Ölüləri diriltmək mümkün olacaq

Ölüləri diriltmək mümkün olacaqBir qrup elm adamının son illər həyata keçirdiyi bəzi təcrübələr bunun mümkün olduğunu üzə çıxarıb.

Mütəxəssislər xəstənin qanını boşaldıb yerinə buzlu soyuq su inyeksiya etməklə insanları ölümün pəncəsindən alaraq həyata qaytaracaq bir üsul üzərində çalışırlar.

BiG.AZ-ın məlumatına görə, Arizona Universitetinin professoru Peter Rhee belə bir tədqiqat üzərində çalışdıqlarını deyib: "Bədən tempraturunun 10 dərəcəyə düşdüyü, beyin funksiyaları dayanmış, qanın axıdıldığını və ürəyin dayandığını görən kimsə xəstənin artıq öldüyünü düşünə bilər. Amma mütəxəssislər hesab edir ki, bu vəziyyətdəki adamı yenidən həyata qaytarmaq mümkündür".

Maryland Universitetindən olan Samuel Tisherman ilə birlikdə çalışan Peter Rhee "Gec canlandırma" adı verdikləri tədqiqat zamanı bədənin bu vəziyyətdə qalmasının mümkün olduğunu vurğulayıb. Bu günə qədər yalnız heyvanlar üzərində sınanmış olan bu təcrübə bədəndən qanın boşaldılmasını və bədən istiliyinin 20 dərəcəyə qədər aşağı salınmasını tələb edir.

Canlının təkrar həyata qaytarılması bu cür həyata keçirilir: bədəndəki duzlu maye sovrulur, onun əvvəlcədən depolanmış qanı təkrar özünə qaytarılır və bədən tempraturu yüksəlməyə başlayır. Rhee prosesi belə təsvir edir: "Qan bədənə yayıldıqca vicudun rəngi çəhrayiləşir, bədən istiliyi müəyyən bir dərəcəyə çatanda ürək özbaşına işləməyə başlayır. Çox maraqlı bir şəkildə: 30 dərəcədə ürək birdən-birə tək-tək atmağa başlayır; istilik yüksəldikcə ürək atışı da tədricən artır". Professorun sözlərinə görə, bu əməliyyatdan keçən heyvanlar oyandıqdan sonra heç bir əks təsiri olmadan ertəsi gün normal vəziyyətlərinə qayıdırlar.

Bir müddət əvvəl Samuel Tisherman bu texnikanın Pensilvaniyada güllə yarası almış insanlar üzərində tətbiq edəcəyini açıqlaması bütün dünyada əks-səda yaratmışdı. Professor izah etməyə çalışmışdı ki, zədə nəticəsində ürək atışları dayanan bu xəstələr üçün bu metod onların əslində son şanslarıdır.

Tisherman ictimaiyyətin bu texnikanı elmi fantastika olaraq qəbul etməsini istəmir. Ancaq Rhee bu işin belə bir təcrübənin başlanğıcı ola biləcəyi fikirindədir.

Naməlum XƏTT

Tisherman artıq ölum halının subyektiv olduğunu qeyd etməklə bərabər həkimlərin ürək masajından ümid kəsdikləri an onların bu təzə tədqiqatının işə düşəcəyini bildirir. "Resuscitation" jurnalda dərc olunan bir məqalədə ürək masajından bəhs edilir və bildirirlir ki, xəstəxanaların təcili xidmətlərində çalışan həkimlər arasında aparılan bir anketdə tibb işçilərinin 50 faizi "Lazarus faktı" adlandırılan və artıq ümid kəsilən bəzi xəstələrdə ürəyin öz-özünə yenidən işə başlamasının şahid olublar.

Ürəyi yenidən işlətmək işin yalnız başlanğıc hissəsidir; ürək dayanmasının ardından oksigen çatışmazlığı başda beyin olmaqla bərabər həyati orqanlarda ciddi ziyana yol aça bilir. Tisherman oksigensiz keçən hər dəqiqədə bu orqanların yavaş yavaş ölməyə başladığını bildirir.

Tishermanın müəllimi və 1960-cı illərdə ürək masajı texnikasını inkişaf etdirməklə ölüm hallarının sayının dəyişilməsinə gətirib çıxaran elm adamı Peter Safar bu problemin də həll yolunu göstərib: Buz parçalarıyla bədən istiliyini 33 dərəcəyə qədər aşağı salmaqla hüceyrələrin fəaliyyətini yavaşlatmaq və bununla da oksigen təminatını azaltmaq və bununla da oksigen çatışmazlığının verəcəyi ziyan minimuma enmiş olur.

Bu üsulun tətbiqi ürək dayanması və beyin ölümü hadisələri baxımından yeni bir fürsət yaratmış oldu.

