İlhamə Quliyevadan şikayət edən deputat: "Vəziyyət 2-3 günə aydınlaşacaq"

İlhamə Quliyevadan şikayət edən deputat: "Vəziyyət 2-3 günə aydınlaşacaq"Xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisinin müraciəti əsasında aparılan araşdırmanın nəticəsi ilə bağlı vəziyyət 2-3 günə məlum olacaq.

Bunu milli.az-a açıqlamasında xalq artisti İlhamə Quliyevanın həbs olunmuş sabiq köməkçisi Mehriban Hüseynovanın mətbuatda dərc olunmuş məktubunun araşdırılması üçün Respublika Prokurorluğuna müraciət etmiş Milli Məclisin üzvü, "Demokratiya və İnsan Hüquqları Komitəsi" təşkilatının sədri Çingiz Qənizadə deyib.

Millət vəkilinin sözlərinə görə, o hazırda bu məsələ ilə bağlı heç bir açıqlama vermək fikrində deyil: "Mən bununla bağlı mətbuata hələlik heç bir açıqlama verməyəcəm. Çünki mənim müraciətim araşdırılmalıdır. Araşdırmanın nəticəsi ortaya çıxmadan isə hər hansı açıqlama vermək yersiz qıcıq yaradacaq. Qoy prokurorluq obyektiv araşdırma aparsın. Mən belə hesab edirəm ki, vəziyyət 2-3 günə aydınlaşacaq".

Xatırladaq ki, deputat Çingiz Qənizadə İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın mətbuatda yer almış məktubunun araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət edib.

İlhamə Quliyevadan şikayət edən deputat: "Vəziyyət 2-3 günə aydınlaşacaq"Bir müddət əvvəl Çingiz Qənizadə açıqlamasında bildirmişdi ki, xalq artisti səsləndirdiyi fikirlərinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər: "İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın mətbuat vasitəsilə müraciətini oxudum. Belə hesab edirəm ki, orada çox ciddi faktlar var, bunlar araşdırılmalıdır. Həmin qadının videosunun yayılması, onun alçaldılması, ona qarşı təhdidlər qanunla qadağan edilən hallardır və cinayət məsuliyyəti yaradır. İkincisi də, Mehriban xanım müraciətinin sonunda qeyd edib ki, o, anadır, şəhid bacısıdır və bu ailə tərəfindən həmişə tənqid və təhdidlərə məruz qalıb, qorxudulub. Məndə olan məlumatlara görə, bu qadın İlhamə Quliyevanın oğlunun dostunun şikayəti əsasında saxlanılıb.

Hesab edirəm ki, Mehriban Hüseynova ilə bağlı keçirilən əməliyyat və onun saxlanılması da tam araşdırılmayıb. Bu, bir az da tələm-tələsik qəbul edilmiş bir qərardır. Çünki xanım İlhamə Quliyevanın evinə dəvət olunub və qapıda da gözləyən polis əməkdaşları onu həbs ediblər. Ancaq indi yeni faktlar ortaya çıxır və prokurorluq orqanları bu məsələyə aydınlıq gətirməlidir. İnanıram ki, baş prokuror Zakir bəy bu faktları bilsə, öz münasibətini bildirəcək. Əgər doğrudan da, şəhid bacısıdırsa və kiminsə yanlış ifadəsinə görə saxlanılırsa, bu faktlar araşdırılmalıdır. Ona görə də mən bu gün baş prokurora müraciətimdə Mehriban Hüseynovanın mətbuatda yaydığı mətni də əlavə edəcəyəm. Xahiş edəcəm ki, onunla bağlı araşdırılma sürətləndirilsin və imkan daxilində həbs-qəti imkan tədbiri dəyişdirilsin. O, ailəsinin yanında olmaqla istintaq aparılsın. Onsuz da, gələcəkdə məsuliyyəti tam sübut olunarsa, qanun qarşısında cavab verəcək. Amma hələlik istintaqın uzanması və yeni faktların ortaya çıxması kifayət qədər imkan verir ki, bu xanım barəsində həbs-qətimkan tədbiri dəyişdirilsin".

Milli.Az musavat.com-a istinadən bildirir ki, artıq İlhamə Quliyeva prokurorluğa çağırılıb. Fevralın 10-da öz evində baş tutan dindirmə zamanı İlhamə Quliyeva çox çətin suallara cavab verməli olub.

İlhamə Quliyevadan şikayət edən deputat: "Vəziyyət 2-3 günə aydınlaşacaq"Redaksiyaya daxil olan məlumata görə, Bakı Şəhər Prokurorluğundan istintaqa çağırış alandan sonra müğənninin durumu kəskin dəyişib. Hətta ayaqları tutulub. Elə bu səbəbdən də müğənni çağırış üzrə göstərilən saatda prokurorluğa gedə bilməyib. Onun vəkilinin israrlı xahişlərindən sonra müğənninin durumunu nəzərə alan prokuror onun öz evində dindirilməsi qərarını verib. İlhamə Quliyeva evində Mehriban Hüseynovanın ictimailəşdirdiyi faktlarla bağlı suallara cavab vermək zorunda qalıb. Dindirmənin deputat Çingiz Qənizadənin müvafiq qurumlara müraciətindən sonra başlanmış araşdırmalar çərçivəsində baş tutduğu iddia olunur.

Qeyd edilir ki, Mehriban Hüseynovanın məhbəsdən "Yeni Müsavat"a yolladığı məktubda müğənni Nazpəri Dostəliyevadan şantajla 25 min manat alınması, Mehriban Hüseynovanın özünün bıçaqlanması, döyülərək şərəf və ləyaqətinin alçaldılması, zorlanma hədəsi ilə müşayiət olunan hərəkətlərə yol verilməsi, qətl sifariş etmə, ictimai xadimin barəsində son dərəcə təhqiramiz ifadələrin işlədilməsi ilə bağlı iddialar var.

