"15 yaşımda yıxıldım, hələ də yeriyə bilmirəm..." - Vüsalə

"15 yaşımda yıxıldım, hələ də yeriyə bilmirəm..." - VüsaləBiG.AZ idman rəqsi üzrə paralimpiyaçı Vüsalə Kərimovanın "Qafqazinfo"ya müsahibəsini təqdim edir:

- Son günlərdə hamı sizdən danışır. Bir neçə gün əvvəl Paralimpiya Komitəsinin 20 illiyinə həsr olunmuş tədbirdə etdiyiniz rəqs möhtəşəm idi...

- Doğrusu, bu cür reaksiya veriləcəyini və səs-küy yaradacağını gözləmirdim. 4 ildir ki, rəqslə məşğulam, amma heç bu qədər gündəmdə olmamışdım. Bu video rekord qırdı. Sosial şəbəkələrdə belə böyük müzakirə mövzusu idi. İnsanların xoşuna gəldi. Bu mənə çox gözəl hisslər bəxş etdi. 3 gündür ki, telefonum susmur. Zəng edib rəqsə görə təşəkkür edənlər var və sosial şəbəkələrdə dostluqların sayı bitmək bilmir. "Facebook"da o qədər dostluq gəlib ki, kimdən gəldiyinə baxmıram. Diqqət həddən yüksək oldu. Mən sadəcə bir idmançı olaraq təmsil etdiyim komitənin ad günündə borcumu yerinə yetirdim. İnanırsız ki, televiziyalar ard-arda zəng edir. Dəvət edirlər verilişlərə. Amma deyirəm ki,mən müğənni və ya ulduz deyiləm. Bir neçəsindən imtina etdim. Həmin videoya 2 saat ərzində 12 min baxış olmuşdu. İndi isə 20 mindən artıqdır. Həm də diqqət çəkən məqam məni ağ paltarda olmağımdır. Hamı elə bilir ki, öz toyumda oynayıram. Ona görə də çox marağa səbəb olur.

- Diqqətinizi nə cəlb etdi ki, idmana gəldiniz?

- 2012-ci ildə əlil arabasında idman rəqsini ilk dəfə izlədim. Maraqlı gəldi. Düşündüm ki, özümü burada sınaya bilərəm. Və başladım məşğul olmağa. Bu gün də vəziyyət gördüyünüz kimidir.

- Amma təkcə, idman rəqsi ilə məşğul deyilsiz. Paraşütdən tullanma və digərləri də var...

- Eşitmişdim ki, əlilliyi olan insanlar paraşütdən tullanma ilə də məşğul olurlar. İdmana gələndən sonra ona ümumiyyətlə marağım çoxaldı. Amma qəribə gəlirdi ki, əlilliyi olan insan necə bu riski gözə ala bilər. Moskvada Heydər Əliyevin 90 illiyinə həsr olunmuş layihə çərçivəsində 4 min metr yüksəklikdən paraşütlə tullandıq. Çox həyəcanlı oldu. Həm də arzumu reallaşdırdım.

- Güllə atıcılığı ilə də məşğul olduğunuzu eşitdik...

- Hə. Amma bu idman növündə təzəyəm. Yeni məşğul olmağa başlamışam. Həm də güllə atıcılığı paralimpiya oyunlarında var. İstərdim ki, mən də belə böyük turnirdə ölkəmizi təmsil edim. Hələ ki, məşq edirəm. Ümid edirəm uğurlarım olacaq.

- Həmçinin "ASAN" xidmətdə çalışırsınız? İdmanla məşğul olan insanların adətən başqa işlərə vaxtı qalmır...

- Doğrudur, çətindir. Amma mən vətəndaşlara bu sahədə xidmət etməyi sevirəm.

"15 yaşımda yıxıldım, hələ də yeriyə bilmirəm..." - Vüsalə- Tanımadığınız insanlar idmançı olduğunuzu biləndə necə reaksiya verirlər. Təəccüblənirlər?

- İdmançı olduğumu biləndə qürur duyduqlarını, sevindiklərini dilə gətirirlər. Bilirsiz, cəmiyyət elə düşünür ki, əlliliyi olan insanlar həmişə evdə oturub, bir küncə qısılıb nə olacağını gözləməlidirlər. Amma, belə deyil. Aktiv olan əlillər isə cəmiyyətə sevinc bəxş edir. Bu bizə güc verir.

- Daha çox evdə oturmağı üstün tutan əlil insanları dəvət edirsinizmi idmana?

- Mənim ən böyük arzum tanıdığım bütün əlilləri idmana cəlb etməkdir. İstəyirəm ki, hamısı gəlib aktiv həyat yaşasınlar. İdman rəqsi bizim üçün həm də reabilitasiya növüdür. Həm fiziki hərəkət edirik, həm ruhumuz qidalanır. Bu ruh yüksəkliyi yaradır. Fikrimcə, bizim belə həyat yaşamağımızdan əlilliyi olmayan insanlar da qidalanır. Görəndə çox sevinirlər.

