Putinin gülləkeçirməz maşını satışa çıxarılıb - FOTO-VİDEO

2012-ci ildə məxsusi olaraq Rusiya prezidenti Vladimir Putin üçün hazırlanan limuzin satışa çıxarılıb.

BiG.AZ-ın anspress-ə istinadən məlumatına görə, maşını almaq istəyən 1,2 milyon ddollar ödəməli olacaq.

Putinin gülləkeçirməz maşını satışa çıxarılıb - FOTO-VİDEOAvtomobilin satılması barədə müvafiq elan nadir kolleksiya avtomobillərinin satışı ilə məşğul olan saytda dərc olunub. Putinin istifadə etdiyi "ZİL- 4112R" limuzinin yürüşü 143 kilometrdir. Maşın elektrik şüşəqaldırıcı, bar, soyuducu, monitor və iqlimə nəzarət sistemi ilə təchiz olunub. Avtomobilin mühərriki injektorla çalışır, təkərləri 18 düym təşkil edir. 3,5 ton çəkiyə malik maşın gülləkeçirməzdir.

Putinin gülləkeçirməz maşını satışa çıxarılıb - FOTO-VİDEO"ZİL- 4112R" limuzini

Qeyd edək ki, 2012-ci ilin dekabr ayında "İzvestiya" qəzeti Rusiya prezidenti Vladimir Putinin ilk şəxslər üçün nəzərdə tutulan "ZİL- 4112R" limuzini yararsız hesab edib. Nəşrin məlumatına görə, dövlət başçısı maşını yoxladıqdan sonra orada bir sıra nöqsanlar tapıb. Lakin sonradan Kremlin mətbuat xidməti bu məlumatı təkzib edib.

Putinin gülləkeçirməz maşını satışa çıxarılıb - FOTO-VİDEODövlətin ilk şəxslər üçün avtomobillər "Kortej" layihəsi çərçivəsində hazırlanır. Rusiyanın "AMO ZİL" zavodu ilk şəxslər üçün nəzərdə tutulmuş limuzinlərlə yanaşı sedan tipli avtomobillər də istehsal edir.

Putinin gülləkeçirməz maşını satışa çıxarılıb - FOTO-VİDEOYaxın zamanlarda Vladimir Putin üçün nəzərdə tutulan yeni limuzinin hazırlanması yekunlaşır. Rusların dünyanın ən etibarlı limuzini adlandırdığı avtomobil 800 at gücündə mühərriklə 6 ton çəkiyə malik olacaq. Limuzinin xarici görünüşü isə "Rolls Royce"a bənzəyəcək. Layihə üçün ilkin olaraq 50 milyon rubl (990 000 manat) maliyə müəyyən edilib. 2018-ci ildə istehsal ediləcək limuzinin ilk buraxılışı Rusiya prezidenti Vladimir Putin üçün sifariş edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5684   Tarix: 12 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678