İlhamə Quliyevadan şikayət edən deputat: "Vəziyyət 2-3 günə aydınlaşacaq"Xalq artisti İlhamə Quliyevanın özü isə APA-ya deyib ki, "Səhhətimdə ciddi problem yoxdur, özümü yaxşı hiss edirəm. Sadəcə, bir müddət əvvəl aldığım müalicəyə görə həkim nəzarətindəyəm. Müstəntiq mənə zəng vurdu ki, açıqlamam lazımdır. Onu evə dəvət etdim, çox sağ olsunlar, hörmət edib gəldilər. Bu, adi qaydadır, qeyri-adi heç nə yoxdur. Məhkəmə yaxınlaşır, mənim bəzi məsələlərə aydınlıq gətirməyim lazımdır".

İ. Quliyeva mediadan baş verən məsələlərlə bağlı onu narahat etməməyi xahiş edib: "Xahiş edirəm, mənə müraciət etməsinlər, heç kimə müsahibə verməyəcəyəm. Yekun söz məhkəmədə deyiləcək. Kim nə yazır-yazsın, kim nə danışır-danışsın. Məhkəmədə çox şey açılacaq, qulluqçunun havadarları üzə çıxacaq".

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da faktı təsdiq edərək bildirib ki, İlhamə Quliyeva keçmiş köməkçisi Mehriban Hüseynovanın təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində istintaqa cəlb edilərək ifadəsi alınıb. Onun sözlərinə görə, İ. Quliyevanın səhhəti nəzərə alınaraq ifadə müğənninin yaşadığı mənzildə alınıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2893   Tarix: 11 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bu gün Mələkxanım Eyubovanın qızının nikahıdır - FOTOlar

Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrin ailə qurur. BİG.AZ -a istinadən xəbər verir ki, bu gün Nəzrinin müğənni Mərdan Kazımovla nikahıdır. Məclis şəhərdə, açıq məkanda təşkil olunub. Qeyd edək ki, toy aprelin 22-də şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Nəzri

14.04.2024 1249
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18.04.2024 1168
.

Fahriye Evcen və Burak Özçivit oğlunun ad gününü qeyd edib- FOTOLAR

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit ilk oğulları Karanın 5 yaşını qeyd ediblər. xəbər verir ki, bu barədə cütlük sosial şəbəkədə paylaşım edib. "Karanım 5 yaşında. Neçə belə yaşlara" ,- deyə Burak Özçivit əlavə edib. Qeyd edək ki, cütlüyün 2 övladı var

15.04.2024 1467
.

Toyu bu xəbərlə açdı

Aparıcı Könül Muxtarova aparıcılıq etdiyi toy məclisini Qazaxın dörd kəndinin işğaldan azad edilməsi xəbəriylə açıb. OLAY yazır ki, o, gecədə qonaqları salamladıqdan sonra bunları söyləyib:. "Şad xəbəri sizə çatdırmaq, sizinlə bölüşmək istəyirəm. Bir neçə dəqiqə bundan öncə aldığımız məlumata görə

19.04.2024 254
.

Həbsxanada evlənən müğənni: "Heç kimin bacarmadığını etmişəm"

"Mən heç nəyi gizlətmirəm. Kimsə mənə pis baxırsa, məni qınayırsa başına gələcək". Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin deyib. İfaçı həbsxanadakı evliliyindən söz salıb:. "Həbsxanada olanda evliliyim olub. Sevmişəm, Allah qarşısında kəbinlə, dövlət qarşısında rəsm

18.04.2024 1489
.

"Qayınanam bacısı qızını salıb oğlunun yanına" - VİDEO

Tanınmış jurnalist və aparıcı Afət Rahilqızı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, şəxsi həyatından danışan jurnalist maraqlı etiraflar edib. Övladı olmadığı üçün qurduğu ailədə problemlər yaşayan Afət onu müalicə üçün anasının evinə göndərən keçmiş qayınansını qınayıb. Sosial şəbəkə hesabında

15.04.2024 1490
.

"Sihirli annem"in Dudusu Serenay haqqında: "Onda gəncliyimi görürəm"

"Sihirli annem" serialının Dudusu Nevra Serezli aktrisa Serenay Sarıkaya haqqında fikir bildirib. xəbər verir ki, Nevra Serezli Serenayı öz gəncliyinə bənzədib. "Serenayda gəncliyimi görürəm. O, hər şeyi dozunda edir. Ulduz işığı var, səhnəyə çox yaraşır" ,- deyə o bildirib

18.04.2024 373
.

"Yalı çapkını"nın aktyoru üzr istədi - Foto

Türkiyəli aktyor Taro Emir Tekinin son paylaşımı ona baha başa gəlib. Axşam.az xəbər verir ki, aktyor paylaşımında "İsrail əsgərləri taktiki atışmada belə qısa məsafə saxlayırlar. Bu mənim gündəlik çəkilişlərimdən ibarət qısa videodur. Şüurlu seçimdir" deyə, yazıb. Teronun bu paylaşımı izləyicilə

19.04.2024 1470
.

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Müğənni Manaf Ağayev ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən məsələ 15 il bundan əvvəl baş verib:. "Mənə ev bağışlanmayıb. Qonşumdan ev alıb, mən də kömək etmişəm. O da borcunu qaytarıb. Bu gün kim-kimə 100 manat verir

17.04.2024 828