Diyetoloqla məsləhətləşmədən edilən pəhrizin - FƏSADLARI

Diyetoloqla məsləhətləşmədən edilən pəhrizin - FƏSADLARIGözəl görünmək və formada olmaq hər bir insanın arzusudur, əsas da xanımların. Lakin təəssüf ki, arıqlayım deyərkən sağlamlığını itirənlərin sayı bu arzuda olanların sayından geri qalmır. Çünki xanımlar artıq çəki problemi ilə qarşılaşdıqları zaman, problemin səbəbini araşdırmaq əvəzinə dərhal həllini axtarırlar. Və köməyə ilk gələn dəbli diyetli saytlar, rəfiqələr, qonşular olur. Və təbii ki, instagram və digər sosial şəbəkələrdən izlədikləri məşhurların arıqlama üsullarını qeyd etməmək olmaz.

İnsanlar bir-birilərindən cinsiyyəti, yaşı, boyu, çəkisi, yaşadığı coğrafiya və bir çox xüsusiyyətlərlə fərqlənirlər. Və bu qədər fərqliliyin içində eyni diyetin hər kəsdə eyni nəticə verəcəyini düşünmək məsələyə qeyri-ciddi yanaşmaqdır.

Bir həkim kimi məni bu məsələ narahat edir. Çünki hər bir xanım anadır. Və sağlamlığını itirən ana gələcəyə sağlam nəsil ötürə bilməz, sağlam qidalanmağı bacarmayan ana ailədə düzgün qida mədəniyyəti formalaşdıra bilməz.

Gündəmə məşhur, dəbli diyetlərin yaratdığı fəsadlar və orqanizmdə bəzən geri dönüşü olmayan problemlər gəlir. Bu dəbli diyetlər çıxış yoludursa, o zaman niyə hələ də bu qədər artıq çəkili insan var? Niyə hər gün piylənmədən əziyyət çəkənlərin sayı sürətlə artır? Niyə hər il bu problemdən çıxış yolunu tapmaq üçün elmi araşdırmalara çoxlu vəsaitlər xərclənir?

Dəbli diyetlər ürək və böyrəklər başda olmaqla bir çox orqanlarımızı sıradan çıxarır. Bu diyetlərdən sonra yaranan şikayətlər isə çoxlarımıza tanışdır: baş ağrıları, ürəkbulanma, əsəbilik, qəbzlik, yorğunluq, hipotoniya, saç tökülməsi, yaddaşın pozulması.

Nəticədə isə bizə qalan bazal metabolizma sürətinin azalmasıdır. Yəni "doktor, nə etsəmdə çəkim getmir" məsələsi.

İndi çoxlarınız bəlkə də "axı filankəs filan diyetlə gözəl nəticə əldə etdi", "mən filan diyetlə yaxşı arıqlamışdım" deyə düşünürsünüz. O zaman bu sualıma da cavab verin. Bəs sonra nə oldu? Əksər hallarda cavab "kilomu artıqlaması ilə geri aldım" olur.

Artıq çəki probleminiz varsa ilk olaraq bunun səbəbini araşdırın. Müayinədən keçin. Səbəbini bilmək diyetoloqunuzla bu səbəbi aradan qaldıracaq şəkildə kilo verməyinizi, sizi sağlamlığınıza qovuşdurar və nəticənin qalıcı olmasını təmin edər. Çünki artıq çəki yaratdığı estetik, sosial problemlər bir yana sağlamlıq üçün təhlükəlidir.

Sağlamlığınıza biganə qalmayın. Siz ailənizə və çevrənizə sağlam lazımsınız! Sağlam şəkildə arıqlayın!

Çünki HƏYATDA HEÇ NƏ VƏ HEÇ VAXT SİZİN SAĞLAMLIĞINIZDAN DAHA VACİB OLA BİLMƏZ!

tutudiet.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1020   Tarix: 11 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038