- Siz həm də Uşaq Paralimpiya Komitəsinin üzvüsünüz. Balacalar necə maraqlıdırlarmı idman rəqsinə və ya digər növlərə qoşulmaqda?

- Biz çalışırıq ki, onları bura cəlb edək. İstəyimiz odur ki, həmin uşaqları bura gətirək və onlara yüksək enerji verək. Bu onların gələcək həyatında rol oynayacaq. Əlil uşaqların idmanla məşğul olması onların cəmiyyətə inteqrasiyasını təmin edir.

- Moskvada ali təhsil alırsız?

- Moskva Dövlər Humanitar İqtisad Universitetində qiyabi təhsil alıram. Hüquq fakültəsində oxuyuram. "ASAN" xidmətdə işim sırf hüquqla bağlı olduğu üçün bu ixtisası seçmişəm.

- Nə vaxtsa əlil olmağınız sizə problem yaradıb?

- Mənə heç bir problem yaratmır. İnanırsız ki, özüm üçün çox xoşdur artıq bu vəziyyət.

"15 yaşımda yıxıldım, hələ də yeriyə bilmirəm..." - Vüsalə- İdmana gələndə ailəniz sizə necə dəstək oldu?

- Mən travma almış insanam. Yəni anadangəlmə əlil deyiləm. Zədə nəticəsində bu vəziyyətə düşdüm. 15 yaşımda yıxıldım və sonra belə oldu. Bilirsiz, təzə-təzə müəyyən maneələr olur ki, onları aşmaq lazımdır. Biz əlillər arasında bunu ikinci həyat adlandırırıq. Yəni o çətinliklər ki var, onların öhdəsindən gəlmək lazımdır. Müəyyən dövrdə çox sıxılırsan. Yeni həyata köklənmə prosesi keçirsən və bu çətin keçir. Bu vaxt ailə mütləq dəstək olmalıdır. Sağ olsun ki, ailəm çox kömək oldu. Mənim idmana gəlməyimdə, cəmiyyətə inteqrasiya olmağımda onların rolu danılmazdır. Xüsusən, bir insanın rolunu vurğulamaq istərdim. Paralimpiya Komitəsinin mətbuat xidmətinin rəhbəri və şöbə müdiri Kamal Məmmədova çox təşəkkür edirəm. Onun həyatımda rolu tamam başqadır. Mənim bugünki vəziyyətə gəlməyimin səbəbi odur. Onunla əlil olandan sonra tanış olmuşduq. O qədər şən insandır ki, bir çox əlillər ondan qida alır.

- "ASAN" xidmətə ilk dəfə işə gedəndə necə qarşılandınız?

- İlk dəfə ora gedəndə düşünürdüm ki, çətin olacaq. Nə qədər aktiv olsam da, bu əlilliyi olan insanlar arasında belə idi. Sırf bir dövlət müəssisəsində mənə qarşı münasibətin birmənalı olmayacağını düşünürdüm. Gedəndən sonra o qədər isti münasibət gördüm ki, əlil olduğumu unutdum. Mən düşünürəm ki, orda gəzirəm, yeriyirəm, heç bir maneə yoxdur.

- Musiqi təhsiliniz də var?

- Bəli. Pianoda çox gözəl ifa edirəm. 7 il bununla məşğul olmuşam. Musiqi məktəbini bitirmişəm. Fikrim var idi ki, konservatoriyada davam edim. Amma həyat şərtləri məni başqa yerə yönəltdi.

- Sevgiliniz varmı?

- (gülür). Yox, hələ ki, orda vəziyyət neytraldır.

- Öz toyunuzda da belə rəqs edəcəksiz?

- Əgər bəy icazə versə, böyük məmuniyyətlə.

"15 yaşımda yıxıldım, hələ də yeriyə bilmirəm..." - Vüsalə"Qafqazinfo" bu məqamda Vüsalənin rəqs və paraşütdən tullanma videolarını təqdim edir:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3515   Tarix: 13 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

11:04 1564
.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

17:48 288
.

"Ermənistan rəhbərliyinin addımını dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun"

"İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin son 1 ayda açıqlamaları Bakı və Tehran arasında hazırda mülayimləşməyə gedən münasibətlərə xələl gətirir. İlin günün bu vaxtında hazırda Azərbaycanla İran arasında nəqliyyat - kommunikasiya və sərhədyanı ərazilərdə başladılan yeni əməkdaşlıq trendlər

18:01 136
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

22:00 0
.

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb. xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiy

21:15 0
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

13:55 285
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

20:30 0
.

17 yaşlı gimnast meningitdən vəfat edib

İspaniyalı batut gimnastı Maria Herrance Qomez 17 yaşında meningit xəstəliyindən dünyasını dəyişib. xəbər verir ki, bu barədə idmançının məşq etdiyi "Kabanillas del Kampo" şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğ

15:57 420
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

21:00 0