarət yığmasında çıxış edib. Lakin Renatın bir çox qohumları Azərbaycanda yaşayırlar. Onlar Renatın bu ilin may ayında Bakıda keçiriləcək U-17 üzrə Avropa Çempionatında çıxış edəcəyini gözləyirlər. Almaniya millisi hazırda bu çempionata qatılmaq üçün mübarizə aparır.

"Nənəm və babam Almaniya millisinin şərfini alıb, mənə dəstək olurlar. Azərbaycandakı Avropa çempionatında oynamaq mənim böyük arzumdur. İdman mənim qanımdadır. Anam həndbol, atam isə su polosu ilə məşğul olub. Valideynlərim mənim üçün əsasdır. Hər həftə sonu onlar 400 kilometr qət edərək mənim oyunuma baxmağa gəlirlər", - deyə Renat Almaniya KİV-nə müsahibəsi zamanı bildirib.

Renatın kumiri Kriştianu Ronaldudur: "Mənim hələ o səviyyəyə çatmağıma çox var, hələlik hədəfim Bakıdakı çempionatda oynamaq və Almaniya millisinin heyətində titul qazanmaqdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1902   Tarix: 30 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

17:46 100
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

15:39 248
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 766
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

18:07 11
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

14:42 393
.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 777
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

16:06 234
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

11:34 193
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 669