"Sevgililər Günü dayandırılmalıdır..."- qeyri-adi açıqlama

"Sevgililər Günü dayandırılmalıdır..."- qeyri-adi açıqlamaAzərbaycanda "Valentin günü"nün keçirilməsi dayandırılmalı və onun keçirilməsinin qarşısını almaq üçün geniş şəkildə təbliğat aparılmalıdır.

BiG.AZ-ın məlumatına görə, bunu Trend-ə Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru, Aktual Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri, sosiologiya elmləri doktoru, dosent Əbülfəz Süleymanlı deyib.

Onun sözlərinə görə, bu məsələdə KİV-lər, internet saytları xüsusi fəallıq göstərməlidirlər.

Mütəxəssis əlavə edib ki, ölkədə "Valentin günü"nün kütləviləşməsində KİV-lərin, o cümlədən internet saytlarının xüsusi rolu var. Onlar bunu geniş şəkildə təbliğ etdikləri üçün həmin gün istər-istəməz kütləviləşir və insanların ona marağı artır.

Bu günün son illərdə Azərbaycan cəmiyyətində də geniş qeyd edilməsindən təəssüflənən sosioloqun fikrincə, milli və dini baxımdan "Valentin günü"nün Azərbaycanın mədəniyyəti, adət-ənənələri ilə, eyni zamanda, dinimizlə heç bir bağlılığı yoxdur: "Həmin gün xristian dünyasında baş vermiş hadisənin təcəssümüdür. Azərbaycanda bir qisim insanlar bu günü kor-koranə şəkildə qeyd edirlər".

Ə.Süleymanlı deyib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da "Valentin günü"nün keçirilməsinə biznes dairələri daha çox maraq göstərirlər.

Onun fikrincə, bu gün müəyyən biznes qurumlarının gəlirlərinin artırılmasına xidmət edir. Buna görə də özündə xristian dininə məxsus motivləri ehtiva edən "Sevgililər günü"nü ticarət şirkətlərinin "tələ"si kimi qələmə vermək olar.

Ə.Süleymanlının sözlərinə görə, "Valentin günü" yalnız xristian mədəniyyəti sərhədləri çərçivəsində qalan dünyanın deyil, eyni zamanda qeyri-xristian ölkələrinin yerli sərmayə qruplarının dəstəyini alıb. Bununla da onlar həmin günün qlobal səviyədə qeyd olunmasına müvəffəq olublar: "Məsələnin bir başqa problematik məqamını qeyri-leqal əlaqədə olan insanların bu günü hədiyyələrlə və digər mərasimlərlə qeyd etməsi təşkil edir. Bu da başqa əxlaqi problemlərə səbəb olur. Sevgi kimi müqəddəs duyğunun kiçik və yaxud böyük maddi qazanca görə istismara məruz qalması çox acınacaqlıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2479   Tarix: 14 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477