"Qələti kim edir?" - Aygündən İlhamənin oğluna tutarlı CAVAB

"Qələti kim edir?" - Aygündən İlhamənin oğluna tutarlı CAVABBiG.AZ xəbər verir ki, Xalq artisti Aygün Kazımova yenidən mətbuata müraciət edib.

"Zaman-zaman xalq artisti İlhamə Quliyeva xalq artistləri Flora Kərimova, Nazpəri Dostəliyeva, əməkdar artist Elza Seyidcahan ve digər sənətçilər haqda xoş olmayan ifadələr səsləndirib. Bəs o zaman mən niyə öz haqq səsimi qaldırmamışam? Çünki adlarını çəkdiyim xanımlar sənətdə yetərincə sözlərini demiş güclü xanımlardır. Onların mənim dəstəyimə ehtiyacları olmayıb. Bundan əvvəlki müraciətimdə səsləndirdiyim fikiri bir daha yadınıza salıram.

Bu Aygün-İlhamə qalmaqalı deyil. Son günlər baş verənləri bu cürə qələmə vermənizi istəmirəm. Mənim haqq səsimi bu günlərdə qaldırmaqda səbəbim yazıq hala salınmış, çarəsiz qalmış bir ananın , bir şəhid bacısının, təhqir olunmuş, döyülmüş bır qadının qorxu dolu fəryadına dözə bilməməyim oldu. Bu qadının hamıdan çox dəstəyə ehtiyacı var idi. Çünki o tək idi. Mən bunu etdim, amma yenə də qarşı tərəf əsas mövzunu unutdurmaq üçün əlindən gələni edir. Bütün baş verənləri İlhamə-Aygün qalmaqalı ətrafına istiqamətləndirir. Bir daha sizi əsas mövzudan, mətləbdən uzaqlaşmamağa səsləyirəm. İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun mətbuata son açıqlaması da əsas mövzudan yayındırmaq şousunun bir hissəsidir. Ana ve oğulluğun müxtəlif vaxtlarda verdikləri müsahibələrdə mənim haqq səsimi ucaltmağımı Natavan Həbibinin adını hallandırıb, onu səbəb kimi gündəmə getirirlər. Amma bu çox yalnış ve məntiqsizdir.

İndi isə keçək mənim Ilhamə Quliyevanın oglunun həbs olunması ilə bağlı səsləndirdiyim fikirlərə əks tərəfin reaksiyasına. Bəli, mən faktlarla danışıram. Həmin şəxsin həbs olunması uzun müddət mətbuatın gündəmində oldu. Mətbuatdan xatırlatmalara ehtiyac varsa, bir daha nəzərinizə çatdırıram. Mətbuata istinad: Azərbaycanın xalq artisti Ilhamə Quliyevanın oğlu Orxan Nadirov 2008-ci il may ayının 8-də Milli Təhlükəsizlik Nazirlinin keçirtdiyi əməliyyat nəticəsində xidmət etdiyi hərbi hissədə həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü maddəsi: (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddəllləri və ya prekursorları hazırlanma, istehsal etmə, əldə etmə , saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunub. Barəsində üç aylıq həbs qəti imkan tədbiri seçilib.

Mətbuatdan olan növbəti istinad: 14 yanvar 2016-cı il xalq artisti ilhamə Quliyevanın oğlu Orxan Nadirov və dostu Vüqar Bəkirov Heydər Əliyev adına hava limanında saxlanılıb və Binəqədi Rayon Polis İdarəsinə gətirilərək Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil veriliblər. Hər iki şəxsdən heç yerə getməməsi barədə iltizam alınıb.Orxan Nadirovun və onun tanışının azad edilməsi heç də onların barəsində cinayət işinin başlanmadığını söyləməyə əsas vermir.

Bu faktları ki, mən özümdən demirəm?! Mən hər zaman kimi 4-cü hakimiyyətimizdə, mətbuatımızda gedən xəbərləri izləyirəm və ona istinadən söyləyirəm.

Mənim nəslimə baxmağımı təklif edən İlhamə Quliyevanın oğulluğu! Hə, niyə oğulluğu deyirəm, bu mövzuda da danışmaq istəyirəm. Çünki zaman-zaman elə mətbuatda Orxan Əhmədağa oğlu Nadirov İlhamə Quliyevanın doğma övladı deyil, müğənninin xalası qızı Lalə xanımın oğludur. "İlhamə Quliyeva Orxanı oğulluğa götürüb" kimi yazılar yazılıb. İndi isə bu şəxs məni nəslimə baxmağa çağırır??? Mən Aygün Kazımova Ələsgər qızı. Atam Kazımov Ələsgər Kazım oğlu, atamın atası Kazımov Kazım, anam Kazımova Fizzə Ələkbər qızı, anamın atası Ələkbərov Ələkbər. Atam Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda dünyaya gəlib. Anam isə İrəvan mahalı Zəngibasar rayonu Seyidlər kəndində. Özüm isə Bakı şəhərində dünyaya gəlmişəm. Baxın, bu mənim nəslim. O isə onun nəsli.

Qaldı ki, açıb ortalığa qoymalı məsələlərə, varsa, desin. Mənim şəxsən özümə də çox maraqlıdır. Mənim bu xalqdan gizlinim olmayıb. Həyatımda baş verən hər bir hadisəni, dərdimi, sirrimi, sevincimi, nifrətimi, sevgimi, xəyanətimi hər zaman tamaşaçımla bölüşmüşəm. Mənim sirdaşım tamaşaçım olub. Hələlik sonuncu sözüm isə qələtlə bağlıdır. Hərfi tərcümədə "qələt" "səhv etmək" mənasındadır. Hər bir insanın bu həyatda səhvi olub. Amma elə səhvlər var ki, o, bağışlanmır. Etdiyi səhvi isə başqasının boynuna atmaq heç bağışlanmır. İndi isə siz mənə deyin, qələti kim edir?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 12019   Tarix: 12 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104