General qohumunun həbsxanada əli süpürgəli fotoları ilə bağlı - MARAQLI MƏQAMLAR + FOTOLAR

General qohumunun həbsxanada əli süpürgəli fotoları ilə bağlı - MARAQLI MƏQAMLAR + FOTOLARÖtən gün bəzi kütləvi informasiya vasitələrində bir qrup idmançı ilə yanacaqdoldurma məntəqəsinə gələrək orada operator və mühafizə xidmətlərini yerinə yetirən şəxsləri döyən İsa Əzizovun həbsxana fotoları yayılıb. Həmin fotolarda general qohumunun təmizlik işləri apardığı görünür.

Fotoların yayılmasında bir sıra sual doğuran məqamlar var. Maraqlıdır ki, İsa Əzizov hazırda müvəqqəti saxlanma təcridxanasında saxlanılır və həmin təcridxanalarda çəkilişə icazə verilmir. Belə olan təqdirdə fotoların hansı şəraitdə, kim və ya kimlər tərəfindən çəkildiyi, hansı şəraitdə mətbuata ötürüldüyü maraq doğurur.

Bütün bu sualları Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə ünvanladıq. Nazirliyin mətbuat xidmətindən isə bu barədə heç bir mövqe bildirilmədi.

General qohumunun həbsxanada əli süpürgəli fotoları ilə bağlı - MARAQLI MƏQAMLAR + FOTOLARİsa Əzizovun təcridxanadan yayılan fotosu

Yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.

Polis orqanlarının məlumatına əsasən, bir qrup naməlum şəxs Tbilisi prospektindəki yanacaqdoldurma stansiyasının əməkdaşını döyüb. Hadisə nəticəsində YDM-in keşikçisi, 1988-ci il təvəllüdlü Sadiq Bağırov ağır bədən xəsarəti alıb.

General qohumunun həbsxanada əli süpürgəli fotoları ilə bağlı - MARAQLI MƏQAMLAR + FOTOLARİ.Əzizov

Başda general Məhərrəm Əliyevin idmançı qohumu İsa Əzizov olmaqla bir qrup idmançı tərəfindən yanvarın 26-da gecə iş yerində döyülən "Azpetrol" yanacaqdoldurma məntəqəsinin mühafizəçisi Sadiq Bağırov deyib ki, gecə saatlarında "Bentley" markalı maşın yanacaqdoldurma məntəqəsinə daxil olub.

"Sürücü pəncərəni açaraq 100 manatlıq benzin sifariş verdi. Əməkdaşımız onun xahişini yerinə yetirsə də, həmin şəxslər ödəniş etməkdən boyun qaçırdılar. Hamı üstümə tökülüb məni döyürdü. Özümü müdafiə edə bilmədim. Onlar çox idi, mən tək. "Bentley"dən düşən idmançı əlindəki silahla YDM-in işçilərini hədələməyə başlayıb. Sürücü qışqırırdı ki, "siz kimsiniz bizi gözlədirsiniz. Hamınızı güllələyərəm, Bakıda heç kim qabağımda dura bilməz. Sizi pulla basdıraram".

General qohumunun həbsxanada əli süpürgəli fotoları ilə bağlı - MARAQLI MƏQAMLAR + FOTOLARDöyülən şəxs

Saxlanılanlardan İ. Əzizov general Məhərrəm Əliyevin və millət vəkili Adil Əliyevin qohumudur. Adil Əliyev baş verən hadisəyə belə münasibət bildirib.

"Dostlar, cinayət varsa, cəzası da olmalıdır. Uzaq qohumumuz olan İsa Əzizovun və dostlarının yanacaqdoldurma məntəqələrindən birində zorakılıq halına yol verdiyi bildirilir. Biz uzaq qohum olaraq bu şəxsin əməllərinə cavabdeh deyilik. Onun ailəsinin böyüyü həmin şəxsi tənbeh etməlidir".

Hadisədən bir gün sonra isə İsa Əzizov və əmisi oğlu Orxan Əzizovun Meksikaya qaçması ilə bağlı məlumatlar yayılmışdı. Orxan Əzizov ANS PRESS-ə açıqlamasında İsanın təcridxanada olduğunu, onun İsa ilə birgə xaricə qaçması barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

General qohumunun həbsxanada əli süpürgəli fotoları ilə bağlı - MARAQLI MƏQAMLAR + FOTOLAROrxan Əzizovun paylaşdığı qalmaqallı foto

Hadisədən sonra Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İsa Əzizov və Mahir İsgəndərov barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb. Təqsirləndirilən şəxslər məhkəmə qərarından apellyasiya şikayəti versələr də şikayət qəbul edilməyib.

BAKU.WS


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8308   Tarix: 12 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

28.03.2024 149
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

28.03.2024 322
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 395
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 298
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

28.03.2024 447