Bir müddət əvvəl Texasdakı xəstəxanalardan birində 40 yaşlı xəstənin üzərində tam üç saat yarım davam edən ürək masajından sonra xəstənin ürək funksiyası bərpa olunmuşdu. Həkimləri heyrətləndirən ürək masajı əsnasında xəstənin şüurunun geri gəlməsi və danışmağa başlaması olmuşdu. Buna şahid olan həkimlər daha əvvəl belə bir hadisəylə qarşılaşmadıqlarını ifadə etmişdilər.

ZAMAN QAZANMAQ

Ürək dayanmasına zədə nəticəsində yaralanma (güllə yarası ya da avtomobil qəzası) halı səbəb olursa, həkimlərin xəstəni həyata qaytarma şansları xeyli azalmış olur. Cərrahiyyə əməliyyatları zamanı ən yaxşı yol qol və qıçlara gedən arteriyaları tıxayıb, sinəni açıb ürək masajı etmək və yaralar tikilənə qədər beynə bir azca da olsa, qan axınını təmin etmək. Bu vəziyyətdə də həyatda qalma nisbəti yenə cəmi 10 faizdir.

Tisherman belə bir şəraitdə bədən tempraturunu 10-15 dərəcəyə qədər salaraq həkimlərə əməliyyat üçün bir neçə saat daha qazandırmaq istəyir. Əslində, belə praktika – bədən soyutma əməliyyatı bu gün də bəzi ürək əməliyyatlarında tətbiq olunur.

Tishermanın layihəsində isə bu əməliyyat ilk dəfə xəstəxanaya "ölü" olaraq gətirilən kəslərə tətbiq edilərək onların yenidən həyata dönüşünü təmin etmiş olacaq. Ölüm səbəbiylə maddələr mübadiləsi dayanmış olduğundan və hüceyrələri canlı tutmaq üçün bədəndəki qan boşaldılır və bədənin sürətli bir şəkildə soyuması üçün yerinə duzlu soyuq su dolduruluyor. Bu bədənin soyuması üçün ən sürətli yol olaraq bildirilir.

Tisherman, Rhee və başqa elm insanları 20 illik bir iş nəticəsində bu tətbiqin etibarlı və təsirli olduğunu qənaətinə gəliblər. Təcrübələrin çoxunda ölümcül yara almış donuzlardan istifadə edilib. Heyvanların bədənləri lazım olduğu qədər – bədən istiliyi 2 dərəcəyə qədər salmaq mümkün olub. Tədqiqatda iştirak edən canlıların 90 faizi bir saatlıq əməliyyatdan sonra bədənlərinə qan qaytarılmaqla və tempratur artırılmaqla yenidən diriliblər. Bu heyvanlar üzərində edilən testlər beyin fəaliyyətlərində də hər hansı bir ziyan daşımadığını və yaddaş itkisi ortaya çıxmadığını göstərib.

İNSAN üzərində sınaqlar

Əlbəttə ki, bu tədqiqatın insanlar üzərində sınanması üçün icazə almaq elə də asan deyil. Amma bu il Tishermana Pennsylvania ştatındakı Pittsburgh şəhərində silahla yaralanmış xəstələr üzərində pilot sınaq etməsi üçün icazə verilib. Baltimore və Tuscon’da da sınaq hazırlıqlarına hazırlaşır.

Bütün tibbi araşdırmalarda olduğu kimi bunda da heyvanlar üzərindəki təcrübələrdən insana keçid bəzi çətinliklərlə ehtiva edilir. Məsələn, heyvanlara əməliyyat sonrası öz qanları verilib, amma insanlara qan köçürülərkən qan banklarındakı donor qanların nəqli düşünülür. Ayrıca heyvanlar anestezi altında yaralanarkən, qızdırmalı və silahla yaralanmış insanlar normal haldaykən bu yaranı almış olacağı üçün bədənin bu zədəyə verəcəyi reaksiya fərqli ola bilər. Lakin Tisherman optimist baxır. "Donuzlar və itlər qanama halında insana bənzər reaksiya verir" – deyir.

Digər həkimlər isə prosesləri maraqla izləyirlər. Bəzi hkimlər bu qənaətdədir ki, beyni qorumaq üçün bədən tempraturunun aşağı salınmasının lazım olduğunu çox adam bilir, amma bu praktikanın tətbiq edilməsi əksər tibb işçilərini qorxudur.

Əgər təcrübələr uğurla nəticələnərsə, Tisherman bu əməliyyatları fərqli zədələrdə də istifadə etmək istəyir. İlk sınaqda güllə yarası olan xəstələr üzərində aparılmasına səbəb qan itkisi qaynağının asan olmasıdır. Ancaq yaxın gələcəkdə bu əməliyyatın avtomobil qəzaları zamanı yaralanmalarda görülən daxili qanaxmalarda, ürək böhranı və daha başqa xəstəliklərdə də tətbiq olunması ümid edilir./ann.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5480   Tarix: 21 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817