Avropada Çempionlar Liqası həyəcanı

Avropada Çempionlar Liqası həyəcanıBu axşam Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 11 görüşü keçiriləcək. Qol.Az-ın məlumatına görə, dünən isə 6 oyun baş tutub.

Bu görüşlərdən sonra Çexiyanın "Viktoriya", Litvanın "Ekranas" və Bolqarıstanın "Liteks" klubları səfər qələbələri sayəsində növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib. "Viktoriya" İrəvanda Ermənistan çempionu "Pünik"i darmadağın edib. "Ekranas" Maltada "Valletta"nı üstələyib.

"Liteks" isə Çernoqoriyada "Moqren"ə Svetoslav Todorovun 3 dəqiqə ərzində etdiyi dubl sayəsində qalib gəlib. Qalan 3 görüşdə meydan sahibləri üstün olub. "Maribor" Sloveniyada Lüksemburq "Düdelanj"ının, "Slovan" isə Slovakiyada Qazaxıstan "Tobol"unun qapısından 2 cavabsız top keçirib.

Bu axşam isə təsmilçimiz "Neftçi" ilə yanaşı daha 20 komanda qüvvəsini sınayacaq. Bu mərhələdə Maltanın "Valleta" və Lüksemburqun "Dudelang" klublarından başqa digər komandalar ilk görüşlərinə çıxacaqlar. Bu komandalar arasında cavabgörüşü isə iyulun 19-20-də keçiriləcək.

Qeyd edək ki, ÇL-in növbəti mərhələyə adlayacaq komandaların III təsnifat mərhələsindəki rəqiblərinə isə iyulun 15-də keçirələcək püşkatmadan sonra aydınlıq gələcək.

13 iyul

Çempionlar Liqasının ikinci təsnifat mərhələsi

21:00. "Zestafoni" (Gürcüstan) - "Daçiya" (Moldova)

22:00. "Malmö" (İsveç) - "Torshavn" (Farer adaları)

22:00. "Makkabi" (Hayfa, İsrail) - "Borats" (Bosniya və Herseqovina)

22:30. "Banqor Siti" (Uels) - HİK (Finlandiya)

23:00. "Skenderbü" (Albaniya) - APOEL (Kipr)

23:30. "Şturm" (Avstriya) - "Videoton" (Macarıstan)

23:30. "Skonto" (Latviya) - "Visla" (Polşa)

23:45. "Partizan" (Serbiya) - "Skendiya" (Makedoniya)

23:45. "Rusenborq" (Norveç) - "Braydablik" (İslandiya)

23:45. "Linfild" (Şimali İrlandiya) - BATE (Belarus)

12 iyul

20:00. "Pünik" (Ermənistan) - "Viktoriya" (Çexiya) - 0:4
Qollar: Marek Bakoş, 7 (0:1), 40-pen. (0:3), Pavel Horvat, 28-pen. (0:2), Daniel Koler, 72 (0:4)

22:30. "Valletta" (Malta) - "Ekranas" (Litva) - 2:3
Qollar: Uçenna Umeh, 15 (0:1), Daynius Qleveçkas, 22 (0:2), Raymunas Radaviçyus, 41-pen. (0:3), Mixael Mifsud, 43 (1:3), Vilyam Barboza da Silva, 90-pen. (2:3)

23:00. "Maribor" (Sloveniya) - "Düdelanj" (Lüksemburq) - 2:0 Qollar: Soares Arquş, 36 (1:0), Agim İbrahimi, 45 (2:0)

23:00. "Moqren" (Çernoqoriya) - "Liteks" (Bolqarıstan) - 1:2 Qollar: Miodraq Zeç, 14 (1:0), Svetoslav Todorov, 77 (1:1); 79 (1:2)

23:15. "Slovan" (Slovakiya) - "Tobol" (Qazaxıstan) - 2:0
Qollar: Filip Sebo, 41 (1:0). Karim Quede, 81 (2:0)
Qırmızı vərəqə: Yuray Halenar, 67 ("Slovan")

00:00. "Şemrok Rovers" (İrlandiya) - "Flora" (Estoniya) - 1:0
Qol: Kris Törner, 34 (1:0)

Qeyd edək ki, "Dinamo" – "Neftçi" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-dan etibarən Space TV ilə canlı yayımlanacaq. Avropo Liqasında mübarizə aparan "Xəzər Lənkəran" və "Qarabağ" da ilk oyunlarını səfərdə keçirəcəklər. "Xəzər Lənkəran" sabah İsrailin paytaxtı Təl-Əviv şəhərində Bakı vaxtı ilə saat 22:30-dan etibarən "Dinamo" ilə mübarizə aparacaq. Bu qarşılaşma ANS TV ilə canlı yayımlanacaq.

"Qarabağ" isə Farer adalarında "Streymur" klubu ilə oyunda Bakıya sərfəli nəticə ilə dönməyə çalışacaq. "Streymur" – "Qarabağ" matçı iyulun 14-də Bakı vaxtı ilə saat 23:00-dan başlayacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2266   Tarix: 13 iyul 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO

Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd

27.08.2021 1005
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746