500 avroluq əsginazlar dövriyyədən çıxarıla bilər

500 avroluq əsginazlar dövriyyədən çıxarıla bilərAvropa İttifaqının (Aİ) maliyyə nazirləri Brüsseldə keçirilmiş toplantıda 500 avroluq əsginazların dövriyyədən çıxarılmasına dair təklif irəli sürüblər. Bunun əsas səbəbi bu əsginazların terroristlər, çirkli pulların yuyulması və narkotik vasitələrin ticarəti ilə məşğul olanlar tərəfindən ən çox istifadə edilən əsginaz olmasıdır. Nazirlərin irəli sürdüyü təklif əsasən terrorizmin maliyyələşdirilməsində geniş istifadə olunan 500 avroluq əsginazlarla bağlı təhlükələrin necə azaldılmasına dair məqamları özündə əks etdirir.

BiG.AZ-ın Azərtac-a istinadən məlumatına görə, Fransanın maliyyə naziri Mişel Sapin məsələyə münasibət bildirərək vurğulayıb ki, 500 avroluq əsginazlar son zamanlar standart alış-veriş əməliyyatlarından çox qeyri-qanuni transaksiyaların həyata keçirilməsində istifadə olunur. Hollandiyanın maliyyə naziri Jeroen Dijsselbloem isə böyük nominallı əsginazların terrorizmin maliyyələşdirilməsində asanlıqla istifadə olunduğunu və bunun böyük risk yaratdığını bildirib. O, Avropa Mərkəzi Bankına (AMB) müvafiq məsələ ilə bağlı araşdırmanın aparılması üçün müraciət ediləcəyini bildirib.

Ötən il Parisdə törədilmiş terror aktlarından sonra Fransa hökuməti Avropa İttifaqını terrorizmin maliyyələşdirilməsi ilə mübarizə istiqamətində vahid yanaşma tətbiq etməyə çağırır. Qurumun bu ay irəli sürdüyü fəaliyyət planında yüksək dəyərə malik olması baxımından 500 avroluq əsginazlara kriminal şəbəkələr arasında böyük tələbatın olması xüsusi vurğulanır.

AMB-nin məlumatına görə, dövriyyədəki təxminən 1 trilyon avronun 30 faizi 500 avroluq əsginazlardan ibarətdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 770   Tarix: 13 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672