Günəş yanıqları zamanı ilk yardım

Günəş yanıqları zamanı ilk yardımGünəş şuaları güclü təsiredici dərmandır. Müvafiq olaraq günəş şuasının təsirinə də dərman kimi yanaşmaq lazımdır. Amma bunun da istifadəsi üçün öz göstərişləri və əks-göstərişləri, dozası və artıq dozadan əlverişsiz effektləri var.

Günəş yanığı – təbii (günəş) yaxud süni ultrabənövşəyi şualanmaya qarşı dərinin kəskin iltihabıdır.

Səbəblər
- Qorunmayan dəriyə uzunmüddətli günəşşualarının təsiri

Günəş yanığının simptomları
- dərinin qızarması və şişkinliyi
- xəstəlik
- köpəşmək ( bir neçə saata vəya günə əmələ gələ bilər)
- dərinin qabığının soyulması və qotur
- bədən hərarətinin yüksəlməsi, titrəmə, ürək bulanma, zəiflik, baş ağrısı, huşun itirilməsi
- şok (ağır yanıqlar zamanı)

İlk yardım

Həkim yardımından qabaq bunlar sizə zəruridir:
- sərin su ilə vanna qəbul etmək və nəm kompres
- təzə aloe yarpaqlarından şirə ( yaxud sərinləşdirici qel), yaxud da 1% hidrokortizonlu krem
- asetilsalisilik turşusu yaxud ibuprofen
- qida sodası, kartof yaxud qarğıdalı kraxmalı
- parasetamol
- antibiotikli maz

Addım 1: Kölgəliyə və ya otağa gedin
Addım 2: Bədənizi soyuq duşla sərinlədin (vannada) yaxud yanmış yerlərə (15-20 dəqiqəlik) razyana cövhərindən və ya möhkəm dəmlənmiş çaydan soyuq compres qoyun. Əgər əl altında heç nə yoxdursa, onda yanmış dərinin üstünə soyuq suda isladılan dəsmal qoyun. Əgər vanna seçmisinizsə, ona yarım bardaq qida sodası, kartof yaxud qarğıdalı kraxmalı əlavə edin ( prosedurun davamlığı 10 dəqiqə). Bu prosedurları zərurətə görə gün ərzində bir neçə dəfə təkrarlayın. Balaca uşaqlar üçün su biraz ilığ olmalıdır, çünki soyuq suda onlara soyuq dəyə bilər.
Addım 3: Yanlış dərini təzə aloe yarpaqlarından sıxılmış şirə ilə sürtün. Belə şirədə ağrını və dərinin iltihabını azaldan aktiv komponentlər mövcuddur. Yaxud da sərinləşdirici gel sürtün və zərurət olarsa, 1% hidrokortizonlu kremdən istifadə edin.
Addım 4: Əgər günəş yanığını böyük adam alıbsa, ona agrıkəsici vasitə kimi asetilsalisilik turşusu, parasetamol, yaxud da ibuprofen vermək olar.
Heç vaxt 15 yaşına qədər olan uşaqlara asetilsalisilik turşusu verməyin, onlara yaşlarına uyğun dozada parasetamol, yaxud da ibuprofen verin.
Addım 5: Əgər dəridə şişkinlik əmələ gəlibsə, onlara əl dəyməyin, əgər onlar açılıbsa, yanmış yerin üst hissəsinə antibiotikli maz sürtün.
Addım 6: Mümkün qədər çox maye için – təbii sıxılmış şirə, mineral su. Yanmış dəri vasitəsilə bədənin nəmliyi aktiv olaraq buxarlanır və onun itkisini bərpa etmək lazımdır.

Nəyi etmək olmaz?
- Günəş yanğını zamanı heç vaxt vazelin, benzokain, lidokkan tərkibli mazlardan, günəş vannalarına qarşı mazlardan istifadə etməyin, çünki onlar günəş yanğınının simptomatikasını çətinləşdirir və sağalmanı yavaşladır.
- Yanmış dərini sərt və skrablı sabunlarla yumayın, çünki bunlar dərini müxtəlif infeksiyalar qarşısında qorunmaz edirlər.

Həkimə nə vaxt müraciət etməli?
- günəş yanğını bədənin böyük hissəsini əhatə edəndə
- zəiflik və yorğunluq hiss edəndə
- hərarət və ya titrəmə olduqda
- ürək bulanma yaxud qusma olduqda
- susuzlaşdırma əlamətləri olduqda ( həddindən artıq susuzluq, baş ağrısı, ağzın quruması)
- baş gicəllənmə, yaxud özündən getmə olduqda

Günəş yanıqlarının profilaktikası
- Günəşdənqorunma vasitələrindən istifadə etdiyiniz halda belə gönorta yay günəşindən 11. 00–dan 16.00–a kimi çəkinin.
- Çalışın tünd günəş eynəkləri, papaqdan, uzun qollu futbolka və köynəklər. açığ rəngdə və yumşaq materialdan olan uzun şalvarlardan istifadə edin.
- Çimərliyə, yaxud gəzintiyə çıxmamışdan 30 dəqiqə öncə dərinin açıq hissələrinə günəşdənqorunma faktorunun (sun protection factor - SPF) müəyyən nömrəli (30-dan aşağı olmamaqla) kremini sürtün. Əsas diqqəti burun, çənə, yanaqlar, qulaq və çiyinlərə ayırın. SPF – nin göstəricisi nə qədər yüksəkdirsə, bir o qədər də qorunma yüksəkdir. Günəşdə iki saat qaldıqdan sonra təkrarən günəşdənqorunma kremini sürtmək lazımdır.
- Günəşdənqorunma faktorlu gigiyenik pamadadan istifadə edin.

Kimlərə və nə vaxt günəş vannası almaq təmamilə yasaqdır?
- 1 yaşlı uşaqlara
- İstənilən xəstəliyin kəskin dönəmində
- Qanaxmalar zamanı
- Halsızlıq zamanı
- Xoş və bəd xassəli şişləri olanlara
- Vərəmin proqressiv formalarında
- Açıq-aydın ateroskleroz zamanı
- Stenokardiya
- Qan xəstəliyi olanlara
- Malyariya xəstəliyinə tutulanlara
- Günəş şualarına həssas olanlara

Mənbə: Deyerler AiN


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 9166   Tarix: 16 iyul 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181